Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb VİDEO


Hacıqabul, 21 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Azər Həsənov saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ondan 2 kiloqram heroin, tiryək və marixuana aşkarlanıb. A.Həsənov pul müqabilində narkokuryerlik etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan təbiri seçilib.
Həmçinin şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 8 ədəd ov tüfəngi təhvil götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [18:43]
Füzuliyə dolu yağıb
- 16.05.2025 [16:20]
Energetika naziri Ağstafada vətəndaşlarla görüşüb
- 16.05.2025 [15:54]
Naxçıvanda ÜDM istehsalı 1,3 faiz artıb
- 16.05.2025 [15:20]
Naxçıvanda son 2 ildə 3500-ə yaxın yeni iş yeri açılıb VİDEO
- 16.05.2025 [15:14]
Bu il Ağcabədidə 20 tona yaxın yaş barama istehsalı gözlənilir
- 16.05.2025 [14:13]