DÜNYA
Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” Qanuna riayət edən QHT-lərin sayı etiraz edənlərdən çoxdur
Tbilisi, 17 oktyabr, AZƏRTAC
Gürcüstan Ədliyyə Nazirliyinin Şəffaflıq Reyestrində qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatlarının (QHT) sayı "Xarici təsirin şəffaflığı haqqında" Qanundan şikayət edən təşkilatların sayını ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, Şəffaflıq Reyestrində bu gün üçün 144 təşkilat qeydiyyatdan keçib, 300-dən çox təşkilatın qeydiyyat müraciəti isə işlənilmə prosesindədir.
Parlamentin sədri deyib ki, bu günə qədər 136 QHT "Xarici təsirin şəffaflığı haqqında" Qanundan şikayət edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi