Gürcüstanda dövlət idarələrində rüşvətxorluq halları artıb
Tbilisi, 4 iyul, AZƏRTAC
Gürcüstanda dövlət idarələrində məmurlar arasında rüşvətxorluq halları artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilir. Məlumatda deyilir ki, bu ilin yanvar-may aylarında ölkənin dövlət qurumlarında məmurlar tərəfindən 36 rüşvətalma faktı qeydə alınıb. Ötən ilin yanvar-may aylarında dövlət qurumlarında 23 rüşvətalma halı baş verib. İllik müqayisədə rüşvət hallarında 56,52 faiz artım qeydə alınıb.
Hesabat dövründə 127 məmur vəzifə səlahiyyətlərini aşıb, 38-i xidməti vəzifəsindən sui-istifadə edib. Vəzifə səhlənkarlığı ilə bağlı 28, xidməti saxtakarlıqla bağlı isə 14 fakt qeydə alınıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]