Azərbaycan Dövlət İnformasiya Agentliyi

Herontoloji Mərkəzin direktoru: Bakıda son 10 ildə yaşı 60 və daha yuxarı olanların sayı artıb - MÜSAHİBƏ

Herontoloji Mərkəzin direktoru: Bakıda son 10 ildə yaşı 60 və daha yuxarı olanların sayı artıb - MÜSAHİBƏ

Bakı, 7 mart, Günel Türksoy, AZƏRTAC

Səhiyyə Nazirliyinin “Bakı Şəhər Herontoloji Mərkəzi”nin direktoru vəzifəsini icra edən Nailə Əhmədova bu qurumun fəaliyyət istiqamətləri, aparılan araşdırmalar, paytaxt Bakıda yaşlı insanların sayı və mərkəzdə həyata keçirilən müalicə-profilaktika tədbirləri ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. N.Əhmədovanın müsahibəsini təqdim edirik:

- Öncə istərdik ki, yeni yaradılan “Bakı Şəhər Herontoloji Mərkəzi”nin fəaliyyət istiqamətləri barədə məlumat verəsiniz...

-Bizə müraciət edən pasiyentlər ilk olaraq Herontoloji Mərkəz barədə soruşurlar. Qeyd etməliyəm ki, mərkəzimiz 2020-ci ilin may ayında “Sağlamlıq sahəsi” poliklinikasının nəzdində yaradılıb. Herontologiya insanın qocalmasının bioloji, sosial, psixoloji problemlərini və qocalma ilə mübarizə yollarını öyrənən elmdir. Heriatriya yaşlanma zamanı insanın orqanizmində baş verən dəyişiklikləri öyrənir. “Bakı Şəhər Herontoloji Mərkəzi” ahıl, yaşlı insanlara ixtisaslaşmış, keyfiyyətli tibbi xidmət göstərmək məqsədilə yaradılıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) insanların yaş üzrə bölgü təsnifatını nəzərə alsaq, 60-74 yaş arası olanlar ahıl, 75-89 yaş arası şəxslər qoca, yaşı 90-dan yuxarı insanlar isə uzunömürlü hesab edilir. Azərbaycan da hər zaman uzunömürlülər ölkəsi kimi tanınıb. Respublikamızda SSRİ vaxtından etibarən yaşlı insanlara qayğı göstərilir. 1962-ci ildə “Sağlamlıq sahəsi” poliklinikası professor Şükür Həsənov tərəfindən yaradılıb. 1976-ci ildə poliklinikada “Heriatrik kabinet” yaradılıb. Yəni, hələ SSRİ dönəmindən Azərbaycanda yaşlı insanların sağlamlığına, sosial vəziyyətinə və rifahına xüsusi diqqət göstərib. 1984-cü ildə həmin poliklinikanın nəzdində “Herontoloji Mərkəz” yaranıb.

Bildirməliyəm ki, hazırda bütün dünyada, o cümlədən Azərbaycanda əhalinin yaşlanması prosesi gedir. Bunu nəzərə alaraq, “Bakı Şəhər Herontoloji Mərkəzi”nin yaranması zərurəti ortaya çıxdı. Beləliklə də Səhiyyə Nazirliyi tərəfindən yenə də ahıl insanlara, onların sağlamlıq vəziyyətinə daha xüsusi və ixtisaslaşmış diqqət göstərmək üçün mərkəzimiz 2020-ci ildə “Sağlamlıq sahəsi” poliklinikasının nəzdində yarandı.

- Herontoloji Mərkəzə yalnız paytaxt sakinləri, yoxsa respublika üzrə bütün yaşlı insanlar müraciət edə bilər?

- Bizim mərkəzin fəaliyyət istiqaməti iki sahəyə ayrılıb. Sağlam yaşlanmanın profilaktikası və xüsusi sağlam yaşlanma. Sağlam yaşlanmanın profilaktikası ÜST-nin tövsiyələrinə əsasən, 0 yaşdan başlayır. Sağlam yaşlanmanın gedişatı 60 yaş və yuxarı yaşda insanlara tətbiq edilir. Hazırda Herontoloji Mərkəz olaraq, Azərbaycanın bölgələrindən də bizə müraciətlər daxil olur.

- Sağlam yaşlanmanın profilaktikasında müayinə və müalicə üsulları nədən ibarətdir?

- İlk növbədə, pasiyentlər mərkəzin terapevtinə yaxınlaşmalıdırlar. Terapevt şikayətləri dinlədikdən sonra ixtisaslaşmış həkimə müraciət edilir. Bəzən elə olur ki, cavan yaşlı pasiyentlərdə birincili şəkər aşkar olunur. Artıq bununla yanaşı, digər nevroloji fəsadlar da yaranır. Endokrinoloqla yanaşı, nevropatoloq da müalicə və müayinə prosesinə cəlb olunur, birgə müalicə kursu tərtib edilir. Həmişə pasiyentlərə müalicəni düzgün aparmağın vacibliyi barədə danışırıq. Tutaq ki, 40 yaşında şəkərli diabet xəstəsinizsə, elə etmək lazımdır ki, yaşlılıq dönəminə girdikdə, heç olmasa, şəkərli diabetin fəsadları az olsun. Müalicə prosesi hər yerdə aparılır, ancaq insanları daha çox maarifləndirmək lazımdır. Siz təkcə şəkərin normada qalması üçün müalicə almamalısınız, eyni zamanda digər xəstəliklərin fəsadının daha gec yaranmasına çalışmalısınız. Ona görə də yaşlı vaxta nisbi sağlam girmək lazımdır. Çünki yaşlandıqda həm müalicə çətinləşir, həm də başqa orqanlarda zədələnmə gedir. Həkimə vaxtında müraciət, düzgün müalicə insanların sağlam yaşlanmasına və ömürlərinin uzanmasına yol açır.

- Bakı şəhəri üzrə hazırda ahıl, qoca və uzunömürlü insanların sayı barədə məlumat vermənizi istərdik...

- Dövlət Statistika Komitəsinin 2024-cü ildə hazırladığı statistik göstəricilərə əsasən Bakı şəhəri üzrə ümumi əhalinin sayı 2 milyon 344 min 888 nəfərdir. 60 və daha yuxarı yaşda 404 min 556 əhali yaşayır. Faiz hesabı ilə bu göstərici Bakı şəhər əhalisinin təxminən 17 faizini təşkil edir. Müqayisə üçün bildirim ki, 2014-cü ildə Bakı şəhərində 2 milyon 181 min 854 nəfər əhali yaşayırdı. 2014-cü ildə 60 yaş və daha yuxarı yaşda 216 min 589 insan yaşayırdısa, 2024-cü ildə bu rəqəm, dediyim kimi, 404 min 556 nəfər təşkil edib. Bakı şəhəri üzrə əhali 2014-cü ildə yaşı 60 və daha yuxarı olanlar ümumi əhalinin təxmini 10 faizini təşkil edirdisə, 2024-cü ildə bu rəqəm təxmini olaraq 17 faiz təşkil edib.

- Bəs, bu artım sağlam yaşlanma hesabına baş verib?

-Təəssüflər olsun ki, xəstəliklərin çoxuna insanlar orta yaşda tutulurlar. Bəzi xəstəliklər isə anadan olan kimi və ya uşaq yaşlarından baş verir. Bizə müraciət edən pasiyentlər heç bir patologiyası olmayan, sadəcə yaşla əlaqədar orqanizmində dəyişikliklər baş verənlərdir. Ona görə də bu yaşlanmanın nəyin hesabına baş verdiyi barədə statistik məlumatımız yoxdur. Amma sağlam yaşlanmanın yolları barədə insanlar arasında maarifləndirilmə aparılmalıdır. Biz sağlam yaşlanmanı nə üçün vacib hesab edirik? Çünki yaşlanan zaman insanda bir deyil, bir neçə xəstəlik yarana bilər. Uşaq və cavan yaşlarda insanda hər hansı xəstəlik varsa, həmin insan yaşlılıq vaxtına çatdıqda, bu xəstəliklərin fəsadları yaranır. Bu da yaşlılar arasında mobilliyin itirilməsinə, insanın başqa fərdlərdən asılı hala düşməsinə səbəb olur. Ona görə də sağlam yaşlanma fikrini və istəyini uşaq və cavan yaşlardan maarifləndirmə yolu ilə insanların şüuruna yeritməliyik. Əksər vaxt ailə və iş məsələlərinə baş qarışdığı üçün sağlamlıq məsələləri arxa planda qalır.

- Bakı şəhəri üzrə ahıl, qoca və yaşı 90-dan yuxarı olan insanların sayı neçə nəfərdir?

- Bakı şəhərində 2014-cü ildə 90 və daha artıq yaşı olan 1611 nəfər var idisə, 2024-cü ildə bu göstərici 4 min 553 olub. Diqqət edin, 10 il ərzində bu insanların sayı nəzərəçarpacaq qədər artıb. Yaşlı insanların sayının artması xəstəliklərin vaxtında və düzgün müayinə edilməsi, profilaktikası və müalicəsi ilə bağlıdır. Həmçinin 2014-cü ildə Bakıda 75-89 yaş aralığında 49 min 308 nəfər yaşayırdısa, 2024-cü ildə bu göstərici 64 min 184-ə çatıb. 60-74 yaş arası insanların sayı isə 2014-cü ildə 165 min 670, 2024-cü ildə 335 min 819 nəfər təşkil edib.

- Bakı şəhərində yaşı 90 və daha yuxarı olanların cins kateqoriyası necədir?

- 2024-cü ilin statistikasına əsasən, 90 və daha yuxarı yaşda olanların 2 min 68-i kişi, 2 min 485-i qadındır.

- Ölkəmizdə insanların qocalma səbəbləri ilə bağlı tədqiqat aparılıbmı?

- Mərkəzimiz Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunun Uzunömürlülər kafedrası ilə birgə uzunömürlülüyə və yaxud yaşlanmadakı problemlərə dair mütəmadi olaraq araşdırmalar həyata keçirir. Araşdırmaların nəticələri elmi jurnallarda dərc olunur. Bundan əlavə, mərkəzimiz Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası ilə birgə araşdırmalar aparır. Bununla bərabər mərkəzin həkimləri Türkiyədə təşkil olunan Ulusal Türk Geriyatri Çevrimçi konfranslarında və ÜST-nin keçirdiyi dinləmələrdə iştirak edir. Bu araşdırmaların, dinləmələrin sonunda əldə olunan nəticələrlə yaşlı insanlara daha yaxşı kömək göstərməyin yolları axtarılır. Qeyd edək ki, “COVID-19 infeksiyasının ölkəmizdə yaşlı əhalinin fizioloji durumuna təsiri”, “COVID-19 keçirmiş herontoloji yaş qruplarında ürək avtomatiziminin funksional dəyişikliyi”, “Yaşlı insanlar arasında tez-tez rast gəlinən xəstəliklər və onların profilaktikası” mövzularında araşdırmalar aparılıb.

- ÜST-nin keçirdiyi herontoloji dinləmələrdə iştirak etmisiniz. Bu təşkilatın Azərbaycanla bağlı hər hansı tövsiyəsi varmı?

- Konkret olaraq Azərbaycanla bağlı hər hansı tövsiyə yoxdur. Təşkilat ümumi Avropa regionu üzrə tövsiyələrini bildirir. İştirakçılar dinləmələrdə əldə etdiyi yeni bilikləri gələcək araşdırmalarda istifadə edə bilirlər.

- Mərkəzə müraciət edən yaşlı insanlarda ən çox hansı xəstəliklər müşahidə olunur?

- Bütün dünyada olduğu kimi, ölkəmizdə də yaşlı insanlar hipertoniya, şəkərli diabet, sümük-əzələ sistemi xəstəliklərindən daha çox əziyyət çəkir.

- Herontoloji Mərkəzdə pasiyentlərə xidmət mərhələləri hansılardan ibarətdir?

- Ümumi heriatrik baxışın tam normal şəraitdə aparılmasını nəzərə aldıqda, biz bir pasiyentə 45 dəqiqə vaxt ayırırıq. Mərkəzimizə müraciət edən pasiyentin sosial vəziyyəti, kiminlə yaşaması, mərkəzimizə necə gəlməsi, mobilliyi ilə bağlı məsələlər araşdırılır. Yəni təkcə pasiyentin xəstəliyi ilə bağlı araşdırmalar aparılmır. Bizi xəstənin özünü necə idarə etməsi də maraqlandırır. Daha sonra ixtisaslaşmış həkimlər tərəfindən xəstəyə baxış keçirilir. Ehtiyac olarsa, kompleks heriatrik baxış aparılır. Laborator diaqnostik müayinələrdən keçdikdən və diaqnoz qoyulandan sonra ehtiyac olduğu halda, müalicə reabilitasiya prosesi tətbiq olunur. Dərman preparatları, fizioterapiya yolu ilə də müalicə üsulları tətbiq edilə bilər. Bizim mərkəzin müalicəvi bədən tərbiyəsi terapiyası daha üstün müalicə növü hesab edilir. Hazırda mərkəzimizdə reabilitasiya metodları üstünlük təşkil edir.

- Gündəlik müraciət sayı nə qədərdir?

- Mərkəzə ilk dəfə müraciət edənləri götürsək, hər gün onların sayı 50 nəfərə yaxın olur. Təkrar gələnlərin sayı isə 200-250 arası təşkil edir. Pasiyentlər müraciət etdikləri zaman bir neçə kurs müalicə alsalar, onlara evdə dərmanları qəbul etmə qaydası da başa salınır. Tövsiyə vərəqəsində dərmanların qəbulu qaydası açıq şəkildə yazılır. Çox vaxt tövsiyə vərəqəsinin mətbəxdə soyuducunun üzərinə yapışdırılması məsləhət görülür. Bunlar xırda məsələlər olsa da, bizim Mərkəzin əsas işlərindən hesab edilir.

- Mərkəzin həkimləri yaşlı insanlarla necə ünsiyyət qururlar? Qadınlarla, yoxsa kişilərlə dil tapmaq daha asandır?

- Bir də görürsən ki, mərkəzimizə yaşlı cütlüklər müraciət edir. Xanım müayinəyə can atsa da, bəyi müayinələrdən keçirməyə razı sala bilmirik. Belə olanda həkim və psixoloqlar həmin şəxslərlə söhbət aparırlar. Bu sahədə uzun illərin təcrübəsi olan həkimlərimiz onlarla ünsiyyət qururlar. Əksər hallarda qadınlar özlərinə baxmağa daha çox diqqət yetirirlər. Eyni zamanda da həyat yoldaşlarını düşünürlər.

- Qadınların kişilərdən daha çox uzunömürlü olması ilə bağlı hər hansı tibbi araşdırma mövcuddurmu?

- Bu sual hər zaman insanların marağında olub. Çünki mövzu haqda fərqli araşdırmalar aparılıb. Araşdırmalara görə, qadınlar zərərli vərdişlərdən daha uzaq olur, daha çox həkimə müraciət edir, xəstəlikləri daha tez aşkar edib, müalicə və profilaktik tədbirlər görürlər. Həmçinin sağlam qidalanmaya və fiziki aktivliyə üstünlük verirlər. Qadın orqanizmində ifraz edilən estrogenin yüksək səviyyəsi onları ürək-damar sistemi xəstəliklərinin baş verməsindən qoruyur. Kişilərdə isə testosteronun yüksək səviyyəsi onlarda daha çox aqressiv və riskli davranışa, eləcə də sağlamlıq üçün təhlükəni görməməyə səbəb olur. Kişilər həkimə daha az müraciət edirlər. Rejimsiz dərman qəbul edir, tövsiyələrə riayət etmir, pəhriz tutmaqdan qaçır, zərərli vərdişlərə meyilli olurlar.

- 10 il ərzində yaşlı insanların sayında xeyli artımın olduğunu qeyd etdiniz. Bəs, sizcə ictimaiyyət arasında pensiya yaşına çatmadan vəfat edənlərin sayının çox olması fikri nədən formalaşıb?

- Çox güman ki, bu fikir 45-60 yaş arası olanlarla bağlıdır. Çünki bütün dünyada ürəklə bağlı problemlər kəskin artmaqdadır. Ancaq bunun hansısa araşdırma ilə bağlı olduğunu deyə bilmərəm.

- Sizcə, nə üçün indi xəstəliklər cavanlaşma dövrünü yaşayır?

- Şəxsi mövqeyim ondan ibarətdir ki, insanlar müasir dövrdə sağlam həyat tərzi sürmürlər. Hazırda insanlar uşaq yaşlarından etibarən texnologiyaların inkişafına daha çox məruz qalırlar. Uşaqlar arasında fiziki bədən tərbiyəsinə həvəsin azalması, qeyri-düzgün qidalanma və stres xəstəliklərinin yaranmasına səbəb olur. Stres faktoru çox olduğundan xəstəliklərin yaranması daha da tezləşib. Bunlar sağlam yaşlanmanın qarşısını alan amillərdir.

- Yaşlı insanlarda rast gəlinən xəstəliklərdən biri də ağız quruluğu ilə bağlıdır. Əgər insanda orqanlar sağlamdırsa, bu, hansı səbəblərdən baş verə bilər?

- Bununla bağlı ixtisaslaşmış həkim daha dəqiq cavab verə bilər. Ahıl yaşda insanlarda involyutiv dəyişikliklər baş verir. Selik ifraz edən vəzlər sayca azalır, yaxud onların funksiyası aşağı düşür. Heç bir xəstəlik olmadan da artıq atrofikləşmə gedir və lazımi qədər selik ifraz edilmir.

- 65 yaşdan sonra cərrahi müdaxilə hansı hallarda riskli deyil?

- 65 və daha yuxarı yaşlarda hər hansı cərrahi müdaxilənin riskləri və ya müsbət nəticələri ilə bağlı tarazlığı qiymətləndirərək rəy vermək lazımdır. Cərrahi müdaxilənin kimlərə aid olması yalnız həkim qiymətləndirilməsindən sonra baş verməlidir. Bu yaşdan sonra əməliyyatı uğurla icra olunan insanların sayı da kifayət qədərdir.

- Bəzi ölkələrdə yaşlı insanlar pensiyaya çıxdıqdan sonra aktiv həyat tərzi sürürlər. Ölkəmizdə isə bir çox yaşlılar vaxtlarını daha çox evdə keçirməyə üstünlük verirlər. Bu faktor da yəqin ki, sağlam yaşlanmaya təsir edir...

- İnsanların psixoloji vəziyyətinə uyğun olaraq, onlar arasında maarifləndirmə işləri aparılmalıdır. İnsanların əksəriyyəti təqaüdə çıxdıqdan sonra evdə nəvələri ilə vaxt keçirməyə üstünlük verirlər. Bunun özü də insanın özünü lazımlı hiss etməsi üçün vacib amildir. Başqalarına kömək etmək hissi insanlara psixoloji olaraq toxluq bəxş edir. Əfsuslar olsun ki, ölkəmizdə insanlar təqaüdə çıxdıqdan sonra onların teatr və muzeylərə getməsi geniş yayılmayıb. Bakı şəhərində ahıllarla bağlı bir neçə ictimai birlik var. Həmin birliklərə daxil olan insanlar yığışaraq turlara gedir, asudə vaxtlarını səmərəli keçirirlər. Bu cür aktiv fəaliyyətləri ictimaiyyət arasında daha çox paylaşmaq lazımdır ki, digərləri də baxıb ruhlansınlar. İnsanlar arasında aktiv həyat tərzinin necə olması barədə maarifləndirmə işləri aparılmalıdır. Pozitiv məqamları göstərdikdə bu, digər yaşlılar üçün də stimul olacaq. Bəzi insanlar yaşlanmalarını etiraf etmək istəmirlər. Təki hamıya sağlam qocalıq nəsib olsun. Qocaldıqdan sonra evə qapanmaq psixologiyasından çıxmaq lazımdır. Azərbaycanda, xüsusilə də Bakıda çoxlu sayda parklar var. Yaşlı insanlara da hərəkət, təbiət və ünsiyyət lazımdır. Bizə müraciət edən pasiyentlər müalicə üçün bədən tərbiyəsinə qrup şəklində gəlməyi sevirlər. Onlar müalicələrini aldıqdan sonra bir-birləri ilə ünsiyyət qurur və yaxud çıxıb parkda gəzişirlər. Bu, onlara psixoloji dəstəkdir. İnsanları həm cəmiyyətdə, həm də ailədə daha aktiv olmağa vadar etmək lazımdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

S.Ə.Qafarovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən virtual kitab sərgisi hazırlanıb

DSX-nin Xüsusi Məktəbində bayram tədbiri keçirilib

Xalqımızın mədəni-tarixi irsi olan Novruz - “Konstitusiya və Suverenlik İli”ndə ŞƏRH

MDB-nin mənzil-qərargahında “Birliyin Mədəniyyət Günləri” Konsepsiyası layihəsi müzakirə olunub

32 ildən sonra Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına məktəbdə Novruz sevinci yaşanıb

“Bir sual, bir cavab”: Novruz xatirələri – Pərvanə Vəliyeva

® Süni intellektlə mebel sənayesində inqilab

Ali Məhkəmədə inzibati müqavilə ilə bağlı məsələlər müzakirə olunub

Manuel Noyer Almaniya millisinə qayıda bilər

® Yanıq sonrası saç əkimi: Çətin, amma mümkün

Ağdərə rayonunun Sərsəng su anbarı-Umudlu kəndinə gedən avtomobil yolunda yenidənqurma işləri başa çatıb

Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Son iki ayda əlilliyi olan 6,6 min uşağa reabilitasiya xidmətləri göstərilib

BSU-da “Yeni dövrün Azərbaycanı: Qərbi Azərbaycan irsi və milli-mədəni dəyərlər” mövzusunda tədbir keçirilib

BMqT əməkdaşlarının və layihələrin sayını azaldır

DİN: Ötən gün 32 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

“Rosemary Inn” hotelinin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb

İlaxır çərşənbədə 6 nəfər tonqalda xəsarət alıb

“Literaturnaya qazeta”nın “Hipertekst” ədəbi mükafatının finalçıları məlum olub

Türk Mədəniyyəti və İrsi Fondu ilə Dünya Gənc Türk Yazarlar Birliyi arasında Memorandum imzalanıb

BMT-də atıcı və yüngül silahların sayının azaldılması müzakirə olunub

ASCO-da İqlimlə Əlaqəli Korporativ İdarəetmə layihəsinə dair görüş keçirilib

Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının yeni tərkibi müəyyənləşib

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Ukraynalı ekspert: Tramp-Putin razılaşmasının detalları açıqlanmalıdır

GDU-da “Səməni” festivalı keçirilib

“AzərEnerji” bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Azərbaycanın U17 millisi seçmə mərhələdə ilk oyununu keçirəcək

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Qaxda üzümçü fermerlər üçün tarla seminarı təşkil olunub

Mart ayının bütün sosial ödənişləri yekunlaşıb

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Məhkəmə-Hüquq Şurasının iclasında bir sıra qərarlar qəbul olunub

Yol polisi bayram günləri ilə əlaqədar sürücülərə müraciət edib

Naxçıvanda “Baharın rəngləri” adlı sərgi açılıb

Mingəçevir Dövlət Universitetində “Novruzun sədaları” adlı tədbir keçirilib

Əkrəm İmamoğlu saxlanılıb

Almaniyanın xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının sədri ola bilər

Şamaxıda baharın gəlişi böyük sevinc və təntənə ilə qeyd olunub

Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

® “Prime Cotton” “Made in Azerbaijan” brendlərinin təqdim olunduğu Novruz yarmarkasını keçirdi

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Bakıda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA

ABŞ-Rusiya danışıqları bazar günü Səudiyyə Ərəbistanında keçiriləcək

Gənclərə narkotiklərin zərərli təsiri ilə bağlı ətraflı məlumat verilib

Tramp: ABŞ Rusiya ilə Çin arasında yaxınlaşma istəmir

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

ABŞ ildə 12 min insanabənzər robot istehsal ediləcək zavod açır

Okean dibində güclü qasırğa izi aşkarlanıb

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Macar nəşri: Biz Viktor Orbanın proqnozlaşdırdığı faciəyə çox yaxınıq

ABŞ Milli Arxivi Kennedinin qətli ilə bağlı sənədləri açıqlayıb

Britaniya hökuməti qənaət tədbirləri çərçivəsində dövlət kredit kartlarını dondurur

Zelenski: Rusiya Sumı, Xarkov və Zaporojye vilayətlərində yeni hücumlara hazırlaşır

Azərbaycanlı tələbələr Türkiyənin peyk texnologiyaları ilə tanış olublar

NASA-nın 9 ay kosmosda qalan 2 astronavtı yerə qayıdıb

İsveçin iqlim naziri İqlim Siyasəti Şurasının iclasında iştirak etməkdən imtina edib

Kosmosda uzun müddət qalmaq orqanizmə necə təsir edir?

Laşa Darsaliya: Gürcü xalqı dost və qardaş Azərbaycan xalqı ilə daim birlikdədir

UNESCO-nun mənzil-qərargahında 12 ölkənin təşkilatçılığı ilə Novruz bayramı qeyd edilib

Lənkəranda bıçaqlanan 41 yaşlı qadın ölüb

Şuşada əyləncəli bayram tədbiri keçirilib

Tbilisidə İlaxır çərşənbəsi təntənə ilə qeyd olunub

Ukrayna Prezidentindən Tramp-Putin razılaşmasına ilk reaksiya

İğdır şəhər Xalq Kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib

Tramp: Putinlə telefon danışığım çox yaxşı və məhsuldar keçdi

Şəkidə 4 otaqlı ev yanıb, qonşu mənzillər mühafizə olunub

Baharın gəlişi Qəbələdə bayram əhvali-ruhiyyəsi ilə qeyd olunub

Ağdərə və Xocalıda İlaxır çərşənbə yüksək əhvali-ruhiyyədə qeyd edilib VİDEO

Xankəndidə Novruz tonqalı alovlandırılıb

Ağalı kəndində İlaxır çərşənbəsi sevinci

Trampla Putin münaqişənin başa çatması barədə razılığa gəliblər

Qarabağ Universitetində İlaxır çərşənbə və Novruz bayramı ilə bağlı konsert proqramı təşkil edilib

Qala Qoruğunda “Bahar Sədası” Novruz şənliyi təşkil edilib

Maliyyə Nazirliyində kollegiya iclası keçirilib

Dəniz Zəfərinin 110-cu ildönümü münasibətilə Çanaqqalada azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb VİDEO

Şəkidə yanğının söndürülməsinə xeyli canlı qüvvə cəlb olunub

Trampla Putin arasında telefon danışığı olub

İstanbul Universiteti Əkrəm İmamoğlunun diplomunun geri alınmasına qərar verib

Ordubad şəhərindəki Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub VİDEO

Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb

Prezident: Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər

Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi Bakıda iftar süfrəsi təşkil edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar YENİLƏNİB VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət edib

Qubada Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqu ilə tanışlıq

Qubada Dağ Yəhudiləri Muzeyini ziyarət

Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib

“Europol”: Qərbi Balkan regionu Avropada qanunsuz silahların əsas mənbəyidir

Laçında Torpaq çərşənbəsinin tonqalı qalanıb VİDEO

Ağdamlılar baharın gəlişini sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar

Milli Məclisdə 14 məsələ müzakirə olunub YENİLƏNİB VİDEO