HƏRBİ ƏMƏKDAŞLIQ PLANI UĞURLA İCRA OLUNUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan ilə Polşa arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, hərbçilərimiz iyunun 11-dən 15-dək Varşava şəhərində hərbi hüquqşünasların məsləhətləşmələri, Almaniya ilə imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində iyunun 12-dən 29-dək Hamburq şəhərində “BMT qərargah zabiti” kursu, Türkiyə ilə imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iyunun 13-dən 15-dək Ankarada “Büdcə planlaşdırılması” üzrə təcrübə mübadiləsi və ABŞ ilə imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyunun 17-dən 23-dək Böyük Britaniyanın Lakenhiz şəhərində “Hava hərəkatının idarə edilməsi sistemi ilə tanışlıq” tədbirlərində iştirak edəcəklər.