İDMAN
Gürcüstanın “Dinamo” komandası Ukraynanın “Karpatı” kollektivinin qapısından dörd cavabsız top keçirmişdir
Bakı, 21 iyun (AZƏRTAC). Bakıdakı “Şəfa” stadionunda 14 yaşadək futbol komandaları arasında ikinci dəfə təşkil olunmuş Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda (İBA CUP) beynəlxalq turnir davam edir.
AZƏRTAC xəbər verir ki, iyunun 21-də turnirdə 5-6-cı yerlər uğrunda görüşdə Gürcüstanın “Dinamo” komandası Ukraynanın “Karpatı” kollektivi ilə qarşılaşmışdır.
Gürcüstan təmsilçisinin üstünlüyü şəraitində keçən görüşdə “Dinamo” rəqib qapısından 4 cavabsız top keçirmişdir.