Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hansı hallarda cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?

Hansı hallarda cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?

Bakı, 11 mart, AZƏRTAC

Ali Məhkəmə konkret iş üzrə qəbul etdiyi qərarında Cinayət Məcəlləsinin 62-ci maddəsinin (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməsi barədə məqamlara aydınlıq gətirib.

Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Məhkəmə qərarında qeyd edilib ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin təfsirindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin mənasına görə isə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər.

Lakin o da nəzərdən qaçırılmamalıdır ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin nəzərdə tutduğu (həmin Məcəllənin 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olunub

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib

Azərbaycan Karate Federasiyası Dünya Karate Federasiyasına rəsmi üzv qəbul edilib

Fernandu Santuş: Belarusla oyunda bir neçə futbolçuya istirahət verəcəyik

Kiyevdə “Novruz” Multikultural Sənət Festivalının açılışı olub

Qazaxıstan FHN əməkdaşları Astanada baş vermiş yanğından 60-a yaxın insanı təxliyə ediblər

Rusiyada Su-25 təyyarəsi qəzaya uğrayıb

D-8: Azərbaycanın D-8-ə üzv kimi qoşulması təşkilat üçün mühüm hadisədir

Türkiyədə keçirilən qanunsuz aksiyalar zamanı 123 polis əməkdaşı yaralanıb

Baş prokuror Vyetnamda işgüzar səfərdədir VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ

İngiltərədə ilk dəfə qoyunda quş qripi aşkarlanıb

Türkiyənin xarici işlər naziri sabah ABŞ-a gedəcək

Nant şəhərindəki “Qarabağ” məktəbində Novruz bayramı qeyd edilib

Hərbi Prokurorluq işçiləri Novruz bayramı və hüquqi maarifləndirmə ilə əlaqədar hərbi hissələrdə olublar

Eritreyada saxlanılan Azərbaycan vətəndaşları buraxılaraq ölkəyə gətirilib VİDEO

Azərbaycanda 2024-cu ildə turizmdə 30 faiz artım əldə edilib

Şamaxıya qar yağıb, temperatur 15-20 dərəcə aşağı düşüb VİDEO

Əlcəzair parlamenti “Fransız müstəmləkəçiliyinin kriminallaşdırılması”na dair qanun layihəsi hazırlayır

Masallıda silsilə oğurluqlar edən şəxs saxlanılıb VİDEO

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlığı davam etdirir

Polis Xətai və Yasamal rayonlarında silsilə oğurluq edən şəxsləri saxlayıb

® 1-ci Milli Maliyə Əlçatanlığı Forumunda 300-dən çox sahibkar və şirkət rəhbəri iştirak edib

Rusiyada “Qarınqulu ayı balası” tamaşasının premyerası keçirilib

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

Gənclər Kitabxanasında bəstəkar Əşrəf Abbasovun 105 illik yubileyi münasibətlə virtual kitab sərgisi hazırlanıb

Ödənişi gecikdirilmiş 40 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Paytaxt sakini Zaqatalada dəm qazından boğularaq ölüb

FHN bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib

SOCAR uyğunluq sahəsində yeni təlim proqramına start verib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd edən şəxslər saxlanılıb VİDEO

DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə II tura start verilir

Yeni göz damcıları görmə itkisini yavaşlada bilər - TƏDQİQAT

Misir XİN: Aİ-dən 4 milyard avro maliyyə yardımı alacağımızı gözləyirik

Media: İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır

Almaniya İnkişaf Bankı Misirin təmiz enerji layihələrinə növbəti maliyyə yardımı ayırır

Rustem Umerov: Ər-Riyada Ukrayna və Amerika nümayəndə heyəti arasında görüş konstruktiv keçib

Yuxunun müddəti, yoxsa keyfiyyəti daha vacibdir?

Gələcək davranışın formalaşmasında yeni kəşflərlə bağlı tədqiqat aparılıb

Londondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Qazaxıstana məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib

ABŞ Yəmənin paytaxtında husilərin silah anbarlarına zərbələr endirib

İsveçrənin paytaxtında Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Netanyahu və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Zelenski: Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü texniki xarakter daşıyır

Gürcüstan millisi Ermənistan komandasını darmadağın edib

Millətlər Liqası: Türkiyə yığması Macarıstana üç cavabsız qolla qalib gəlib

Azərbaycanın veteran futbolçusu vəfat edib

“Sağlamlığa doğru qaç!” adlı layihəyə Hacıqabulda start verilib VİDEO

Sabunçuda narkotiklərlə bağlı əməliyyat: 528 qram heroin və digər maddələr ələ keçirilib

Kanadanın yeni Baş naziri növbədənkənar parlament seçkiləri keçirmək barədə qərar qəbul edib

Ersin Tatar: Azərbaycanın və Türkiyənin dəstəyi Şimali Kiprin sabitliyi və inkişafı üçün vacibdir

Parisdə “Natəvan” məktəbinin şagirdləri Novruz bayramını qeyd ediblər VİDEO

“Tercüman” qəzeti: İğdır-Naxçıvan qaz kəməri regional proseslərə uzunmüddətli təsir amilidir

Azərbaycan Berlində keçirilən boks yarışında uğurla təmsil olunub

Şərurda fermada, Kəngərlidə yaşayış evində yanğın olub

Şəki teatrı bayram günlərində uşaqları əyləncəli proqramla sevindirir

Mingəçevirdə evdə qaz sızması ölümlə nəticələnib

Elnarə Rəsulova: Novruz milli dəyərlərimizin ruhudur və hər bir naxışda, hər bir rəngdə yaşayır

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Yağıntılı və küləkli hava şəraiti martın 25-dək davam edəcək

Faktiki hava: Əksər bölgələrdə fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir

XXI Moskva konfransında Şəmkirin numizmatik tapıntıları barədə məruzə edilib

Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb

Misir qəzetində Azərbaycan xalqının ikili standartlara məruz qalmasından yazılıb

Norveçdə İkinci Dünya müharibəsi dövrünə aid hava bombası zərərsizləşdirilir

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaqların nəticələri açıqlanıb

İstanbulda Azərbaycanın milli-mədəni dəyərləri nümayiş etdirilib

Aktauda Novruz bayramında Azərbaycan mədəniyyəti təqdim olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Kişineuda Novruz şənliyi təşkil olunub

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində havanın yağıntılı olacağı gözlənilir

Tələbələr rozmarin bitkisinin yaşıl qələmlərinin kütləvi çoxaldılması işinə başlayıblar VİDEO

Rəvan Həsənov: Novruz bayramı xalqımızın mədəni irsinin ayrılmaz hissəsidir

“Korean Air” şirkəti 32,7 milyard dollarlıq “Boeing” təyyarəsi alacaq

Rusiya Federasiya Şurasının telekanalı Matviyenkonun Bakıya səfəri ilə bağlı süjet hazırlayıb

Narkotik vasitənin təsiri altındakı sürücünün “ağ ölümü” avtomobilində daşıdığı məlum olub

Berlində çoxmərtəbəli binada yanğın baş verib, xəsarət alanlar var

Bu gün Ümumdünya Meteorologiya Günüdür

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrinin həbsinə qərar verilib

Azərbaycan Prezidenti: Pakistanla strateji tərəfdaşlığın hazırkı səviyyəsi böyük məmnunluq doğurur

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

Zalsburq Azərbaycan Evində Novruz şənliyi təşkil olunub

Kiyevə hava hücumu edilib, azı 3 nəfər həlak olub

Zaqatala sakini evində yanıb VİDEO

XİN: Ermənistan xarici işlər nazirinin iddiaları tamamilə əsassızdır

BMT: 2024-cü ildə miqrantlar arasında ölüm halları rekord həddə çatıb

Kimlər gəldi, kimlər getdi...

ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum edəcək

Böyük Britaniya sığınacaq axtaranları Balkanlara göndərməyi planlaşdırır

Qazaxıstanda milli geyimlə dünya rekordu qeydə alınıb

Türkiyədə orta təhsil formulu yenidən nəzərdən keçirilə bilər

Macarıstan Türkiyə ilə tərəfdaşlığı yüksək qiymətləndirir

Roma Papasının xəstəxanadan evə buraxılacağı bildirilib

Qazaxıstanda fləşmob: 500 qadın qədim ipəyirmə sənətini nümayiş etdirdi

Alimlər mikrobların əsaslı hüceyrələrlə əlaqəsini aşkarlayıblar

Türkiyə XİN rəhbərinin müavini: Novruz türk xalqlarının mədəni zənginliyinin və dəyərlərinin ortaq göstəricisidir