Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dubayda COP28 çərçivəsində iqlim dəyişiklikləri üzrə müzakirələrdə iştirak edib

Bakı, 4 dekabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən COP28 çərçivəsində dekabrın 4-də Ümumi Qadınlar Birliyinin sədri Şeyxa Fatimə Bint Mübarəkin himayəsi altında “Qadınlar tərəqqiyə liderlik edir: Su və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda panel iclas təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT), Ümumi Qadınlar Birliyinin və İsveçrə Qadınlar və Gücləndirmə Assosiasiyasının təşkilatçılığı ilə keçirilən iclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Almheiri iştirak ediblər.

İclasda bildirilib ki, iştirakçılar BMT Baş Assambleyasının təhlükəsiz və təmiz içməli su hüququnu başlıca insan hüquqlarından biri kimi təsbit edən qətnaməsinə uyğun olaraq, su idarəçiliyi ilə bağlı aktual problemi həll etmək, onun icmalara və ekosistemlərə təsirlərini araşdırmağa yönəlmiş səyləri əlaqələndirməyə və gücləndirməyə çalışacaqlar.

Müzakirələrdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib: “Biz görürük ki, iqlim dəyişikliklərinə görə Kür, Samur, Araz çaylarında suyun səviyyəsi aşağı düşür. Volqa çayında suyun səviyyəsi enir və bu, Xəzər dənizinə də təsir edir. Biz ötən 7-8 ildə Azərbaycanda quraqlığa şahid olmuşuq və bu da aqrar sahəyə təsirini göstərir. Hökumət ölkədə 10 su rezervuarı yaratmağı planlaşdırır və bununla problem həll olunacaq. Digər məsələ isə odur ki, təəssüf, biz ölkəmizin ərazisinin 20 faizinin 30 il ərzində işğal altında qaldığı dövrdə həmin torpaqlardakı su ehtiyatlarımızdan məhrum olmuşduq”.

Çıxışlar zamanı su problemlərinin həlli ilə bağlı qarşılıqlı məlumatlılığın artırılmasının, davamlı su idarəçiliyi üçün inklüziv və məlumatlı həllərin təşviq edilməsinin, Dayanıqlı İnkişaf Məqsədlərinə və gender bərabərliyinə nail olmağın əhəmiyyəti xüsusi vurğulanıb. Panel iştirakçıları, həmçinin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olunmasını sürətləndirmək baxımından dünya miqyasında icmaların rifahına, sağlamlığına və bərabərliyinə müsbət təsir göstərə biləcək daha yaxşı su idarəçiliyi üçün qabaqcıl təcrübə və mümkün həll mexanizmlərini, eləcə də iqlim məsələlərini müzakirə ediblər.

Xəlifə Universitetinin professoru Mariam Rashed Al Shehihi bildirib: “Biz BƏƏ-də su ilə bağlı vəziyyət haqqında ən yeni məlumata sahib olmalıyıq. Bununla da problemləri daha yaxşı anlayıb su ehtiyatlarının daha səmərəli idarə edilməsinə nail ola bilərik. Biz anlamalıyıq ki, məsələn, BƏƏ-də hansı sahələrdə nə qədər su sərf edilir. Bununla da biz problemləri, indiki və gələcəkdə yarana biləcək vəziyyəti daha yaxşı başa düşə bilərik”.

Panel iclasından sonra iştirakçılar COP28 çərçivəsində fəaliyyət göstərən Azərbaycan pavilyonunda olublar. Məlumat verilib ki, dekabrın 12-dək davam edəcək COP28 çərçivəsində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon “İqlim dayanıqlılığı üçün davamlı həlləri rəhbər tutaq” mövzusunu əhatə edir.

Pavilyonun konsepsiyası Azərbaycanın zəngin flora və faunası üzərində qurulub. İnteraktiv formatda qurulan pavilyonda ölkəmizin iqlim dəyişikliyi sahəsində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində Azərbaycan hökumətinin tədbirləri, mitiqasiya və adaptasiya üzrə fəaliyyəti və digər layihələr barədə məlumat verilir. Bildirilib ki, ölkəmiz 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35 faiz azaldılması, 2050-ci ildə isə bu hədəfin 40 faizə çatdırılacağına dair öhdəliyi təsdiqləyib. Bu istiqamətdə aktiv fəaliyyət göstərmək Azərbaycan hökuməti üçün prioritet məsələdir.

Dekabrın 4-də, həmçinin Azərbaycan pavilyonunda IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun təşkilatçılığı ilə “İqlim dəyişməsi və ekosistemlərin bərpası” mövzusunda tədbir keçirilib.

Ümumdünya Təbiəti Mühafizə Fondunun Qafqaz ofisinin mühafizə meneceri Maka Bitsadze, layihə meneceri Yerney Strith, Fondun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əskərov və IDEA təşkilatının nümayəndəsi Zərxanım Ağayeva regionda təbiətin mühafizəsi və bərpası layihələri barədə məlumat verib, Azərbaycanın bu layihələrdəki xüsusi rolunu vurğulayıblar. Bildirilib ki, ötən əsrin ortalarında nəsli kəsilməkdə olan ceyranların tarixi arealı bərpa olunmaqdadır və yeni ərazilərə 350 başa yaxın ceyran köçürülüb. O cümlədən işğaldan azad olunmuş ərazilərə 33 baş ceyran reintroduksiya edilib və bu proses davam etdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya Kubokunun qalibi: Portuqaliyalı rəqibim yarışdan əvvəl mənə dedi ki, qızıl medalı alıb gedəcəksən

Azərbaycan basketbol millisi seçmə mərhələnin ikinci oyununda Kosovo yığmasını məğlub edib

Denis Şmıqal: Ukrayna ərazilərinin bərpasında Türkiyə şirkətləri ilə işləyəcək

Krakovda Azərbaycan Evində Xocalı soyqırımının qurbanları yad edilib

Cənubi Afrikada avtobusun aşması nəticəsində 8 nəfər ölüb

Manisada Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib

Ukrayna ABŞ Konqresi ilə əməkdaşlığını yeni mərhələyə qaldırmaq istəyir

İtaliya saytı Xocalı soyqırımından yazıb

Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

“Ana harayı” abidəsinin yerləşdiyi parkda hazırlıq işləri yekunlaşıb

Lerikdə "Toyota" markalı avtomobil çaya aşıb, ölən və yaralananlar var - YENİLƏNİB

Rustem Umerov: Silahların yarısı Ukraynaya vaxtında çatmadığından cəbhədə problem yaranır

Şotlandiya universitetində Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunda qızıl və gümüş medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Tanzaniyada baş verən yol qəzasında 15 nəfər ölüb

Ukraynanın müdafiə sənayesinin imkanları 2023-cü ildə bir il öncəyə nisbətən altı dəfə çox olub

Həvəskar xizək yarışının qalibləri bəlli olub

Fatma Yıldırım: Xocalı faciəsinin qurbanlarının, şəhidlərinin ruhu indi şaddır

Lukaşenko: Belarusda hökuməti devirmək üçün heç bir variant işləməyəcək

Yaponiya hökuməti Noto bölgəsinin bərpası üçün əlavə 665 milyon dollar xərcləyəcək

Hava proqnozu: sulu qar və qar yağacaq, yollar buz bağlayacaq

Lukaşenko: Minsk Ermənistanın KTMT-dən çıxması ilə bağlı heç bir müraciət almayıb

Xocalı sakini: Faciə qəlbimizdə sağalmaz yaralar, düşüncəmizdə silinməz izlər qoyub

Belarus tarixində ilk dəfə vahid səsvermə keçirilir

Adil Əliyev: Xocalı soyqırımı tarixin ən dəhşətli cinayətlərindən biridir

Ağsuda polisə 10 ədəd odlu silah könüllü təhvil verilib

Cavanşir Feyziyev: Bu soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa yönəlmiş ən ağır cinayətdir

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb

Soyqırımının şahidləri o dəhşətli günlərdən danışırlar – AZƏRTAC Xocalıdan xəbər verir VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Polşada NATO-nun genişmiqyaslı təlimləri başlayır

Atasının ölümündə şübhəli bilinən şəxs tutulub

Azərbaycan basketbol millisi seçmə mərhələdə ikinci oyununu keçirəcək

Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Prezident İlham Əliyev Türkiyə Prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Çində 5,7 bal gücündə zəlzələ qeydə alınıb

CNN: Tramp Cənubi Karolina ştatında keçirilən praymerizin qalibi olub

London və Edinburq şəhərlərində Xocalı faciəsinə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib

Bosniyalılar Türkiyəni ölkənin ən yaxın dostu kimi görürlər

Xocalı soyqırımı qurbanlarının xatirəsi Türkiyədə silsilə tədbirlərlə anılır

İtaliya Ukrayna ilə təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalayıb

NYT: Ukrayna 2024-cü ildə ən yaxşı halda özünü müdafiə edə bilər

Mario Draqi Avropa ölkələrini böyük sərmayə yatırmağa çağırıb

İsti su içmək orqanizm üçün faydalıdır - Araşdırma

ECOWAS Nigerə qarşı sanksiyaları ləğv edib

Abbas Abbasov: Təzyiqlər Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə zərrə qədər mənfi təsir göstərməyəcək

İtaliyada Olimpiya Oyunlarının keçirilməsi üçün 500 qədim ağac kəsiləcək

Yəməndəki husi hədəflərinə yenidən zərbələr endirilib

Tramp: Seçkidə qalib gələrəmsə, miqrantların ABŞ tarixində ən böyük deportasiyası olacaq

Misir Qəzzanın cənubunda və mərkəzində iki qaçqın düşərgəsi yaradır

Filarmoniyanın səhnəsində musiqili tədbir: “Şam İşığında Üzüklərin Əfəndisi”

Alan Antuan Simoni: Oğlum Fransa polisi tərəsindən terror münasibətinə məruz qalıb

BMT: Hər beşinci ukraynalı ailənin ərzaq yardımına ehtiyacı var

Abşeronda yaşayış binasında baş verən yanğın söndürülüb, 25 nəfər təxliyə edilib YENİLƏNİB

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Xocalı qurbanlarının xatirəsi anılıb

Laçın yenidən ağ örpəyə bürünür VİDEO

Azərbaycan-Çin münasibətləri illərin sınağından keçib və möhkəm təməl üzərində qurulub

Bakıda voleybol üzrə “Gənc atletlərin inkişafı” layihəsi çərçivəsində ilk seminar keçirilib

Muxtar respublikanın yubileyinə həsr olunmuş şahmat üzrə yoldaşlıq görüşü təşkil ediləcək

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ikinci yarış gününə yekun vurulub

Türkiyə Superliqası: “Fənərbağça” “Kasımpaşa”ya qalib gələrək liderliyə yüksəlib

Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurasının Brüsseldə təsis konfransı keçirilib

Azərbaycan gimnastı Rumıniyada bürünc medal əldə edib

İstanbulda keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda konfransın iştirakçıları Fransa Prezidentinə məktub ünvanlayıblar

Azərbaycan gimnastı dünya kubokunda qızıl medal qazanıb

Nazir: Dəmir yolları Türkiyə hökumətinin nəqliyyat sahəsində prioritetidir

Almaniya və Ukraynanın xarici işlər nazirləri Odessaya gəliblər

Göyçayda tədbir: “Duolingo” ilə ingilis dili hamı üçün əlçatandır!”

Yubiley turnirinin qalibləri məlum olub

Müdafiə Nazirliyi: Ermənistan silahlı təxribatlarını dezinformasiya ilə ört-basdır etməyə çalışır

Azərbaycan Premyer Liqası: “Səbail” “Sabah”a qalib gəlib

Azərbaycan İƏT-in İstanbulda keçirilən nazirlər konfransının sessiyasında təmsil olunub

İstanbulda keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans başa çatıb YENİLƏNİB VİDEO

Dörd il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub

Azərbaycan gimnastları beynəlxalq turnirdə gümüş medal qazanıblar

Robert Kurto: Bakı Təşəbbüs Qrupunun sayəsində Yeni Kaledoniya öz problemini beynəlmiləlləşdirə bilib

Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi yeni inkişaf erasında qazanılacaq uğurlarımızın formuludur – Təhlil

Azərbaycan basketbol millisinin heyətində dəyişiklik edilib

Gürcüstanın Baş naziri və Türkiyənin Tbilisidəki səfiri regional layihələri müzakirə ediblər

Polşada ikinci Azərbaycan Evi açılıb

Pedaqoji Universitetin filiallarında Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər keçirilib

® Rəna Soltanova: Sevinirik ki, “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyi olaraq keçirdiyimiz layihələrdən faydalananlar çoxdur

Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyinin bərpasına başlanılıb

Deputat: Xocalı qətliamına bütün dünya siyasi-hüquqi qiymət verməlidir

Tunç Demirtaş: Türkiyə də, Azərbaycan da hər zaman müstəmləkəçiliyə qarşı çıxış edən dövlətlər olub

Azərbaycan gimnastı: Finala çıxdığım üçün özümü əla hiss edirəm

Keçmiş döyüşçü: Qara qaya yaxınlığında dəhşətli mənzərənin şahidi olduq

Əli bəy Hüseynzadənin 160 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

Harri Potter haqqında serialın premyerası 2026-cı ildə olacaq

Azərbaycan rusiyalı turistlərin ən çox ziyarət etdikləri ölkələrin ilk beşliyinə daxildir

Fərid Şəfiyev: Ermənistan yenidən hər hansı təxribatlara əl atarsa, bizim cavabımız proporsional olacaq

Ümumi cərrah: Öd kisəsində olan patologiyalarla bağlı müraciətlər çoxalıb

Fənn olimpiadalarının yarımfinalında Naxçıvan üzrə 338 şagird biliyini sınayıb

ADPU-da yazıçı Varisin “Qırmızı ləçəklər” romanı müzakirə olunub

Xocalı sakini: “Heç kəs Xocalı soyqırımını yaxınlarını itirmiş insanlardan daha yaxşı anlaya bilməz”

“Neftçi” “Turan Tovuz”la oyunda qələbəni əldən verib

İqor Korotçenko: Fransa Cənubi Qafqaz regionundan sıxışdırılıb çıxarılan Rusiyanı əvəz etməyə başlayıb