CƏMİYYƏT
Hər iki valideynini itirən 7 şəhid övladının hər birinin adına 5 min manat məbləğində depozit hesabı açılıb
Bakı, 24 iyun, AZƏRTAC
"YAŞAT" Fondu tərəfindən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 min 417, itkin ailə üzvlərinin 7 və yaralıların 5 min 791 müraciəti olmaqla ümumilikdə 10 min 215 müraciət təmin edilib.
AZƏRTAC xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli mətbuat konfransında deyib.
Fondun rəhbəri bildirib ki, 2020-ci il sentyabrın 27-dən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədilə min manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 min manat məbləğində depozit hesabı açılıb.
Hər iki valideynini itirən 7 şəhid övladının hər birinin adına 5 min manat məbləğində depozit hesabı açılıb.