İQTİSADİYYAT
HAQSIZ RƏQABƏTƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
Bakı, 18 avqust (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə “Golden Graal” sərinləşdirici içkilərinin istehsalı ilə məşğul olan Rauf Novruzov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Dövlət Xidmətində işə baxılmış və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə Rauf Novruzova 9,9 min manat maliyyə sanksiyası tətbiq edilmişdir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabətə qarşı tədbirlərini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.12.2023 [18:32]
® Tam istədiyiniz ulduz, Tam DigiCard-la!
- 04.12.2023 [18:24]
Pərviz Şahbazov Dubayda bir sıra görüşlər keçirib
- 04.12.2023 [18:06]
Energetika naziri ilə ABŞ Dövlət katibinin köməkçisinin görüşü olub
- 04.12.2023 [14:38]