Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV - 100

Hərbi Prokurorluqda tədbir: Ulu Öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də Hərbi Prokurorluqda nəhəng tarixi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Hərbi Prokurorluqdan AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasındakı “Heydər Əliyev guşəsi”ndə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dünyaşöhrətli siyasətçinin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Tədbirdən əvvəl mərasim iştirakçıları böyük şəxsiyyətin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz və unudulmaz xatirələrini bir dəqiqəlik sükutla anıb, qazilərə şəfa diləyiblər.

Mərasimdə çıxış edən Baş prokurorun müavini-Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə millətinə bağlı olan, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran, müstəqilliyə gedən yolumuzu və istiqbalımızı işıqlandıran dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən ətraflı danışıb. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən bəhs edən ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, şərəfli ömrünü ölkəmizin hərtərəfli inkişafına və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb.

Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ Ulu Öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə işlənib hazırlanıb. Dahi şəxsiyyət Heydər Əliyevin xalqın israrlı tələbi ilə qayıdışından sonra hər şeyin müsbətə doğru dəyişdiyini vurğulayan Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən bu böyük qayıdışdan sonra vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb, bununla da Azərbaycan tərəqqi yoluna qədəm qoydu. “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamından söz açan ədliyyə general-leytenantı Xanlar Vəliyev sözügedən Sərəncamın və onun əsasında hazırlanan tədbirlər planlarının müddəalarının aidiyyəti qurumlar, o cümlədən Hərbi Prokurorluq Orqanları tərəfindən böyük qürur və fərəh hissləri ilə uğurla icra edildiyini, bu müqəddəs missiya ilə əlaqədar Hərbi Prokurorluq tərəfindən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları, eləcə də müxtəlif dövlət qurumları, şəhər və rayon rəhbərlikləri ilə birlikdə 20-dən artıq tədbir keçirilib.

Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə müstəsna əhəmiyyətli nəhəng işlər görülüb, çoxşaxəli köklü islahatlar həyata keçirilib, bütün istiqamətlərdə misli görünməmiş uğurlar əldə olunub.

Prezident İlham Əliyevin dərin zəkası, hərtərəfli bilikləri, mükəmməl rəhbərliyi, sarsılmaz qətiyyəti və gərgin əməyi sayəsində, eləcə də hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində iqtisadiyyatımız daha da güclənib, ölkəmiz hərtərəfli inkişaf edib, qüdrətli Silahlı Qüvvələrimiz formalaşıb. Eyni zamanda, dövlətimizin beynəlxalq nüfuzu daha da artmaqla, dünya ölkələri sırasında mövqeyi hərtərəfli möhkəmlənib. Bütün bunlar isə Vətən müharibəsindəki möhtəşəm Qələbəmizi də şərtləndirib, nəticədə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə düşmən tapdağında olan dədə-baba torpaqlarımız işğaldan azad edilib. Uğurla həyata keçirilən antiterror tədbirləri bir daha təsdiq edib ki, “Dəmir yumruq” yerindədir, istənilən təxribatın qarşısını qətiyyətlə almağa və düşmənin “başını əzməyə” qadirdir.

Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, Prezident İlham Əliyevin mükəmməl siyasi strategiyası və yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən postpandemiya dövrünə, eləcə də müharibədən çıxmış ölkə olmağımıza rəğmən dövlətimizin eyni templə hərtərəfli qüdrətlənməsi və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı bu gün də uğurla təmin edilir.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev vurğulayıb ki, əldə olunan uğurlarda və dövlətimizin qüdrətlənməsində, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində zəngin biliklərə, iti düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik olan, sadəliyi, səmimiliyi və insanpərvərliyi ilə xalq məhəbbəti qazanmış Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Milli Məclisin deputatları Cavanşir Feyziyev “Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolu”, Arzu Nağıyev “Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyəti”, İqbal Məmmədov “Ümummilli Lider Heydər Əliyev və Azərbaycançılıq”, Vüqar İsgəndərov “Ulu Öndər Heydər Əliyev irsi, müstəqil dövlətçilik” və Jalə Əhmədova “Ümummilli Lider Heydər Əliyev Azərbaycanda dövlət quruculuğunun banisidir” mövzularında məruzələr söylədilər və Xalq şairi Vahid Əziz Ulu Öndərlə bağlı xatirələri bölüşüb.

Prezident İlham Əliyev xalqda olan sonsuz inamdan irəli gələn bənzərsiz sevgidən bəhs etməklə çıxışını yekunlaşdıran Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, Hərbi Prokurorluğun kollektivi millətimizin və dövlətimizin maraqlarına xidmət edən Ulu Öndər siyasətinin Prezidentimiz tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında, qanunun aliliyinin təmin edilməsində, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsində üzərinə düşən vəzifələri layiqincə icra etməklə Azərbaycanın firavan gələcəyinin təminatı olan müdrik siyasəti daim dəstəkləyəcək.

Çıxışının sonunda ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd edib ki, dəyərli və mənalı ömrünü millətinə həsr edərək Vətən qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması Ulu Öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, böyük tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman dərin ehtiramla yad ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəməndəki husi hədəflərinə yenidən zərbələr endirilib

Tramp: Seçkidə qalib gələrəmsə, miqrantların ABŞ tarixində ən böyük deportasiyası olacaq

Misir Qəzzanın cənubunda və mərkəzində iki qaçqın düşərgəsi yaradır

Filarmoniyanın səhnəsində musiqili tədbir: “Şam İşığında Üzüklərin Əfəndisi”

Alan Antuan Simoni: Oğlum Fransa polisi tərəsindən terror münasibətinə məruz qalıb

BMT: Hər beşinci ukraynalı ailənin ərzaq yardımına ehtiyacı var

Abşeronda yaşayış binasında baş verən yanğın söndürülüb, 25 nəfər təxliyə edilib YENİLƏNİB

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Xocalı qurbanlarının xatirəsi anılıb

Laçın yenidən ağ örpəyə bürünür VİDEO

Azərbaycan-Çin münasibətləri illərin sınağından keçib və möhkəm təməl üzərində qurulub

Bakıda voleybol üzrə “Gənc atletlərin inkişafı” layihəsi çərçivəsində ilk seminar keçirilib

Muxtar respublikanın yubileyinə həsr olunmuş şahmat üzrə yoldaşlıq görüşü təşkil ediləcək

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ikinci yarış gününə yekun vurulub

Türkiyə Superliqası: “Fənərbağça” “Kasımpaşa”ya qalib gələrək liderliyə yüksəlib

Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurasının Brüsseldə təsis konfransı keçirilib

Azərbaycan gimnastı Rumıniyada bürünc medal əldə edib

İstanbulda keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda konfransın iştirakçıları Fransa Prezidentinə məktub ünvanlayıblar

Azərbaycan gimnastı dünya kubokunda qızıl medal qazanıb

Nazir: Dəmir yolları Türkiyə hökumətinin nəqliyyat sahəsində prioritetidir

Almaniya və Ukraynanın xarici işlər nazirləri Odessaya gəliblər

Göyçayda tədbir: “Duolingo” ilə ingilis dili hamı üçün əlçatandır!”

Yubiley turnirinin qalibləri məlum olub

Müdafiə Nazirliyi: Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə ört-basdır etməyə çalışır

Azərbaycan Premyer Liqası: “Səbail” “Sabah”a qalib gəlib

Azərbaycan İƏT-in İstanbulda keçirilən nazirlər konfransının sessiyasında təmsil olunub

İstanbulda keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans başa çatıb YENİLƏNİB VİDEO

Dörd il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub

Azərbaycan gimnastları beynəlxalq turnirdə gümüş medal qazanıblar

Robert Kurto: Bakı Təşəbbüs Qrupunun sayəsində Yeni Kaledoniya öz problemini beynəlmiləlləşdirə bilib

Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi yeni inkişaf erasında qazanılacaq uğurlarımızın formuludur – Təhlil

Azərbaycan basketbol millisinin heyətində dəyişiklik edilib

Gürcüstanın Baş naziri və Türkiyənin Tbilisidəki səfiri regional layihələri müzakirə ediblər

Polşada ikinci Azərbaycan Evi açılıb

Pedaqoji Universitetin filiallarında Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər keçirilib

® Rəna Soltanova: Sevinirik ki, “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyi olaraq keçirdiyimiz layihələrdən faydalananlar çoxdur

Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyinin bərpasına başlanılıb

Deputat: Xocalı qətliamına bütün dünya siyasi-hüquqi qiymət verməlidir

Tunç Demirtaş: Türkiyə də, Azərbaycan da hər zaman müstəmləkəçiliyə qarşı çıxış edən dövlətlər olub

Azərbaycan gimnastı: Finala çıxdığım üçün özümü əla hiss edirəm

Keçmiş döyüşçü: Qara qaya yaxınlığında dəhşətli mənzərənin şahidi olduq

Əli bəy Hüseynzadənin 160 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

Harri Potter haqqında serialın premyerası 2026-cı ildə olacaq

Azərbaycan rusiyalı turistlərin ən çox ziyarət etdikləri ölkələrin ilk beşliyinə daxildir

Fərid Şəfiyev: Ermənistan yenidən hər hansı təxribatlara əl atarsa, bizim cavabımız proporsional olacaq

Ümumi cərrah: Öd kisəsində olan patologiyalarla bağlı müraciətlər çoxalıb

Fənn olimpiadalarının yarımfinalında Naxçıvan üzrə 338 şagird biliyini sınayıb

ADPU-da yazıçı Varisin “Qırmızı ləçəklər” romanı müzakirə olunub

Xocalı sakini: “Heç kəs Xocalı soyqırımını yaxınlarını itirmiş insanlardan daha yaxşı anlaya bilməz”

“Neftçi” “Turan Tovuz”la oyunda qələbəni əldən verib

İqor Korotçenko: Fransa Cənubi Qafqaz regionundan sıxışdırılıb çıxarılan Rusiyanı əvəz etməyə başlayıb

Gözdən Əlillər Cəmiyyətinin hesabat yığıncağı olub

Londonda COP29-a hazırlıq haqqında məlumat verilib

Keniya Respublikası Baş prokurorunun ölkəmizə səfəri başa çatıb

Xocalı soyqırımı tarixi dərs kimi yaddaşımızda qalacaq

Rəcəb Tayyib Ərdoğan: Dünya Qarabağda törədilən qırğınlara qarşı heç bir tədbir görmədi VİDEO

İşə düzəlməyimdə dil biliklərim mənə kömək oldu – “Yüksəliş” qalibinin uğur hekayəsi

Azərbaycanın iki gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib

Türk Dövlətləri Təşkilatı vahid güc mərkəzinə çevrilir ŞƏRH

Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallıda vətəndaşları qəbul edib

Baronessa Emma Nikolson: Azərbaycanın COP29-a çox gözəl ev sahibliyi edəcəyini düşünürəm

Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub VİDEO

Roma Papası səhhətindəki problem səbəbindən görüşlərini ləğv edib

Eldar Səmədov: Xocalı soyqırımında itkin düşənlərin sayının 200-ü keçəcəyi ehtimal olunur

Naxçıvanda piyada vurulub

La Liqanın prezidenti Mbappenin “Real Madrid”ə keçidini təsdiqləyib

Qazaxıstanda baş verən yanğında 4 uşaq ölüb

Toy mərasiminə hazırlaşan kənd sakini avtomobil qəzası nəticəsində dünyasını dəyişib

Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda kifayət qədər yüksək döyüş hazırlığına malik Silahlı Qüvvələr yaradıb - ŞƏRH

Makron G7-nin Ukrayna ilə bağlı sammitində iştirak etməyəcək

Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert olub

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icmaların sədrlərinin birinci toplantısı keçirilib

Milli Kitabxanada “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı sərgi təşkil olunub

Ukraynalı ekspert: Xocalı soyqırımı bir insanlıq faciəsidir

Rusiyalı politoloq: Ermənistanın KTMT ilə əlaqələrini kəsməsi Parislə razılaşdırılıb

Azərbaycanlı müəllifdən qeyri-adi kitablar

Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib

Türkiyədə fəlakət zonasının bərpasına 110 min işçi cəlb olunub

Laosda 1075 nəfər “denge” qızdırmasına yoluxub

Millinin baş məşqçisi: Kosovo ilə matçda əvvəlki səhvləri təkrarlamamağa çalışacağıq

Bakıda I Azərbaycan Endouroloji Simpoziumu keçirilir

İstanbulda Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunub

Hindistanda dəhşətli yol qəzası: 22 nəfər ölüb, 10 nəfər yaralanıb

“Şən Elf və cadugər” yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində

Xocalı itkinləri mövzusunda çəkilmiş “13” adlı bədii-sənədli filmin təqdimatı olub YENİLƏNİB VİDEO

Prezident mükafatçısı: Növbəti məqsədim “Yüksəliş” müsabiqəsində iştirak etməkdir

Fənn olimpiadalarının yarımfinalında Şəki-Zaqatala bölgəsi üzrə 860 şagird iştirak edib

Alimlər 240 milyon illik heyrətamiz “əjdaha” fosili tapıblar

Qəbələdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Mübariz Əsgərov: Kütləvi məzarlıqlar aşkar ediləndən Xocalıda itkin düşmüş 13 nəfərin taleyi ilə maraqlanırıq

Dağlıq və dağətəyi rayonlarda qar yağacaq

“Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib

Reza Deqati: Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görülür

Fahrettin Altun: Türkiyənin müdafiə sənayesinin uğurları hərbi çəkindirmə potensialına töhfədir

Gürcüstanın Ticarət-Sənaye Palatasının baş direktoru David Aptsiauridən

Çin millisinin yeni baş məşqçisi bəlli olub

Rusiya millisinin məşqçisi: Lunyov “Qarabağ”da karyerasının ən yaxşı dövrünü yaşayır

A.A.Əli Zadənin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Portuqaliya fermerlərə dəstək üçün 204 milyon avro ayırıb