“HEYDƏR ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCANIN BANİSİ VƏ QURUCUSUDUR”
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mayın 10-da Salyanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə rəngarəng tədbirlər keçirilmişdir.
Minlərlə salyanlı əvvəlcə ulu öndərin abidəsini ziyarət etmiş, önünə əklil və gül dəstələri qoymuş, xatirəsinə dərin ehtiram göstərmişdir. Tədbir iştirakçıları Heydər Əliyev muzeyinə də baş çəkmiş, dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən sənədlərlə bir daha tanış olmuşlar.
Rayon icra hakimiyyətində "Heydər Əliyev müstəqil Azərbaycanın banisi və qurucusudur" mövzusunda tədbir keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Rasim Bəşirov ümummilli liderin həyatı və fəaliyyəti barədə məruzə etmişdir. Natiq dünya səviyyəli böyük şəxsiyyətin doğma xalqına ömrü boyu təmənnasız xidmət göstərməsini nəzərə çarpdırmış, onun Azərbaycanın intibahı naminə gördüyü nəhəng işlərin bəzi məqamları üzərində ətraflı dayanmışdır.
Məruzə ətrafında çıxış edənlər ulu öndərin Azərbaycanda əsl dövlətçilik məktəbi yaratdığını, onun bünövrəsini qoyduğu əzəmətli inkişaf strategiyasının bu gün ölkə başçısı İlham Əliyev tərəfindən çox böyük yaradıcılıqla, dönmədən həyata keçirildiyini söyləmişlər.
Həmin gün rayonun Təzəkənd kənd məktəbində 7 sinif otağı olan yeni tədris korpusunun açılışı da olmuş, Salyanın baş meydanında respublikanın tanınmış incəsənət ustaları "Sən elə bir zirvəsən" adlı geniş konsert proqramı ilə çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]
Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]