Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan səkkiz nəfər saxlanılıb
Hacıqabul, 4 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan səkkiz nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan şəhər sakinləri Rauf Cəfərov, İntiqam Həsənov və Əlihüseyn Bayramov, Gəncə şəhər sakini Eloğlu Cəfərov, Hacıqabul rayon sakinləri Mehti Həşimov, Miryasər Həşimov, Telman Əliyev və Nazim Quliyev saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkilərdə metamfetamin və heroin aşkar olunub.
Saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.