HEYDƏR ƏLİYEVİN BÖYÜK İSTEDADLARI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiyanın “RİA Novosti” informasiya agentliyinin saytında “Şərhlər və təhlil” rubrikasında Şəhrizada Yeraliyevanın Azərbaycan xalqının görkəmli liderinin xatirəsinə həsr olunmuş “Heydər Əliyevin böyük istedadları” məqaləsi yerləşdirilmişdir.
Müəllif yazır ki, Azərbaycanın milli lideri Heydər Əliyev uzun illər suveren respublikanın əvəzsiz Prezidenti olmuşdur. Məqalədə deyilir: “Ölkəsinin hüdudlarından uzaqlarda hörmət sahibi olan siyasi xadim, yüksək savada və intellektual səviyyəyə malik insan, xalqının qayğısına qalan əvəzsiz rəhbər, tayı-bərabəri olmayan bir şəxsiyyət... Köhnə dostu barədə xoş xatirələrini bölüşənlərin dilindən çox belə sözlər eşitmək olar. Ancaq onların hamısı bir məqamda həmrəydirlər: “Heydər Əliyev istedadlı insandır”.
Məqalədə qismətinə bu qeyri-adi insanla tanış olmaq və işləmək xoşbəxtliyi düşmüş insanların səmimi xatirələri əksini tapmışdır.
Ş.Yeraliyeva daha sonra yazır: “Heydər Əliyev Azərbaycanı sabit ölkə kimi qoyub getmişdir. Onun hakimiyyəti dövründə respublika MDB-yə üzv olmuş, Azərbaycan-Rusiya əlaqələri uzun müddətə möhkəmlənmişdir”. Məqalənin sonunda deyilir ki, bu gün talelərində həlledici rol oynadığına görə Əliyevə minnətdar olanlar, dostu, yoldaşı, rəhbəri kimi bu böyük insanın xatirəsini əziz tutanlar çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]