Hakan Fidan: Türkiyə Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə olunması üçün səylərini davam etdirəcək

Ankara, 16 may, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna ilə bağlı İstanbulda keçirilən danışıqların yekunlarını sosial şəbəkələrdə şərh edib.
AZƏRTAC xəbər verir ki, Türkiyə diplomatiyasının rəhbəri Türkiyə – ABŞ – Ukrayna və Türkiyə – Rusiya – Ukrayna formatlarında keçirilən üçtərəfli görüşləri “sülh üçün əhəmiyyətli” adlandırıb.
“Bu gün bütün dünya üçün sülh baxımından önəmli bir gün oldu. Aktiv diplomatik səylər nəticəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda görüş keçirdilər. Etimadın artırılması istiqamətində atılan addım kimi minə-min formatında əsir mübadiləsi barədə razılıq əldə olunub. Bundan başqa, atəşkəslə bağlı şərtlərin yazılı şəkildə hazırlanması da razılaşdırılıb”, – deyə Türkiyənin XİN rəhbərinin paylaşımında bildirilir.
Hakan Fidan həmçinin tərəflərin növbəti görüşünün keçirilməsi ilə bağlı prinsipial razılığın əldə olunduğunu qeyd edib.
“Türkiyə davamlı sülhə doğru irəliləyiş üçün səylərini davam etdirəcək”, – deyə nazir vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.06.2025 [20:51]
Almaniyada hökumətin proqram təminatı və IT üzrə xərcləri xeyli artıb
- 21.06.2025 [17:30]
Yaponiyada inflyasiyanın səviyyəsi son iki ilin rekord həddinə çatıb
- 21.06.2025 [17:20]
Aleksandr Vuçiç: Rəqəmsal ordu yaradırıq
- 21.06.2025 [17:16]
Belqradda Avropa Ravvinləri Konfransı keçiriləcək
- 21.06.2025 [17:06]
Muzdlu silahlı dəstə Nigerdə 14 hərbçini qətlə yetirib
- 21.06.2025 [16:54]