Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Hakim partiyanın qələbəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq cəhdlərinə böyük zərbə oldu – ŞƏRH

Hakim partiyanın qələbəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq cəhdlərinə böyük zərbə oldu –  ŞƏRH

Bakı, 29 oktyabr, Rabil Kətanov, AZƏRTAC

Gürcüstanda keçirilən parlament seçkiləri nəticəsində hakim “Gürcü Arzusu” partiyasının qalib gəlməsi bir daha göstərdi ki, Qərbin region dövlətlərinin daxili işlərinə qarışmaq cəhdləri baş tutmayacaq. Gürcü xalqı müxtəlif geosiyasi oyunlar nəticəsində üzləşdiyi müharibə və iqtisadi tənəzzülü rəd edərək dövlətin yanında olduğunu göstərdi.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, Cənubi Qafqaz regionunun 3 dövlətindən ikisinin hakimiyyəti müstəqil, biri isə kvazi-müstəqil siyasət yürüdür. Ermənistan hakimiyyətinin regionda Qərbin siyasi dairələrinin maraqlarını əks etdirməsi rəsmi İrəvan üçün heç də yaxşı perspektiv vəd etmir. Erməni politoloq Suren Sarkisyan bildirib ki, Gürcüstandakı parlament seçkilərinin nəticələri Ermənistanın xarici siyasətinə mütləq təsir göstərəcək. Onun sözlərinə görə, Ermənistan iqtisadi baxımdan region dövlətləri ilə inteqrasiya proseslərinə qoşulmalı, həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələrdə iştirak etməlidir. Nəqliyyat dəhlizlərindən, tranzit yollardan kənarda qalan Ermənistan Qərbdən daim maliyyə yardımları ala bilməyəcək.

Ermənistanın geosiyasi oyunlarda alətə çevrilməsi həm özünün, həm də regiondakı digər dövlətlərin milli maraqlarına və təhlükəsizliyinə təhdid yaradır. Buna görə də Azərbaycan və Gürcüstan vahid mövqedən çıxış edərək yaxın qonşuları ilə iqtisadi inteqrasiyanı, beynəlxalq əhəmiyyət daşıyan layihələrin reallaşdırılmasını davam etdirəcəklər. Ermənistan isə geosiyasi oyun başa çatdıqdan sonra diqqətdən kənarda qalacaq. Gürcüstandakı parlament seçkilərinin nəticələri Qərbin Ukraynada olduğu kimi, regionda münaqişə ocağı yaradıb buradakı dövlətləri yönəltməyə cəhd etməsinin qarşısını aldı. Gürcüstanda yaşayan soydaşlarımızın da hakim partiyanın namizədlərinə səs vermələri təsadüfi xarakter daşımırdı. Onlar Azərbaycanda yaşayan qohumları ilə əlaqə saxlayaraq ictimai-siyasi vəziyyəti bilir və inkişafı müşahidə edirlər. Onlar, eyni zamanda, aydın başa düşürlər ki, böyük qüvvələrin əlində alət olmaq müharibə və qeyri-sabit vəziyyətə gətirib çıxaracaq. Azərbaycanlılar Gürcüstan vətəndaşları olaraq Qərbin regionu parçalamaq və müharibə ocağına çevirmək siyasətinə qarşı çıxış etdilər.

Gürcü politoloq Lali Moroşkina seçkilərin nəticələrini qiymətləndirərək bildirib ki, Gürcüstanda müxalifətyönlü mətbuat və televiziya kanallarının çox olmasına baxmayaraq hakim, “Gürcü Arzusu” səslərin böyük hissəsini qazandı. Onun fikrincə, hazırda müxalifət partiyaları Qərbdən göstəriş gözləyirlər ki, növbəti addımlarını atsınlar. Əgər siyasi mübarizə “küçədə” davam etsə, Gürcüstanda ictimai-siyasi vəziyyət pozula bilər və buna görə məsuliyyəti Qərb daşıyacaq. Hakim partiyanın qələbəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq cəhdlərinə böyük zərbədir.

Ermənistanda keçirilən seçkilərin təcrübəsi onu deməyə əsas verir ki, əgər Gürcüstandakı parlament seçkilərinin nəticəsi başqa cür olsaydı, burada Qərbin adamı olan prezidentlə birlikdə regionu parçalamaq, bölgədə ikinci cəbhə açmaq və Qərbin müstəmləkəsinə çevrilmək siyasəti reallaşdırılacaqdı.

Bu gün Gürcüstan-Azərbaycan birliyi mövcuddur və tarix də göstərir ki, bu birlik olanda hər iki dövlət güclü olur, öz maraqlarını müdafiə edir, beynəlxalq səviyyədə də eyni mövqedən çıxış edir. Hər iki yaxın qonşu və dost dövlət bir sıra beynəlxalq iqtisadi layihələri reallaşdıraraq dünya iqtisadiyyatına töhfə verir. Bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolunu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini göstərmək olar. Bunlarla yanaşı, Azərbaycan istər Şimal-Cənub, istərsə də Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri ilə Asiyadan Avropaya daşınan yüklərin Gürcüstandan tranzit keçməsində maraqlıdır. Transxəzər nəqliyyat marşrutu vasitəsilə Çindən və digər Cənub Şərqi Asiya ölkələrindən Avropaya və əks istiqamətə nəql olunan yüklər Azərbaycandan keçərək Gürcüstanın Qara dənizdəki limanlarına çatdırılır. Tranzit yükdaşımalar yalnız iqtisadi dividendlər deyil, eyni zamanda, siyasi zəmanət qazandırır. Ermənistan özünün qeyri-konstruktiv siyasəti nəticəsində bu layihələrdən kənarda qalıb və Qərbin qrantları hesabına büdcəsini doldurur. Bu səbəbdən də Ermənistanın Qərbin yardımı ilə regionda münaqişə törətməyə cəhd etməsi heç də təəccüblü deyil. Gürcüstandakı parlament seçkilərinin nəticələri rəsmi Bakı ilə Tbilisinin Ermənistanın regiondakı siyasətinə qarşı ortaq mövqedən çıxış etdiyini göstərdi.

Seçkilərdən sonra Gürcüstanın paytaxtı Tbilisidə və digər şəhərlərdə kütləvi aksiyaların keçiriləcəyi əvvəlcədən məlum idi. Bu, köhnə siyasi texnologiyadır. Qərb tərəfindən maliyyələşən qeyri-hökumət təşkilatları, media orqanları və digər siyasi partiyalar insanları küçə və meydanlara çıxarıb sabitliyi pozmağa cəhd göstərirlər. Gürcüstanda növbəti rəngli inqilabı həyata keçirməyə çalışan Qərb dövlətlərinin taktikası 2014-cü ildə Ukraynada reallaşdırdıqları taktikaya bənzəyir.

Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib ki, Gürcüstanda keçirilən parlament seçkilərinin qalibi Brüssel olmadı. Qələbəni hakim partiya qazanaraq ölkənin suverenliyini, sülhü və ailəni dəstəkləməkdə davam edəcək.

Latviyalı tarixçi və politoloq Karlis Daukşts isə bildirib ki, Gürcüstan müxalifəti seçkilərin nəticələrini tanımadığını bəyan edir, lakin ortaya əsaslı arqument qoya bilmir. Politoloq seçkiləri yaxından müşahidə etdiyini deyib və belə nəticəyə gəlib ki, ölkənin məhkəmə orqanları seçkilərin qanunauyğun keçdiyini bildirərək nəticələri təsdiqləyəcək. Onun fikrincə, müxtəlif xarici mərkəzlərdən idarə olunan müxalifətdə birlik olamadığı üçün məğlubiyyəti qaçılmaz idi.

Beləliklə, Gürcüstandakı parlament seçkiləri və onun nəticələri bir daha aydın şəkildə göstərdi ki, Qərbin region dövlətlərinin daxili işlərinə müdaxiləsi olsa da, səmərəsi olmayacaq. Kollektiv Qərb regionda ikinci cəbhə açıb müstəqil dövlətlərin müstəqil siyasətini dəyişə bilməz. Söhbət heç də Qərbin gücündə və maliyyə resurslarında deyil. Məsələnin mahiyyəti xalqın iradəsindədir. Xalqın iradəsini sındırmaq heç bir siyasi qüvvəyə müyəssər olmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rəis müavini: Metroya məxsus bütün obyekt və tunellərdə yanğın-texniki müayinələri keçirilib

® COP29 çərçivəsində çay təminatını “Azerçay” həyata keçirəcək

Baş Prokurorluq: Dələduzluq əməli törətməkdə təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib

Nazir: Azərbaycan COP29-un nüvə enerjisini təşviq edən platforma olmasına diqqət yetirəcək

Burada bir-birinə yad adam yoxdur – AzTV-dən REPORTAJ

Hidayət Məmmədov: Metronun “Koroğlu” stansiyasında COP29-la bağlı istiqamət lövhələri yerləşdirilib

Çin XİN: Prezidentin kimliyindən asılı olmayaraq Çinin ABŞ siyasəti sabitdir

Azərbaycan Ümumdünya Termo Nüvə Enerjisi Qrupunun birinci nazirlər iclasında təmsil olunur

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri ilə COP29-a hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb

BMT: Son 60 ildə silahlı münaqişələrin 40 faizi təbii sərvətlərə sahib olmaq uğrunda baş verib

İsveç yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb

COP29-la əlaqədar Bakı metrosunda qərargah fəaliyyət göstərəcək

Gürcüstanın Baş naziri azərbaycanlı həmkarına minnətdarlığını bildirib

Rəis müavini: Sərnişin axını ilə bağlı Bakı Metropoliteni əməkdaşları növbətçilik əsasında işə cəlb ediləcəklər

Baş nazir Əli Əsədov Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşüb

Respublikaçılar Nümayəndələr Palatasında çoxluğu saxlamağa yaxındır

“Zəfər” elm müsabiqəsinin yekun mərhələsində 467 məktəbli biliyini sınayıb

Bakı metrosunun iş rejiminə dəyişiklik ediləcək

Azərbaycan ilə Çin arasında hüquqi və institusional əməkdaşlıq genişləndiriləcək

COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində “COP29” menyusu yaradılıb

Hərb Tarixi Muzeyində “Müstəqillikdən Zəfərə!” adlı tədbir keçirilib

® Ülviyyə Cəlilzadə: “Urban Crew” şirkəti olaraq COP29 tədbirinə tam hazırıq

Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi imzalanıb

Azərbaycan Texniki Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Türkiyə Prezidenti Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümidvar olduğunu bildirib

Azərbaycan qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurub ŞƏRH

“Neftçi” basketbol komandasının yeni baş məşqçisi məlum olub

Azərbaycan İlahiyyat İnstitutunun Misirin əl-Əzhər Universiteti ilə əməkdaşlıq etməsinə dair fikir mübadiləsi aparılıb

ATU-da “İnnovativ ekosistemlərin inkişafında universitetlərin rolu” adlı konfrans keçirilir

Şöbə müdiri: 2030-cu ilə qədər iqlim dəyişikliyi səbəbi ilə 80 milyon insanın işini itirəcəyi proqnozlaşdırılır

Türkiyə İranla sərhədboyu divarın tikintisi işlərini başa çatdırmaq üzrədir

Azərbaycan və Anqola arasında idman sahəsində əməkdaşlıq müzakirə olunub

Qaradağa elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Vyetnamın mərkəzində hərbi təyyarə qəzaya uğrayıb, pilotlar itkin düşüb

Azərbaycanın Mərakeşdəki səfirliyində Zəfər Günü qeyd edilib

Baş redaktor: “AnewZ” qərəzsiz, neytral və regional perspektivi təqdim edən alternativ xəbər kanalıdır

Hulusi Kılıç: Azərbaycan COP29 məqsədlərinə nail olmaq istiqamətində mühüm addımlar atır

Yol polisi sürücülərə müraciət edib

® “ACWA Power” şirkəti COP29-un Enerji və Su məsələləri üzrə rəsmi tərəfdaşı olub

İcraçı direktor: “AnewZ” telekanalı indiyədək o qədər də çox eşidilməyən regionların səsini Bakıdan dünyaya çatdıracaq

İctimai-siyasi Sənədlər Arxivində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Prezident İlham Əliyev Donald Trampı yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib

“Neftçi” basketbol klubu baş məşqçisi ilə yollarını ayırıb

Zelenski Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik edib

Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Donald Trampa

Azərbaycanın təbii və mədəni irsinə həsr olunmuş videoçarx hazırlanıb

Ukraynada hərbi vəziyyət rejiminin müddəti növbəti dəfə uzadılıb

Akademik: 8 Noyabr – Zəfər Günü bütün Türk dünyasının bayramıdır

ADY yenilənmiş korporativ veb-saytını təqdim edib

Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala üzrə yeni Çağrı Mərkəzi istifadəyə verilib

Noyabrın 7-nə olan hava proqnozu açıqlanıb

Dini liderlər qlobal Bakı Sammitinə görə Azərbaycan Prezidentinə təşəkkür ediblər

Prezident İlham Əliyev Bişkekdə Macarıstanın Baş nazirinin təltifolunma mərasimində iştirak edib

Rumıniyada 1300 ton benzin daşıyan qatar relsdən çıxıb

Dövlət qulluğuna qəbulda səriştə modelinin tətbiq olunması ilə bağlı hazırlıq işləri davam edir

Vətən müharibəsindən sonra sabitliyin təminatında yeni model: Polisin və Daxili Qoşunların rolu - konfrans

Rektor: Azərbaycanın COP29-a ev sahibliyi etməsi dövlətimizin növbəti qələbəsidir

FHN-in Cənub Regional Mərkəzində şəhid övladları üçün “açıq qapı” günü keçirilib

Fərid Şahbazlı: COP29 yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi üçün mühüm platforma rolunu oynayacaq

Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar

Azərbaycanla Qırğızıstanın münasibətləri Türk dünyası üçün önəm daşıyır - RƏY

Şuşa şəhərinin azad edilməsi müharibənin gedişinə həlledici təsir göstərdi – elmi-praktik konfrans

Bursada Zəfər Günü və Atatürkün Anım Günü ilə bağlı şahmat turniri keçirilib

Dünya çempionu olan Azərbaycan cüdoçusu: Nəticə istədiyim və gözlədiyim kimi alındı

Misli Premyer Liqası: XIII turun oyunlarına hakim təyinatları açıqlanıb

Donald Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib

Bakı Sammitinin iştirakçıları dövlətlərə, beynəlxalq təşkilatlara və dini liderlərə müraciət ediblər

Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib
Prezident İlham Əliyev Dövlət Başçıları Şurasının iclasında iştirak edib   YENİLƏNİB-6

Paytaxt məktəbində mina təhlükəsinə qarşı maarifləndirmə tədbiri keçirilib

Orban Trampı “gözəl qələbə” qazanması münasibətilə təbrik edib

Hüseyn Hüseynov: “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası nəticəsində iqtisadiyyat hər il 3-4 faiz artacaq

“Səbail” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Misli Premyer Liqasında XVI turun proqramı açıqlanıb

BMT rəsmisi: ESG üzrə vahid platformanın təqdimatı düzgün planlaşdırmanın göstəricisidir

Altı milyondan çox italyan xaricdə təhsil alır

Azərbaycan Kubokunda 1/8 final oyunlarının vaxtı bəlli olub

“Bir Müəllimin Manifesti” ixtisasartırma proqramının builki tələbələri Qazaxda dərsə başlayıblar

Dünya dini liderləri tərəfindən Bakı Bəyannaməsi qəbul edilib

Rusiya vətəndaşının Azərbaycandan külli miqdarda narkotik vasitə keçirməsinin qarşısı alınıb

Almatıda Türkiyənin Təhsil, Elm və Mədəniyyət Mərkəzi açılıb

Çempionlar Liqası: Əliyar Ağayevin idarə etdiyi oyunda VAR-a baxılıb, qol qeydə alınmayıb

Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir VİDEO

“ASAN xidmət”də Zəfər Günü ilə bağlı tədbir təşkil olunub

Maksim Medvedev: Norveç klubu “Qarabağ”la matçda öz oyun üslubundan kənara çıxmalı olacaq

Şeyxülislam: COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır

Moskvada COP29-a həsr olunmuş forum keçirilir

Nazirlik: İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun fəaliyyəti üçün 1 milyard dollar kapital toplanması planlaşdırılır

Göygöldə alkoqollu içkilərin istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan Prezidenti: Əminəm ki, TDT-yə üzv ölkələr COP29-un işində fəal iştirak edəcəklər

Donald Tramp seçkilərdə qələbəsini elan etməyə hazırlaşır

Vətən müharibəsinin xronikası: 6 noyabr

Prezident İlham Əliyev: Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində bir sıra layihələr icra olunur

Respublika Gənclər Kitabxanasında “Zəfərə gedən yol” adlı tədbir keçirilib

Prezident: Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb

Tramp: Bu, Amerika xalqının qələbəsidir

Nazir müavini: Azərbaycanın iqlim təşəbbüsləri qlobal miqyasda yaşıl iqtisadiyyata keçiddə əhəmiyyət daşıyacaq

Xidmətlər Zərfinə əlavə olunması planlaşdırılan əməliyyatlar haqqında müzakirələr aparılıb

ABŞ mediası: Prezident seçkilərində Tramp liderlik edir

Azərbaycan Prezidenti TDT Dövlət Başçıları Şurasının iclasında üzv ölkələr arasındakı hərbi əməkdaşlıqdan danışıb

Prezident İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək