Gürcüstanın “Rustavi 2” telekanalı fəaliyyətini dayandırıb
Tbilisi, 8 iyul, AZƏRTAC
Gürcüstanın “Rustavi 2” televiziya kanalı yayımını müvəqqəti dayandırıb.
AZƏRTAC xəbər verir ki, kanalın aparıcısı Georgi Qabuniyanın müəllifi olduğu “P.S.” proqramında Rusiya Prezidenti Vladimir Putinin ünvanına nalayiq ifadələr işlətməsi yerli əhalinin kəskin etirazına səbəb olub. Yüzlərlə yerli sakin telekanalın binası qarşısında toplaşıb narazılıqlarını bildirib. Onlar binaya yumurta və şüşə qablar atıb, telejurnalistin işdən qovulmasını tələb ediblər.
Telekanalın baş direktoru Nika Qvaramiya canlı yayımda çıxış edərək bildirib ki, telekanalın təhlükəsizliyi təmin olunana qədər yayım dayandırılıb. Aparıcının nalayiq sözlərinə görə rəsmi şəkildə üzrxahlıq da edib.
Qeyd edək ki, G.Qabuniyanın çıxışına Prezident Salome Zurabişvili, Baş Nazir Mamuka Baxtadze münasibət bildiriblər. Ölkə rəsmiləri teleaparıcının hərəkətini pisləyib və onun çıxışını təxribat adlandırıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]