Gürcüstanla Rusiya gömrük monitorinqinə dair danışıqları bərpa edir
Tbilisi, 29 yanvar, AZƏRTAC
Gürcüstan ilə Rusiya arasında yükdaşımalarla bağlı gömrük monitorinqinə dair danışıqlar bərpa olunur.
AZƏRTAC xəbər verir ki, danışıqların növbəti mərhələsi fevralın 8-9-da İsveçrədə keçiriləcək.
Gürcüstanın maliyyə naziri İvane Maçavariani deyib ki, görüşdə tərəflər arasında gələcək fəaliyyətə dair strategiyanın hazırlanması nəzərdə tutulur.
Xatırladaq ki, yüklərin gömrük monitorinqinə dair Gürcüstanla Rusiya arasında müqavilə 2011-ci ildə imzalanıb. Lakin müəyyən səbəblərdən bu günədək tərəflər arasındakı mövcud bəzi problemlər hələ də həll olunmayıb.
Sənədə əsasən, yüklərin monitorinqini İsveçrənin "SGS" şirkəti həyata keçirəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]