CƏMİYYƏT
“Haber Qlobal”ın müxbiri: Ermənistan əlaqələrinin qurulmasından məmnun deyil, bölgədə sülh istəmir
Cəbrayıl, 16 sentyabr, Elmir Səftərov, AZƏRTAC
Sanki iki il əvvəlki ssenarini izləyirik. Yenə erməni təxribatları, yenə Azərbaycan Ordusunun hərbçiləri şəhid olur. Amma Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək düşmənə layiqli şəkildə cavab verir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Haber Qlobal”ın müxbiri Ela Sezen söyləyib.
“Hazırda əlaqələrin normallaşdırılması istiqamətində işlər görülsə də, sanki Ermənistan bundan məmnun deyil, bölgədə sülh istəmir, sərhədlərin dəqiqləşdirilməsinə hazır deyil. Bunun da əsas səbəbi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində gördüyü işlərlə bağlıdır. Çünki Azərbaycan Zəngəzur dəhlizinin reallaşması istiqamətində böyük işlər görür, eyni zamanda, bərpa işləri də aparır”,- deyə Ela Sezen vurğulayıb.
O bildirib ki, Azərbaycan münasibətlərin normallaşdırılması üçün səylər göstərsə də, Ermənistan tərəfindən heç bir müsbət addımın atılmır. Buna görə də bölgədə tez-tez erməni təxribatları baş verir.