HEYDƏR ƏLİYEV FONDU 1 İYUN - UŞAQLARI BEYNƏLXALQ MÜDAFİƏ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 25-də Maştağa Olimpiya-İdman Kompleksində Heydər Əliyev Fondunun, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin və “İNTV” media holdinqin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqları Beynəlxalq müdafiə gününə həsr olunmuş tədbir keçirilmişdir.
Təşkil olunmuş “Çempion” əyləncəli-idman oyunlarına Bakının bütün uşaq evləri və internat məktlərindən təxminən 700 uşaq cəlb olunmuşdur.
Birinci yeri Nizami rayonundakı 1 nömrəli uşaq evinin, II yeri Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsindəki 2 nömrəli yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəbinin, III yeri isə Xətai rayonundakı 3 nömrəli uşaq evinin yetirmələri tutmuşlar.
Tədbirin ikinci - bədii hissəsində qaliblər mükafatlandırılmış, geniş konsert proqramında uşaq kollektivləri ilə yanaşı, respublikamızın tanınmış müğənniləri də çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]