Həmkarlar ittifaqları və əmək qanunvericiliyi ilə bağlı təlim proqramı başa çatıb




Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasının İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində “Həmkarlar İttifaqları və əmək qanunvericiliyi: əsas istiqamətləri, problemləri, perspektivləri” mövzusunda təlim proqramı başa çatıb.
AHİK-dən AZƏRTAC-a bildirilib ki, aprelin 7-11-i keçirilən təlimlərin məqsədi əmək qanunvericiliyi, idarəetmə prinsipləri, əmək münasibətlərinin tənzimlənməsi sahələrində həmkarlar ittifaqı üzvlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
İştirakçılar Əmək Məcəlləsi, əmək hüquqları, əmək müqavilələrinin bağlanması və rəsmiləşdirilməsi qaydaları, eləcə də bu sahədə həmkarlar ittifaqlarının rolu ilə bağlı ətraflı məlumatlandırılıblar.
Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Təlimlər iştirakçıların peşəkarlıq səviyyəsinin yüksəlməsinə, əmək münasibətlərinin tənzimlənməsi sahəsində effektiv yanaşmaların tətbiqinə, eləcə də həmkarlar ittifaqlarının fəaliyyətinin səmərəli təşkilinə töhfə verəcək.