HELMUT KOL 44 YAŞLI İQTİSADÇI QADINLA EVLƏNMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Assoşieyted agentliyinə istinadən xəbər verir ki, Almanyanın keçmiş kansleri 78 yaşlı Helmut Kol ixtisasca iqtisadçı olan 44 yaşlı qadınla ailə həyatı qurmuşdur.
Bu izdivac yalnız yaxın dostların iştirakı ilə Helmut Kolun Almaniyanın cənubunda müalicə olunduğu xüsusi xəstəxanada qeyd edilmişdir.
Ailə quranlar özlərinin çox xoşbəxt olduqlarını bildirmişlər.
Bu, Helmut Kolun həyatında ikinci evlənmə hadisəsidir. Günəşə qarşı allergiyası olan birinci arvadı 2001-ci ildə 68 yaşında vəfat etmişdir. Sabiq kanslerin birinci həyat yoldaşı ömrünün son 15 ayı ərzində bütün vaxtı evdə qalmış, yalnız gecələr bayıra çıxmışdır. H.Kol onunla 41 il birlikdə yaşamışdır.
Xatırladaq ki, Helmut Kol 1982-1998-ci illərdə Almanyanın kansleri olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]