Gürcüstanın “AdjaraTv12” kanalında Prezident İlham Əliyevin Tbilisiyə işgüzar səfəri ilə bağlı xüsusi reportaj yayımlanıb



Tbilisi, 29 oktyabr, AZƏRTAC
Gürcüstanın “AdjaraTv12” televiziya kanalında Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 24-də Tbilisiyə işgüzar səfəri ilə bağlı xüsusi reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, “Adjara PS” Mediaholdinqinin baş direktoru və baş redaktoru Cemal Meqrelidzenin təqdimatında yayımlanan reportajda Azərbaycan Prezidentinin səfəri və bu səfərin əhəmiyyəti xüsusi qeyd olunur.
Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin mətbuata bəyanatları, eləcə də Gürcüstanın Mçxeta rayonundakı Muxrani (Château Mukhrani) saray kompleksində təqdim olunan mədəni proqram, Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıq barədə kadrlar nümayiş etdirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi