DÜNYA
Gürcüstanın yeni baş prokuroru təyin olunmuşdur
Tbilisi, 21 yanvar (AZƏRTAC). Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ədliyyə nazirinin təqdimatı əsasında ölkənin baş prokuroru vəzifəsinə Georgi Badaşvilini təyin etmişdir.
Yeni baş prokuror 1981-ci ildə anadan olmuş, 2003-cü ildə Gürcüstan Politexnik Universitetinin hüquq fakültəsini bitirmişdir. Gürcüstan Baş Prokurorluğunda, Daxili İşlər Nazirliyində məsul vəzifələrdə çalışmışdır. Rus və ingilis dillərini bilir.
Gürcüstanın sabiq baş prokuroru keçən il dekabrın 30-da istefa vermişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi