Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin hamisidir

Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin hamisidir

Bakı, 10 may, AZƏRTAC

Bu gün ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsini və təbliğini, Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə verdiyi töhfələri gələcək nəsillərə çatdırmağı, dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə bağlı beynəlxalq layihələrin həyata keçirilməsini, Azərbaycan mədəniyyəti, incəsənəti və tarixinin dünyada tanıdılmasını qarşısına məqsəd qoymuş Heydər Əliyev Fondunun yaradılmasından və fəaliyyətə başlamasından 15 il ötür. Belə qısa bir zaman ərzində Fondun fəaliyyəti olduqca rəngarəng və dolğun olub. Bununla yanaşı qeyd etməliyəm ki, Fondun gördüyü işlərin belə geniş bir miqyas alması onun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz və yorulmaz, gərgin və ağır fəaliyyəti ilə bağlıdır.

Bu fikirləri AZƏRTAC-a “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov bildirib.

R.Qasımov deyib: “Bu illər ərzində Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan mədəniyyəti və tarixinin öyrənilməsi, təbliğ olunması, dünyada tanıdılması üçün olduqca böyük beynəlxalq layihələr həyata keçirib. Bunlara Azərbaycanın maddi və mənəvi mədəniyyət abidələrinin UNSECO-nun irs siyahısına daxil edilməsini, Azərbaycanda təhsil və səhiyyənin inkişafının dəstəklənməsini, sosial və ekoloji sahələrdə həyata keçirilən irimiqyaslı layihələri misal gətirmək olar.

Bütün bu sadalananlar göstərir ki, Azərbaycan mədəniyyətinin inkişafında və təbliğində Heydər Əliyev Fondu hami missiyasını yerinə yetirir. Bu baxımdan söyləmək yerinə düşərdi ki, mədəniyyətimizin daha da zənginləşməsi və tərənnüm olunması üçün Fond öz fəaliyyət dairəsini günü-gündən genişləndirməkdə davam edir.

Çox xoşbəxtəm ki, 15 illik fəaliyyəti dövründə Azərbaycanın mədəniyyət tarixinə silinməz iz salmış Heydər Əliyev Fondunun bir mədəniyyət işçisi kimi mənim inkişafımda danılmaz xidmətləri olub. Bunlara misal olaraq, Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində Azərbaycan musiqisi və mədəniyyətinin təbliğ olunmasında yaxından iştirakımı, o cümlədən, 2011-ci ildə musiqisi Xalq artisti Firəngiz Əlizadəyə, librettosu Nərgiz Paşayevaya məxsus olan “İntizar” operasının reallaşmasında, Nizami Gəncəvinin sözlərinə yazılmış mahnı və romanslardan ibarət kompakt diskin hazırlanmasında, Məhsəti Gəncəvinin 900 illik yubileyi münasibətilə onun sözlərinə yazılmış və bəstəkar Bikə Axundovanın bəstələdiyi musiqilərdən ibarət layihənin Avropanın bir çox şəhərlərində təbliğ olunmasında iştirakımı xüsusilə qeyd etməliyəm.

Təşkil etdiyi tədbirlərdə mütəmadi olaraq çıxış edən yaradıcı bir insan olaraq Heydər Əliyev Fondunun hər zaman gənc və istedadlı incəsənət xadimlərinə böyük diqqət və qayğı ilə yanaşmasının şahidi olmuşam.

Təbii ki, bütün bunların arxasında Azərbaycan dövlətinin başçısı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət dayanır. Bu siyasət vasitəsilə göstərilən dəstək nəticəsində yaradıcı insanlar, incəsənət xadimləri yeni-yeni uğurlara imza atırlar.

Heydər Əliyev Fondunun çoxistiqamətli fəaliyyəti nəticəsində bir çox sahələrdə diqqətdən kənarda qalan problemlər qısa müddətdə öz həllini tapmışdır.

Təhsilin inkişafı istiqamətində atılan addımlara xarici ölkələrdə fəaliyyət göstərən elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini, ölkənin elmi potensialının artırılması üçün Azərbaycan Respublikası ərazisində və ölkədən kənarda aktual mövzulara dair təşkil olunmuş konfrans və seminarların təşkilini misal çəkmək olar.

Xüsusilə qeyd etməliyəm ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ilk dəfə olaraq Fransa Dövlət Şərq dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dili fakültəsinin açılması hər bir azərbaycanlı üçün qürurverici hadisədir. Bu anlamda Mehriban xanım Əliyevanın fikirlərini bütün Azərbaycan vətəndaşlarının ürək sözləri kimi qəbul etmək olar: “Bu hadisə dövlətlərimiz arasında olan münasibətlərə, xalqlarımız arasında olan əlaqələrə, xoşməramlı, mədəni dialoqun qurulmasına güclü təkan verəcək. Əsrlərboyu millətlərin, xalqların formalaşmasında dil misilsiz rol oynayıb. Azərbaycan xalqı da çox qədim və zəngin tarixə və mədəniyyətə malik olan bir xalqdır. Eyni zamanda, Azərbaycan müstəqil bir dövlət kimi çox gəncdir. Biz Azərbaycan dilimizi qoruyub saxlamaqla, öz ənənələrimizi, milli-mənəvi dəyərlərimizi, öz köklərimizi qoruyub saxlamışıq. Əlbəttə, hər bir dil inkişaf edir, yeni kəlmələrlə, yeni terminlərlə zənginləşir. Amma biz gərək unutmayaq ki, dil özü-özlüyündə çox dəyərli bir mədəni və tarixi abidədir”.

Tolerantlıq ənənələrinin qorunması ilə bağlı həyata keçirilən “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində müxtəlif dini abidələr, ziyarətgahlar təmir-bərpa olunur, eləcə də bir-birindən rəngarəng sərgilər keçirilir.

Heydər Əliyev Fondunun fəaliyyətindəki əsas məqsədlərdən biri də Azərbaycan milli musiqi irsinin qorunub saxlanması və təbliği ilə yanaşı, dünya musiqi nümunələrinin ölkəmizdə tanıdılmasıdır. Buna misal olaraq Qəbələ və Bakıda şəhərlərində keçirilən musiqi festivallarını, xüsusilə beynəlxalq əhəmiyyətli Mstislav Rostropoviç Festivalını göstərə bilərik.

Azərbaycan xalqının zəngin və qədim tarixə malik mirası olan muğamın beynəlxalq arenada tanıdılması üçün görülən işlər isə hələ uzun müddət öz aktuallığını qoruyub saxlayacaq. Muğamın təbliği məqsədilə tikilmiş Beynəlxalq Muğam Mərkəzi, “Muğam ensiklopediyası”nın və “Muğam jurnalı”nın hazırlanması, 2005-ci ildən keçirilən “Muğam televiziya müsabiqəsi”, “Muğam aləmi” adlı Beynəlxalq Festival və simpoziumların keçirilməsi bu sənətə verilən yüksək dəyər və diqqətin danılmaz sübutudur. Adı çəkilən Festivalın açılış mərasimində çıxış edərkən Mehriban xanım Əliyeva muğamın Azərbaycan xalqının həyatında tutduğu önəmli yeri dəqiqliklə ifadə edib: “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir”.

Qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycanın milli-mənəvi irsinin ölkə xaricində təbliği münasibətilə gerçəkləşdirilən layihə və tədbirlər xüsusilə təqdirəlayiqdir. Belə ki, Fransanın paytaxtı və bir sıra şəhərlərdə Nizami Gəncəvinin 870, Məhsəti Gəncəvinin 900 illik yubileyləri keçirilmişdir. 2012-2014-cü illərdə Fransanın müxtəlif regionlarında “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi, eləcə də 2013-cü ildə Almaniyanın Münxen, Ştutqart, Köln və Hamburq şəhərlərində “Azərbaycanı tanıdım” layihəsi çərçivəsində müxtəlif sərgi və konsertlər təşkil olunmuşdur.

Son 15 ildə qarşıya qoyduğu bütün layihələri uğurla həyata keçirən və bu işıqlı yolu yorulmadan davam etdirən Heydər Əliyev Fondu Azərbaycanda və ölkə xaricində həmvətənlərinin sevgi və inamını qazanıb. Milli-mənəvi irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi, təhsilin, səhiyyənin, idmanın inkişaf etdirilərək dünya standartlarına cavab verəcək vəziyyətə gətirilməsi, eləcə də digər sosial- iqtisadi sahələrdə atılan inamlı addımlar Heydər Əliyev Fondunun, xüsusilə Mehriban xanım Əliyevanın humanizm, xeyirxahlıq, vətənpərvərlik hisslərinə, milli düşüncəyə söykənən uğurlu fəaliyyətinin bariz nümunəsidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mumiyalanmış “yadplanetlilərin” qalıqlarında naməlum DNT-yə rast gəlinib

Filippin universitetində baş verən partlayışda 3 nəfər ölüb, 40-dan çox yaralı var

DİM xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirir

Nizami rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Zooloqlar delfinlərin Yerin maqnit sahəsini hiss etdiklərini üzə çıxarıblar

“Toyota” avtomobillərinin yanacaq sistemində ciddi problem aşkarlanıb

İqlimşünaslar bu mövsüm rekord dərəcədə isti qış proqnozlaşdırırlar

Yaşıl Əjdaha ili: 2024-cü ilin Şərq təqvimi nə vəd edir?

Almaniyanın “Rheinmetall” konserni Ukraynada zirehli texnika istehsalına başlayacaq

Filippinin cənubunda “Daula İslamiyyə” qruplaşmasının 11 üzvü öldürülüb

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

Çin yeni respirator xəstəliklər dalğasını məlum olan yoluxucu viruslarla əlaqələndirib

Fiziki məhdudiyyətli uşaqların bacarıqları inkişaf etdirilir

GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək

ABŞ gələn il orbitə 20-dən çox hərbi məqsədli peykin buraxılmasını planlaşdırır

Şamaxıda “Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktiki konfrans təşkil olunub

“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Sumqayıtda Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub

Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib

Birgünlük kirayə evlər 20-60 manata təklif olunur – Gədəbəyin qış turizmi REPORTAJ

AVRO-2024: Final mərhələsinin püşkü atılıb, Türkiyə millisinin rəqibləri məlum olub

Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir

Beynəlxalq Muğam Mərkəzində "HasSak” ansamblının konserti olub

Laçın rayonunun işğaldan azad olunması və yaranan hərbi infrastruktur – AÇIQLAMA

Filippin sahillərində 6,4 bal gücündə daha bir zəlzələ olub

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib VİDEO

Ölkəmizdə Qazaxıstan mədəniyyəti günləri keçirilir

Həştərxanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin iştirakçıları mükafatlandırılıblar

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Prezident İlham Əliyev Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak edib  YENİLƏNİB VİDEO

Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimatı olub

İtaliya qəzeti: Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var

Filippində 7,5 bal gücündə zəlzələ baş verib

Son 20 il ərzində ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb

Futbol üzrə Avropa çempionatının mükafat fondu bəlli olub

Mikayıl Cabbarov: Azərbaycan istixana qazı emissiyalarının 2050-ci ilədək 40 faiz azaldılmasını hədəfləyir

Almaniya millisi gənclər arasında futbol üzrə dünya çempionatının qalibi olub

Naxçıvanda Mühasiblər Forumu keçirilib

Gəncədə quyuya düşən şəxs xəstəxanada ölüb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası keçirilib

Azərbaycan Premyer Liqasında XV tur heç-heçə ilə başlayıb

Millətlər Liqası: Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb

Türkiyə ölkə tarixinin aylıq ixrac rekordunu yeniləyib

Bakı və Sumqayıtda atmosfer havasında dispers toz hissəciklərinin miqdarı normanı ötüb

Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilmiş uşaq festivalı keçirilib

Nazir: SOCAR 2035-ci ilə qədər metan tullantılarını sıfıra endirəcək

Masallı sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

Səhiyyə Nazirliyi Mingəçevirdə fləş-mob keçirib

Azərbaycanlı futbolçu Albaniya çempionatında beşinci qolunu vurub

Bakıda narkotik vasitələrin təsiri altında avtobus idarə edən sürücü saxlanılıb VİDEO

Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib VİDEO

Bakıda hərbçilər arasında güləş üzrə dünya çempionatına yekun vurulub

Bakıdakı Rus evi dekabr ayı üçün tədbirlər proqramını açıqlayıb

İstanbulda İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin Nazirlər Toplantısı keçirilir

Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib

“Euronews” telekanalı Bakıda keçirilən SPECA-nın Zirvə görüşü haqqında reportaj yayımlayıb VİDEO

Akademik İsa Həbibbəyli Ankarada TÜBİTAK başqanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

İİTKM və CAREC arasında Anlaşma Memorandumu imzalanıb

Roma Papası hərbi xərcləri aclıqla mübarizəyə yönəltməyə çağırıb

Tanınmış kinorejissor Akif Rüstəmov evində ziyarət edilib

“Şükran günü” qorxu filmi növbəti mövsümlə ekranlara geri qayıdır

Türkiyə Dünya İqlim Fəaliyyəti Sammitinə ev sahibliyi etmək niyyətindədir

Bakıdakı dünya çempionatında son günün qalibləri mükafatlandırılıblar VİDEO

Bakı Dövlət Sirki Yeni il proqramı təqdim edir

Film layihələri müsabiqəsinin yekunlarına həsr edilmiş brifinq keçirilib

Slovakiya-Ukrayna sərhədində yük maşınlarının uzun növbəsi yaranıb

Yeni Zelandiyada 100 ildə ilk dəfə olaraq vəhşi təbiətdə kivi quşunun iki balası yumurtadan çıxıb

BMT-nin forumunda Ermənistanın etnik təmizləmə siyasətindən danışılıb

“Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” mövzusunda dəyirmi masa keçirilib

Tehranda hava çox çirkləndiyinə görə məktəbləri bağlayıblar

Çexiyanın xarici işlər naziri Azərbaycanın sülh səylərini müsbət qiymətləndirib

Azərbaycan güləşçiləri dünya çempionatının son günündə 3 medal qazanıblar

Cənubi Çexiyada qar fırtınası səbəbindən fövqəladə vəziyyət elan edilib

“Bilim Bakı”da “Kiçik sahibkarlar, böyük hədəflər” proqramının bağlanış tədbiri keçirilib

“Qarabağ” və “Azəryol” komandaları böyükhesablı qələbə qazanıblar

Azərbaycanın COP28-dəki pavilyonu Qarabağla bağlı haqq səsimizin daha geniş kütləyə çatdırılmasına imkan yaradacaq

Qərbin qaranlıq keçmişi: Afrika müstəmləkələrində kölə alveri

Fu Hua: Sinxua və AZƏRTAC müasir çağırışlar fonunda əməkdaşlığı daha da dərinləşdirməlidir VİDEO

Pedaqoji Universitetdə Beynəlxalq Əlillər Günü qeyd olunub

BŞTİ: Ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinə başlanılıb

ABŞ Yaşıl İqlim Fonduna 3 milyard dollar ayıracaq

Tarix Muzeyinin yeni qurulan ekspozisiyasında son tamamlanma işləri aparılır

Ötən ay İnsan Resursları Mərkəzinə 4 mindən çox müraciət daxil olub

Azərbaycanın Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidentini təbrik edib

Milli Dram Teatrı dekabr ayı üçün maraqlı repertuar tərtib edib

“International Innovation Management and TRIZ Conference” (IIMTC) bağlı mətbuata məlumat verilib

Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümün püşkü atılıb

Beynəlxalq Velosipedçilər İttifaqı 40 rusiyalıya yarışlara çıxmaq icazəsi verib

Bakıda “Kalaşnikov” avtomatını gizlədən şəxs saxlanılıb VİDEO

Məşhur Piza qülləsinin Bolonyada olan bənzəri çökə bilər

Edmondo Çirielli: Ermənistanda qatı millətçi, Qafqazda sabitliyi pozmaq məqsədi daşıyan qüvvələr var

UNESCO forumunda Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından danışılıb

AKTA İƏT-in kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri əməkdaşlıq platformasına üzv seçilib

Beynəlxalq STEAM Azərbaycan Festivalında 11 ölkənin komandaları yarışacaq

COP28: Təxminən 20 ölkə bütün dünyada nüvə enerjisini 2050-ci ilədək üç dəfə artırmağa çağırır

İtaliyalı nazir müavini: Prezident İlham Əliyev çox praqmatik insandır

Almaniya çempionatının oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınıb

Çin Futbol Assosiasiyası Ramil Şeydayevin dava etdiyi oyunla bağlı bəyanat yayıb

Dekabrın 3-də Bakıda 22 dərəcə isti olacaq

Senatın sədri: Azərbaycan Çexiya üçün dost ölkədir