Azərbaycan Dövlət İnformasiya Agentliyi

HARDAN BAŞLANIR VƏTƏN?!

Hər kəs dünyanın bir guşəsində doğulmuşdur. Rəsmi sənədlərdə qeydiyyata alınan bu yer sonra-dan daimi yaşadığımız ünvana çevrilməsə də, qəlbimizdə həmişəlik iz qoyur. Bəlkə də, buna görədir ki, vaxtaşırı qəlbimizdə baş qaldıran uzaq xatirələr həmişə ən hərarətli duyğular oyadır, bizi bütövlükdə Vətənimiz qədər əziz olan o kiçik el-obaya çağırır.

Bu sətirlərin müəlliflərindən biri bu yaxınlarda, az qala əsrin dörddə biri qədər zaman fasiləsindən sonra doğma Ağdaşa gedəndə qədim Şirvanın bu gözəl guşəsində bir daha həmin hissləri yaşamalı oldu.

... Şəhəri gəzdikcə, sanki keçmişə qayıdır, bugünkü vəziyyəti əvvəl gördüklərimizlə qeyri-iradi müqayisə edirdik. Əlbəttə, əcdadlarımızın diyarı indi tamam başqalaşıb! Həmişə bu yerlərin bəzəyi olmuş meyvə bağları, baharda və yayda gül açan, insan əli ilə yaradılmış laləzar bağçalar, eləcə də müxtəlif çöl çiçəkləri yenə öz gözəlliyini saxlayır, amma indi bunlara son illərin yeni tikililəri - yaşayış evləri, inzibati binalar, park kompleksləri, uzunluğu bir neçə kilometrə çatan prospektlər də əlavə olunub. Asfalt döşənmiş küçələr, yolun hər iki tərəfini bəzəyən yaşıl çəmənlər rayon mərkəzinə yaraşıqlı şəhər görkəmi vermişdir.

Bir sözlə, rayon ərazisinə daxil olan kimi müsbət dəyişikliklərin əhatəsinə düşürsən. Dərhal görünür ki, rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyevin dediyi sözlər əməli işlərlə təsdiqlənir. O deyirdi ki, Azərbaycan müstəqillik əldə edəndən sonra ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və indi Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən quruculuq işləri bəhrəsini verir, regionların sosial-iqtisadi inkişafı haqqında mühüm dövlət sənədlərində qarşıya qoyulan vəzifələr Ağdaş rayonunda da uğurla yerinə yetirilir.

Rayonda baş verən müsbət dəyişikliklər barədə AZƏRTAC ətraflı bir oçerk hazırlamış və o, mərkəzi qəzetlərdə dərc edilmişdir. Bu gün isə başqa mövzuda söhbət etmək istərdik...

Ağdaş Tarix-diyarşünaslıq muzeyində əslən buralı olan tanınmış soydaşlarımızın fotoşəkilləri də nümayiş etdirilir. Bu adamların arasında vaxtilə yüksək ideyalara və insanlar üçün daha yaxşı həyat qurmağın mümkünlüyünə inanaraq, öz vətəninə namusla xidmət edənlər də var, Böyük Vətən müharibəsi illərində doğma, həm də Azərbaycanı qoruyaraq, faşizmə qarşı döyüş meydanlarında canlarından keçənlər də. Ağdaşda doğulub boya-başa çatmış məşhur alimlərin, şairlərin, incəsənət xadimlərinin portretləri də muzeyin bəzəyidir. Ağdaşlılar belə həmyerliləri ilə fəxr edirlər. Tanınmış maarifçi-şərqşünas Muxtar Əfəndizadə, iki xalqın - Azərbaycan və özbək xalqlarının böyük oğlu yazıçı Maqsud Şeyxzadə, texnika elmləri doktoru, Ukraynanın əməkdar elm xadimi Fuad Şıxıyev, tibb elmləri doktoru professor Saleh Salehov, xalq artisti, əməkdar incəsənət xadimi, gözəl rejissor Lütfi Məmmədbəyov və bir çox başqaları... Bu insanlar indi aramızda yoxdur, lakin onların xeyirxah əməlləri qədirbilən ağdaşlıların xatirində silinməz izlər buraxmışdır.

Bəli, bu insanlar həyatın imtahanından üzüağ çıxmışlar... Xalq yazıçısı Anarın təbirincə desək, Ulu Tanrı bizim nəyə qabil olduğumuzu yoxlamaq üçün hər birimizə şans verir.

... Bu gün sıralarımızda olan, öz uğurlu işləri ilə ata-baba yurdunu şöhrətləndirən, ondan ötrü, az da olsa, iş görməyə hazır olan ağdaşlılara da bu muzeyin stendlərində təmsil edilmək şərəfi nəsib olmuşdur. Muzeydə bildirdilər ki, belə adamlardan biri, ölkəmizdə hamının hörmətini qazanmış akademik Bəkir Nəbiyev rayon mərkəzi kitabxanasının və özünün ilk təhsilini aldığı məktəbin kitabxanasını vaxtaşırı yeni nəşrlərlə zənginləşdirir. Həmyerliləri onun işgüzar məsləhətlərinə və ya köməyinə ehtiyac duyanda Bəkir müəllim onlarla görüşməkdən heç vaxt imtina etmir. Eyni sözləri gözəl şair Fikrət Qoca və fitri musiqi istedadına malik xalq artisti, kamanın bənzərsiz ustası Habil Əliyev barəsində də demək olar. Qədirbilən Ağdaş sakinləri bu insanların dünyaya göz açdıqları diyara münasibətini, onların öz həmyerlilərinə imkan daxilində xeyir vermək istəyini yüksək qiymətləndirirlər.

Ağdaşın adları hörmət və minnətdarlıqla çəkilən digər oğlu və qızları da var. Onlar, əsasən, ölkəmizin hüdudlarından kənarda da tanınan ziyalılardır. Lakin bizə belə gəlir ki, yaxşı maliyyə imkanları olan, rayonun və bütövlükdə ölkənin çətin günlərində dövlətimizi dəstəkləmiş, Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə qoşularaq, bölgələrimizin tərəqqisi naminə çalışan insanların adları da eyni dərəcədə ehtirama layiqdir. Axı, müstəqillik illərində biz hamımız daha dərindən hiss etmişik ki, təkcə sözdə deyil, əməli işdə də bu torpağın, bu diyarın həqiqi sahiblərinə çevrilmişik. Bu, yeni şəraitin, tarixi fonun tələbi idi, elə bir fon ki, bunsuz yaşamağımız mümkün deyil. Məhz bu keçid dövründə əvvəlki quruluş üçün bir qədər yabançı sayılan təbəqə - sahibkarlar təbəqəsi formalaşmışdır. Onlardan bəziləri qısa müddətdə yeni şəraitə uyğunlaşaraq, özlərinin bu cəmiyyət üçün faydalı olduqlarını sübut etmişlər.

Müvafiq kapital sahiblərinin öz xalqı üçün nə qədər böyük işlər görə biləcəyini təsdiqləyən tarixi faktlar az deyil - Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev... Əlbəttə, müasir mesenatlara olan tələblər də başqadır, onların fəaliyyət miqyası da əvvəlki ilə müqayisə edilə bilməz. Bu insanların hər biri, məsələn, Elmlər Akademiyası Rəyasət heyətinin və ya Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi binalar kimi imarətlər tikə bilməz və bunu etməyə borclu da deyildir. Lakin öz vəsaiti hesabına, məsələn, doğulduğu kənddə bir məktəb binası tikdirmək, rayon mərkəzinə gedən yola asfalt döşətdirmək, xəstəxananı təmir etdirmək, uşaq evini hamiliyə götürmək eyni dərəcədə nəcib işlər deyilmi?!

Əlbəttə, soydaşlarımız arasında harada - öz ölkəsində, yaxud onun hüdudlarından kənarda işləmələrindən asılı olmayaraq, doğma xalqına qırılmaz tellərlə bağlı olan, onun problemləri ilə yaşayan və bunların həllində iştirak etməyə hazır olan işgüzar insanlar az deyil. Xatirimdədir, ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıtdığı ilk aylarda Azərbaycan əhalisinin bir sıra qida məhsulları, məsələn, şəkərtozu, yumurta ilə təchiz olunması sarıdan hələ də problemlər vardı. Bu, ölkə iqtisadiyyatında hökm sürən hərc-mərcliyin nəticəsi idi. Belə bir vaxtda əslən Tərtər rayonunun Qaradağlı kəndindən olan, o vaxt Başqırdıstanın Tuymaz şəhərində iri fermer təsərrüfatının rəhbəri vəzifəsində çalışan Elşən Hüseynov öz vəsaiti hesabına Vətənə bir vaqon belə ərzaq göndərilməsini təşkil etmişdi.

Digər həmyerlimiz, hazırda Xarkovda yaşayan Nizami Xəlilov doğma kəndində - Kürdəmir rayonunun Şahbəyli kəndində yol çəkilməsinə vəsait ayırmış, kəndin elektrik şəbəkəsini təzələtdirmiş, yeni transformator qoydurmuş, yerli bazarı normal sanitariya vəziyyətinə gətirtmiş, rayon mərkəzində Heydər Əliyev muzeyinin yaradılmasında, parkın abadlaşdırılmasında fəal iştirak etmişdir.

Əlbəttə, doğma xalqının qayğılarını öz qayğıları hesab edən, öz maliyyə imkanlarından istifadə etməklə, bütövlükdə ölkəmizin və onun ayrı-ayrı bölgələrinin tərəqqisinə yönəldilmiş konkret və əsaslandırılmış dövlət proqramlarının həyata keçirilməsinə kömək edən soydaşlarımız az deyil. Amma belələrinin sayı qat-qat çox ola bilər. Əgər işgüzar adamların hər biri, istər gəncəli, istər lənkəranlı, naxçıvanlı, şamaxılı, qusarlı, yaxud zaqatalalı olsun, - öz ata-baba yurdunun inkişafına müəyyən töhfə versəydi, onda bizim ümumi böyük Vətənimiz qazanardı. O halda ölkəmizin diyarşünaslıq muzeylərində mesenatlıq adlı nəcib işin davamçılarının fotoşəkilləri düzülən stend yaranardı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vəkillər Kollegiyası Gəncə Regional Bürosunun tarixi abidə olan inzibati binasının bir hissəsi bərpa edilib

Rauf Hacıyevin 103 illiyinə həsr olunmuş kitab təqdimatı keçirilib

Ağstafada yol qəzası olub, xəsarət alan var

DİM: “Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib

Məhkəmədə beynəlxalq təşkilatların və xarici media qurumlarının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiqləyən faktlar tədqiq olunub

Azərbaycan məktəbliləri ABŞ-da keçirilən müsabiqədə bürünc medal qazanıb

Qlobal Cənub QHT Platformasının üzvləri danışır - Diplomatiya və Beynəlxalq İdarəetmə Akademiyasının təsisçisi Nabil Ayad VİDEO

Qlobal Cənub QHT Platformasının üzvləri danışır - Diplomatiya və Beynəlxalq İdarəetmə Akademiyasının təsisçisi Nabil Ayad VİDEO

Azərbaycan təmsilçiləri “Vindzor Kral Atçılıq Şousu - 2025”də möhtəşəm şou ilə çıxış ediblər

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşı karate üzrə Avropa çempionu olub

Türküstanda “Yəsəvi İrsi”nə həsr olunmuş beynəlxalq simpozium təşkil edilib

Mövsümi allergiyalardan necə qorunmaq olar? VİDEO

Mövsümi allergiyalardan necə qorunmaq olar? VİDEO

Qərbi Azərbaycana qayıdış: İrəvanda maarifçilik hərəkatının tarixi-mədəni əsasları - konfrans

® “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verilib

bp-nin sponsorluğu ilə BDU-da geologiya muzeyi istifadəyə verilib

TÜRKPA komissiyasının 12-ci iclasında türk dövlətləri arasında təhsil əməkdaşlığı müzakirə olunub

MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib

IX “Florida Keys” beynəlxalq musiqi müsabiqəsi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilib

Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib YENİLƏNİB

508 və 521 nömrəli marşrutların hərəkət istiqaməti dəyişdirilir

Azərbaycan Aktauda keçirilən beynəlxalq forumda təmsil olunub

Xocasəndə taxta sexində baş verən yanğın söndürülüb - YENİLƏNİB

AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb

® Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda növbəti tədbir keçirilib

Füzuliyə dolu yağıb

Azərbaycan Prezidentinin Zirvə toplantısında iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun təzahürüdür VİDEO

Azərbaycan Prezidentinin Zirvə toplantısında iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun təzahürüdür VİDEO

Gənclər arasında “Legal Ring” intellektual yarışı keçirilib

Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər

Şahdağda qar yağır – FAKTİKİ HAVA

® “Umico” kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: Komissiyasız alış-veriş imkanı

Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və sərgisi keçiriləcək

ADU ilə Siena Əcnəbilər Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub

Vyetnam və Azərbaycan şirkətləri arasında potensial layihələrin stimullaşdırılması müzakirə olunub

3x3 basketbol üzrə “ABB Qadın Basketbol Liqası”nda 2-ci mərhələnin qalibi bəlli olub

“İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinə qeydiyyat başlayıb

AQTA: Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevlə Albaniyanın Baş nazirinin işçi nahar əsnasında görüşü olub VİDEO

Astanada Azərbaycan-Qazaxıstan ikitərəfli münasibətlərinin cari vəziyyəti müzakirə olunub

Xaçmazda özünüməşğulluq proqramı üzrə yaradılmış təsərrüfatlara, reabilitasiya və günərzi qayğı mərkəzlərinə baxış olub

BMU-da Abşeron rayon məktəbliləri ilə görüş keçirilib

“Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinin açılış mərasimi keçirilib

"Sumqayıt"ın kapitanı futbolçu karyerasını başa vurur

Ukraynanın müdafiə naziri: Kiyev cəbhədə atəşkəs rejiminin tam və qeyd-şərtsiz tətbiqinə hazırdır

Aktau limanında yeni konteyner qovşağının inşası müzakirə olunub

UFC-nin şöhrət zalının üzvü Bakıya gələcək

Büdcə daxilolmaları: Ödənilən vergilərin 71,5 faizi qeyri-neft-qaz sektorunun payına düşüb VİDEO

Büdcə daxilolmaları: Ödənilən vergilərin 71,5 faizi qeyri-neft-qaz sektorunun payına düşüb VİDEO

Andrey Yermak: Rusiya bu gün Ukrayna ilə aparılan danışıqları 2022-ci ilə bağlamağa çalışır

Azərbaycan "Russia Halal Expo 2025" sərgisində təmsil olunur

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Şabranda vətəndaşların müraciətlərini dinləyib

® EBRD və “Unibank” Azərbaycanda ticarət maliyyələşməsini dəstəkləyəcək

Hərbi vəzifəlilərlə praktiki məşğələlər keçirilir

Azərbaycanın FIFA referisi Avropa çempionatının final oyunlarına təyinat alıb

Sosial Xidmətlər Agentliyinin nümayəndə heyəti İspaniyada keçirilən beynəlxalq konfransda iştirak edir

Ədəbiyyat İnstitutunda yubiley tədbirlərinə hazırlıq məsələləri müzakirə olunub

Tramp İrana nüvə sazişi ilə bağlı təklif verildiyini təsdiqləyib

Donald Tramp: “Biz Putinlə görüşməliyik”

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə bu ilin yanvar-aprel aylarının yekununa dair məlumat açıqlanıb

Milli Marketinq Forumunda azad olunmuş ərazilərə qayıdışla bağlı məlumat verilib VİDEO

Milli Marketinq Forumunda azad olunmuş ərazilərə qayıdışla bağlı məlumat verilib VİDEO

VI Beynəlxalq səyahət və turizm dinamikası konfransının açılış mərasimi keçirilib

“Araz Vadisi İqtisadi Zonası”na yatırılan investisiyaların gələcəkdə daha da artırılacağı proqnozlaşdırılır VİDEO

“Araz Vadisi İqtisadi Zonası”na yatırılan investisiyaların gələcəkdə daha da artırılacağı proqnozlaşdırılır VİDEO

Kişineuda Avropa audiovizual media tənzimləyicilərinin platforması olan EPRA-nın 61-ci Toplantısı keçirilib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib VİDEO

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib VİDEO

Qəbələnin hotel və mehmanxanaları dörd ayda 26 minə yaxın turistə xidmət göstərib

“Göytəpə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Qlobal Cənub QHT Platformasının üzvləri danışır - Tacikistanın Əlilliyi Olan Şəxslər Milli İttifaqının sədri Əsədulla Zikrixudoyev VİDEO

Qlobal Cənub QHT Platformasının üzvləri danışır - Tacikistanın Əlilliyi Olan Şəxslər Milli İttifaqının sədri Əsədulla Zikrixudoyev VİDEO

Hakan Fidan Kiyevi və Moskvanı sülh şansından istifadə etməyə çağırıb

İdarə rəsmisi: Bakıda təmirlə əlaqədar hərəkətin məhdudlaşdırıldığı yollarda polis əməkdaşları tərəfindən xidmət təşkil edilir

Son dörd ayda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı faktların sayı azalıb

Azərbaycan dili imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

Qaxda yeni cüdo zalının açılışı olub

Energetika naziri Ağstafada vətəndaşlarla görüşüb

Azərbaycan və Özbəkistanın əqli mülkiyyət qurumlarının birgə tədbiri keçirilib

Bu ilin yanvar-aprel aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1499 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Çinin ekoloji cəhətdən daha təmiz ən iri avtomobildaşıyan gəmisi ilk səfərinə başlayıb VİDEO

Çinin ekoloji cəhətdən daha təmiz ən iri avtomobildaşıyan gəmisi ilk səfərinə başlayıb VİDEO

Azərbaycan və Türkiyənin gənc iş adamları əməkdaşlıq imkanlarını müzakirə ediblər

Son dörd ayda 2 ton 593 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb

Kirayə mənzil fonduna daha 157 mənzil əlavə olunub

Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Naxçıvanda ÜDM istehsalı 1,3 faiz artıb

Muxtar Babayev: Qlobal hədəflər çərçivəsində dağ ekosistemləri üçün uyğunlaşma göstəricilərinin razılaşdırılması üzərində işləyirik

Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti AzMİU-da olub

“Dayanıqlı iqtisadiyyatda rəqabətin rolu” mövzusunda tədbir keçirilir VİDEO

“Dayanıqlı iqtisadiyyatda rəqabətin rolu” mövzusunda tədbir keçirilir VİDEO

Melaniya Trampın Sloveniyadakı bürünc heykəli oğurlanıb

“Fənərbağça” və “Qalatasaray” "Real Madrid"in qapıçısını transfer etmək istəyir

Elmi jurnalların nüfuzunun artırılması məqsədilə pilot layihəyə start verilib

Teymur Musayev: Plastik cərrahların peşə fəaliyyəti ilə bağlı məsələ qanun çərçivəsində öz həllini tapıb

UNEC-də “Ortaq gələcək: sosial-iqtisadi innovasiyalar” mövzusunda konfrans işə başlayıb

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşların müraciətlərini dinləyib

Babək prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

“British Airways” 3,2 milyon funt sterlinq məbləğində cərimələnib

Almaniyanın daxili işlər naziri miqrasiya siyasətinin daha da sərtləşdiriləcəyini bildirib

Naxçıvanda son 2 ildə 3500-ə yaxın yeni iş yeri açılıb VİDEO

Naxçıvanda son 2 ildə 3500-ə yaxın yeni iş yeri açılıb VİDEO

Nazir: Səhiyyə Nazirliyi 65 yaşına çatanların fəaliyyət müddətini mütəmadi olaraq uzadır

Maqsud İbrahimbəyovun 90 illik yubileyi qeyd edilib

Dövlət Xidmətinin rəisi Tərtərdə vətəndaşların müraciətlərini dinləyib

Beynəlxalq insan hüquqları müdafiəsi təşkilatının Ermənistan ordusunun cinayətləri ilə bağlı hesabatı məhkəmədə nümayiş olunub

İordaniyada “Qərbi Azərbaycan mədəniyyəti” sərgisi və elmi-praktiki konfrans təşkil olunub