Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hərbi ekspert: İşğal altındakı bütün şəhərlərimizin qısa müddətdə azad edilməsini gözləyənlər əsgərlərimizin çətin relyef və iqlim şəraitində mübarizə apardıqlarını nəzərə almalıdırlar

Hərbi ekspert: İşğal altındakı bütün şəhərlərimizin qısa müddətdə azad edilməsini gözləyənlər əsgərlərimizin çətin relyef və iqlim şəraitində mübarizə apardıqlarını nəzərə almalıdırlar

Bakı, 3 noyabr, AZƏRTAC

1994-cü ilin əvvəllərindəki Horadiz əməliyyatlarından sonra, yəni son 24 ildə Silahlı Qüvvələrimiz 2016-cı ildə Cocuq Mərcanlı kəndi, Talış və Lələtəpə yüksəklikləri, 2018-ci ildə Günnüt kəndi, Qızıl Qaya və Xunut yüksəkliyi, 2019-cu ildə isə Babakər dağı istiqamətində uğurlar əldə edib. Həmin dövrdə azad edilən o ərazilərin işğal altındakı torpaqlarımızla nisbətini nəzərə almadan onları əsl qələbə kimi qeyd edə bildik. Çünki müharibədə əsas məsələ mənəvi psixoloji üstünlüyü əldə etməkdir.

Bunu AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Ekspert qeyd edib ki, sentyabrın 27-də erməni təxribatından sonra Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatında ən vacib olan Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mifi dağıtmaq idi. Bunu da Azərbaycan Ordusu qısa müddətdə bacardı və bu gün ordumuz işğal altındakı torpaqlarımızın böyük bir qismini işğalçılardan təmizləyib və uğurlarımız davam edir. Xatırladaq ki, 4 ilə yaxın müddətdə işğal edilən və düşmən tərəfindən 24 ildir möhkəmləndirilən ərazilərin azad edilməsinə başladığımız heç 40 gün deyil. Təəssüflər olsun ki, sosial şəbəkələrdə bəziləri hər gün azad edilən kəndlərlə qane olmur və qısa müddətdə bütün şəhərlərimizin, o cümlədən Şuşanın, Kəlbəcərin, Laçının, Xankəndinin əsgərlərimiz tərəfindən azad edilməsini gözləyir. Bu şəxslərə bir neçə dost məsləhəti vermək üçün ordumuzun dağlarda həyata keçirdiyi hücum əməliyyatlarının bəzi xüsusiyyətlərini qısaca xatırlatmaq istəyirəm: “Birincisi, şəhər və ya kəndin azad edilməsi üçün yüksəkliklərin azad edilməsi vacibdir. Yüksəkliklər isə addım-addım azad olunur. Qoşunlarımız irəlilədikcə yüksəkliklər də artır. İkincisi, dağlıq ərazilərdə yol infrastrukturunun olmaması, çox vaxt alternativi olmayan yollardan istifadə və onların geri çəkilən düşmən tərəfindən minalanması, dağ çayları üzərindən keçən körpülərin sıradan çıxarılması, mövcud yolların məhdud buraxılış qabiliyyəti, sərt eniş, yoxuş və döngələr, düşmənin pusqu ehtimalı və s. qoşunların hərəkət sürətinə mənfi təsir edir. Üçüncüsü, iqlim şəraiti hücumda olan əsgərimizə düşməndən heç də az müqavimət göstərmir. Dağlarda yağıntı düzənliyə nisbətən iki dəfə çox olur. Gecə və gündüz arasında 20 dərəcəlik temperatur fərqi, tez-tez havanın dəyişməsi və güclü küləklər müşahidə olunur. İldırım ehtimalı daim yüksək olaraq qalır. Dağlıq ərazidə, duman və ya çiskində istiqaməti saxlamaq, döyüşmək, sağ qalmaq, düşməni məhv etmək və verilən tapşırığı yerinə yetirmək yeni şəhər və ya rayon ilə bağlı istək bildirmək qədər asan deyil. Həmçinin Dağlıq Qarabağın 2000 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərində sərt yoxuşları, hər 100 metr artan yüksəklik üçün temperaturun 0.6 dərəcə soyumasını, təzyiqin 10 mm c.s. enməsini, oksigen sıxlığının 1.2 faiz azaldığını, günəş radiasiyanın 1-2 faiz, ultrabənövşəyi şüaların 5-10 faiz artığını, qanda isə oksigenin azaldığını da nəzərə almalıyıq. 3000-dən yuxarı yüksəklərdə isə insan iştahasını itirir, pis eşidir, görmə zəifləyir. 5000 metrdə insan müsbət 6 dərəcə temperaturda dona bilər.

Düşmənin ağ fosfor kimi qadağan olunan sursatlarından istifadə etdiyini bilirik. Onsuz da oksigen çatışmayan dağlıq ərazidə əleyhqazda hərəkət etməyin nə demək olduğunu yaşayanlar bilir. Eyni zamanda, oksigen azlığı texnikaların da mühərriklərinin fəaliyyətinə mənfi təsir edir. Onların gücü 2000 metrdə 30 faiz azala bilər. Dar yol, böyük maşınlar, sərt döngələr nəzərə alınmalıdır. Nəzərə almaq vacibdir ki, dağ ərazisi sabit fəaliyyət zonalarının azalması səbəbindən topoqrafik istinadla bağlı problemlərlə əlaqədar olaraq radiotexniki və RLS sistemlərinin istifadəsi üçün xüsusi çətinliklər də yaradır. Qayalıq ərazilər radio dalğalarını böyük hissəsini mənimsəyir və səpələyir, yüksək səviyyəli atmosfer müdaxiləsi isə vəziyyəti daha da ağırlaşdırır. Dağ yamaclarının ultra qısa sistemlərinin işinə maneə (ekran) yaratması səbəbindən əlavə radiorele və təkrar ötürücü məntəqələrin quraşdırılması lazım olur. Ümumiyyətlə, hər hansı bölmənin və hərbi texnikanın yerləşdirilməsi müddəti normal şəraitdən 1.5-2 dəfə çox müddət tələb edir.

Bu siyahını uzatmaq da olar. Tam əminliklə deyirəm ki, sadalanan çətinliklər mövcud olanların bizə görünən və kiçik bir hissəsidir. Onlar geri çəkilən düşmənə daha ciddi problemlər yaradır.

Hərbi ekspert bildirib ki, torpaqlarımız 4 ilə yaxın müddət ərzində işğal edilib və 24 il ərzində düşmən bu ərazilərimizdə kifayət qədər möhkəmlənib. Əsgərimiz qarşıya qoyulan vəzifələri uğurla icra edir. Bu gün arxa cəbhədə olan hər bir vətəndaşımız Müzəffər Ali Baş Komandanın və Ordumuzun ətrafında sıx birləşməli və dəstəyimizi ifadə etməliyik. Prezident İlham Əliyev indiyədək xalqa verdiyi hər bir vədi yerinə yetirib, odur ki, dövlətimizin başçısının torpaqlarımızın azad olunacağına dair vədinə əməl edəcəyinə kimsənin şübhəsi olmamalıdır. Bizdən tələb olunan, sadəcə, səbirli və təmkinli olmaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyəli ekspert: Azərbaycanın 44 günlük müharibədə qələbəsi bütün türk dünyası üçün qürur mənbəyidir

"Barselona" əlavə vaxtda "Real Madrid"i məğlub edərək İspaniya Kral Kubokunun qalibi olub

Görkəmli Azərbaycan bəstəkarının əsərləri Qahirə Operasında səsləndirilib

İranın cənubundakı dəniz limanında güclü partlayış baş verib, 8 nəfər həlak olub YENİLƏNİB-3  VİDEO

İranın cənubundakı dəniz limanında güclü partlayış baş verib, 8 nəfər həlak olub YENİLƏNİB-3 VİDEO

Kardioloq Fuad Mahmudlu: Həkimlərin Berlin Qurultayı Azərbaycan səhiyyəsinin inkişafı üçün böyük əhəmiyyət daşıyır

Bundesliqa: “Bavariya” vacib üç xalı üç cavabsız topla qazanıb

Gülşən Əhmədli: Berlin qurultayında azərbaycanlı həkimlərin üzv olduğu təşkilatlar arasında əlaqələrin gücləndirilməsi diqqət mərkəzində saxlanılır

Aqil Hüseynzadə: Azərbaycanlı Həkimlərin Berlin Qurultayında əsas mövzulardan biri də süni intellektin tibb sahəsində tətbiqidir

Nizami Kino Mərkəzində “Qəhrəmanlıq Varislikdir” sənədli filminin təqdimatı olub

Abbas Əhmədli: Xaricdə yaşayan həkimlərimizin Azərbaycanda səhiyyə sahəsində reallaşdırılan islahatlara töhfələri Berlin qurultayının əsas mövzularındandır

Superliqa: “Fənərbağça”dan möhtəşəm geridönüş

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

Misli Premyer Liqası: “Zirə” Tovuzda “Kəpəz”i məğlub edib

İstanbulda baş vermiş zəlzələdən sonra yeddi mindən artıq binada ciddi zədə aşkar edilib

Missiyalarımızı uğurla tamamladıq: Mən sağlamlığımı, oğlum isə canını qurban verdi – Çernobıl əlili

Naxçıvanda Azərbaycan Psixoloqlarının I Forumu keçirilib VİDEO

Naxçıvanda Azərbaycan Psixoloqlarının I Forumu keçirilib VİDEO

Azərbaycanlı pianoçu Kembricdə beynəlxalq festivalda çıxış edib

ADAU-da “Web of Science” platformasına dair təlim keçirilib

Balakəndə 200-ə yaxın sakin oftalmoloji müayinədən keçib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb VİDEO

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb VİDEO

Milli Məclisin sədri Sahibə Qafarova Vatikanda Roma Papasının dəfn mərasimində iştirak edib

Cəbrayıla səfər edən əcnəbi səyyah: Burada həm münaqişədən öncə, həm münaqişədən sonra baş verənləri görürük VİDEO

Cəbrayıla səfər edən əcnəbi səyyah: Burada həm münaqişədən öncə, həm münaqişədən sonra baş verənləri görürük VİDEO

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb

İsveç İnstitutunun təqaüdçüləri arasında Azərbaycandan olan tələbələr yenidən liderdirlər

Brnoda şəhərin azad edilməsi zamanı həlak olanların xatirəsi anılıb

“Yüksəliş” müsabiqəsi çərçivəsində beşinci dəfə intellektual yarış keçirilib

“Uşaq İncəsənət Festivalı – 2025” çərçivəsində birinci seçim turu davam edir FOTO

Azərbaycan COP29 Sədrliyinin ilk milli tədbirində Xankəndi Gənclər Paktı imzalanacaq

Xabarovskda Azərbaycan diasporunun dəstəyi ilə uşaq hokkey turniri keçirilib

İngiltərə Premyer Liqası: "Çelsi" qələbə sayəsində dördüncü pilləyə yüksəlib

Rusiya KXDR hərbçilərinin Kursk vilayətinin azad olunmasında iştirakını etiraf edir

Mingəçevirdə növbəti ağacəkmə aksiyası keçirilib

Xankəndidə COP Simulyasiya Konfransı öz işinə başlayıb YENİLƏNİB   VİDEO

Xankəndidə COP Simulyasiya Konfransı öz işinə başlayıb YENİLƏNİB VİDEO

Çexiyada qızıl xəzinəsi tapılıb

Roma Papası dəfn edilib

Şamaxıda “Erkən müayinə can qurtarır!” tibbi aksiyası keçirilib

Volodimir Zelenski: Trampla təkbətək çox şeyi müzakirə etdik

ABŞ-lı səyyah: Ərazilərin minalardan təmizlənməsi Azərbaycan tarixindəki mənfi səhifəni silməyə kömək edəcək mühüm elementdir VİDEO

ABŞ-lı səyyah: Ərazilərin minalardan təmizlənməsi Azərbaycan tarixindəki mənfi səhifəni silməyə kömək edəcək mühüm elementdir VİDEO

Azərbaycan Özbəkistanda keçirilən festivalda və II Türk Dünyası Mədəniyyət Forumunda təmsil olunur

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq

Professor Məhəmməd Dərrac: Fransa Əlcəzairin 300 illik arxivlərinə çıxışı məhdudlaşdırıb

İngiltərəli səyyah: Azərbaycan hökuməti minalı ərazilərin təmizlənməsinə böyük diqqət göstərirVİDEO

İngiltərəli səyyah: Azərbaycan hökuməti minalı ərazilərin təmizlənməsinə böyük diqqət göstərirVİDEO

Türkiyəli ekspert: Region ölkələri Zəngəzur dəhlizinin açılması fürsətini əldən verməməlidir

Polis Xəzər və Nizami rayonları ərazisində oğurluq edən şəxsləri saxlayıb

Dünya səyyahları Cəbrayılda minatəmizləmə prosesini izləyib VİDEO

Dünya səyyahları Cəbrayılda minatəmizləmə prosesini izləyib VİDEO

Aydar Kurmaşev: Azərbaycan ilə Qazaxıstan arasında ekspert əməkdaşlığının inkişafına diqqəti artırmaq lazımdır - MÜSAHİBƏ

Azərbaycan və Pakistan arasında strateji əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

Zelenski və Tramp Romada görüşüblər

Dubay şəhərində Azərbaycanın “Şuşa” adlı ilk süni intellekt rəssamının təqdimatı olub

Ədliyyə naziri İmişli rayonunda vətəndaşları qəbul edəcək

BANM-ın “Agroficient” komandası 25 min avro investisiya qazanıb

Yeganə Hacıyeva: Azərbaycan Prezidenti CGTN-ə müsahibəsində ölkəmizin qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişafı ilə bağlı mövqeyini növbəti dəfə bəyan etdi

“McDonalds” Rusiya bazarına qayıdış prosesinə başlayıb

Azərbaycan Prezidenti: Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur VİDEO

Azərbaycan Prezidenti: Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur VİDEO

Gürcüstan məktəblərində kompüter texnologiyalarının öyrənilməsi məcburi olacaq

Prezident: Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var

Ötən gün əksər rayonlarda hava şəraiti yağıntılı və küləkli keçib, arabir şimşək çaxıb

Dəmir yolu stansiyasında silah-sursat aşkarlanıb

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Prezident İlham Əliyev: Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir VİDEO

Prezident İlham Əliyev: Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB  VİDEO

Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB VİDEO

Prokurorluq əməkdaşları iki hektar ərazidə 1250-dən çox ağac əkiblər

Milli Kitabxanada “26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı kitab sərgisi açılıb

Şərur rayon sakininin öldürülməsi ilə bağlı daha bir şəxs tutulub

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində daha 47 nəfər saxlanılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstanda soydaşlarımızla görüşüb

Sabah bəzi yerlərdə havanın arabir yağıntılı olacağı proqnozlaşdırılır

Respublika Gənclər Kitabxanasında “Professor Mir Cəlal Paşayev” adlı virtual kitab sərgisi hazırlanıb

Dəniz kənarında inşa edilən qanunsuz tikili sökülüb

Premyer Liqa: "Zirə" "Kəpəz"in qonağı olacaq

Azərbaycan və İsveçrə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Dünya bazarında qızılın ucuzlaşması davam edir

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanda mühakimə olunan Ruben Vardanyanla və digər 15 erməniəsilli şəxslə rəftar ilə bağlı Ermənistanın iddialarını rədd edib

Dünya birjalarında neft bahalaşıb

Dünya Məktəbinin yubiley tədbiri keçirilib VİDEO

Dünya Məktəbinin yubiley tədbiri keçirilib VİDEO

Axtarışda olan 75 nəfər saxlanılıb

Zelenski Papa Fransisklə vida mərasimində iştirak etmək üçün Romada səfərdədir

Azərbaycan neftinin qiyməti artıb

Almaniyada yol-nəqliyyat hadisələri nəticəsində ölən hər altı nəfərdən biri velosipedçidir

Azərbaycanda Çernobıl əlillərinin sosial təminatı sahəsində aparılan işlər açıqlanıb

Özbəkistanda “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş tədbir keçirilib

DİN: Ötən gün vətəndaşların bank kartlarından 23 min manatdan çox pul oğurlanıb

Həsənov, pərdəni çək, bura sənin üçün Şuşa deyil - Çernobıl hadisələrinin iştirakçısı danışır...

Gəncə dovğası: dad, yaddaş və ənənələr

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Qazaxıstan super kompüterin yaradılmasına 50 milyon dollar yatırım edəcək

Bir yazıçı ömrünün manifesti...

Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib

Səudiyyə Ərəbistanının “əş-Şarq əl-Avsət” qəzeti Azərbaycan Prezidentinin Çinə səfərindən yazıb

Viktor Orban: Ukrayna üçün Aİ-yə qoşulmaq hələ tezdir

Naxçıvanda “Görmək Gözəldir” aksiyası çərçivəsində qazilər və ailələri müayinədən keçiblər

Baş direktor: Qazaxıstan türk dövlətlərinin birgə peykinin orbitə çıxarılması layihəsini dəstəkləyir

Yardımlıda qanvermə aksiyası keçirilib

ICESCO nümayəndəsi: Azərbaycanlı həkimlər “Kosmik təbabətin əsasları” proqramı çərçivəsində təlim keçmək üçün Bəhreynə gedəcəklər

ABŞ və Rusiya Moskva ilə Kiyev arasında birbaşa danışıqların mümkünlüyünü müzakirə ediblər

Avrasiya İqtisadi Zirvəsinin təqdimat tədbiri keçirilib

Şamaxıda mikroavtobus qəzaya uğrayıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB