Gürcüstan paytaxtında növbəti etiraz aksiyası keçirilir
Tbilisi, 6 iyul, AZƏRTAC
İyulun 6-da Tbilisidə parlament binası qarşısında növbəti aksiya başlayıb.
AZƏRTAC xəbər verir ki, 17 gündür davam edən mitinqdə tələb yenə də dəyişməyib. Narazı kütlə Daxili İşlər naziri Giorgi Qaxarianın istefasını tələb edir.
Aksiyaya müxalif “Avropalı Gürcüstan” və “Vahid Milli Hərəkat” partiyalarının liderləri və tərəfdarları da qoşulub. Təşkilatçıların sözlərinə görə, aksiya hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasının sədri Bidzina İvanişvilinin iqamətgahına doğru “Azadlıq yürüşü” ilə davam etdiriləcək.
Aksiyada kütləvilik müşahidə olunur. Parlament binası qarşısındakı Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]