“Hərbi qələbəmiz - Aprel döyüşləri” adlı sərgi təşkil edilib
Bakı, 4 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon Mərkəzi Kitabxana Sisteminin mərkəzi kitabxanası 208 nömrəli orta məktəbdə tariximizə qızıl hərflərlə yazılan Aprel döyüşləri ilə əlaqədar “Hərbi qələbəmiz - Aprel döyüşləri” adlı sərgi təşkil edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə kitabxananın şöbə müdiri S.Ələkbərova Aprel döyüşləri haqqında geniş məlumat verib. Bildirib ki, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.
Sonra iştirakçılar kitab sərgisi ilə tanış olublar.