Gürcüstanın rəsmi qurumları ölkə ərazisində güclü qar yağacağı barədə xəbərdarlıq yayıblar
Tbilisi, 8 yanvar, AZƏRTAC
Yanvarın 9-da Gürcüstanın dağlıq ərazilərində güclü qar, uçqun təhlükəsi, Qara dəniz sahillərində isə 4-5 ballıq qasırğa olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühit üzrə Milli Agentliyi xəbərdarlıq yayıb. Məlumatda deyilir ki, Gürcüstanın dağlıq və dağətəyi bölgələrində hava şəraiti kəskin dəyişəcək. Güclü qar yağacaq, çovğun olacaq, yollarda güclü duman gözlənilir. Güclü qar səbəbindən yollarda qar uçqunu və torpaq sürüşməsi ehtimalı var.
Qara dəniz sahillərində isə 5 bal gücündə qasırğa olacaq.
Xətayi Əzizov
AZƏRTAC -ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]