Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyevin dövlət quruculuğunda milli iqtisadiyyat konsepsiyası

Heydər Əliyevin dövlət quruculuğunda milli iqtisadiyyat konsepsiyası

Ümummilli Liderin iqtisadi strategiyası ilə Azərbaycanda davamlı iqtisadi artımın və gələcək uğurların əsası qoyuldu

Bakı, 28 aprel, AZƏRTAC

Müstəqilliyin ilk illərində Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əsaslı dəyişikliklər baş verdi. Azərbaycanın iqtisadi yüksəlişi üçün sistemli tədbirlər reallaşdırıldı. Ulu Öndərin rəhbərliyi ilə qısa müddətdə ölkədə bazar iqtisadiyyatının qanunvericilik bazası yaradıldı, dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində əsaslı dəyişikliklər baş verdi. İqtisadi inkişafa, qlobal iqtisadiyyata inteqrasiyaya və rifah yüksəlişinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılmasına başlanıldı. Həyata keçirilmiş iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata investisiyalar cəlb olundu, həyat səviyyəsi xeyli yüksəldi.

Uğurlu islahatlar üçün müstəqillik dövrünün tələblərinə uyğun olaraq, qanunların müasirləşdirilməsi, yeni qanunların qəbulu zəruri idi. Bu prosesin optimal şəkildə yekunlaşması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmalı idi. Heydər Əliyev qanunvericilik təşəbbüsü əsasında iqtisadiyyatın ayrı-ayrı sahələrini tənzimləyən qanunları Milli Məclisə təqdim edərək onların demokratik prinsiplər və aşkarlıq şəraitində müzakirəsini təşkil etdi. Həmin qanunlar Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə həyata keçirilməsinə etibarlı zəmin yaratdı. Ulu Öndərin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilib, 100-dən çox fərman və sərəncam imzalanıb, 30-a yaxın dövlət proqramı təsdiq olunub. Bu normativ-hüquqi sənədlərin başlıca məqsədini müstəqil dövlətin iqtisadi əsaslarının möhkəmləndirilməsi, bazar iqtisadiyyatının formalaşdırılması, dövlət idarəetməsinin təkmilləşdirilməsi, vətəndaşların sosial və iqtisadi hüquqlarının daha dolğun təmin olunması təşkil edirdi. Ümumilikdə 1993-2003-cü illərdə qəbul edilmiş 1715 qanun və qərardan 975-i Ulu Öndərin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim edilmişdi.

Heydər Əliyevin iqtisadi strategiyası əsasında neft faktorundan məharətlə istifadə olunması da ölkəmizin davamlı sosial-iqtisadi inkişafının əsas səbəbləri sırasında xüsusi qeyd edilməlidir. 1994-cü ilin 20 sentyabrında böyük xarici təzyiqlərə baxmayaraq "Əsrin müqaviləsi" imzalandı. Bu tarixi sənəd dünya ölkələri ilə uğurlu əməkdaşlığın qarantına çevrildi. Sazişin ardınca bu sahədə tərəfdaşlığa dair yeni razılaşmalar əldə edildi, ölkəyə sərmayə yatırımı təşviq olundu. Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzərdə beynəlxalq əməkdaşlığın əsasını qoydu. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutları şaxələndirildi. Azərbaycanın enerji daşıyıcılarını dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi Heydər Əliyevin neft strategiyasının ən böyük uğurlarındandır. Çox mürəkkəb geosiyasi maneələr dəf edilməklə reallaşdırılmış Bakı-Tbilisi-Ceyhan boru kəməri iqtisadi tərəqqidə yeni mərhələnin başlanmasına vəsilə oldu. Azərbaycan qazının Qərbə ixracı üçün Cənubi Qafqaz Boru kəmərinin inşasına başlanıldı.

1999-cu ildə neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitləri prioritet sahələrin inkişafına və önəmli layihələrin gerçəkləşdirilməsinə yönəltmək məqsədilə Dövlət Neft Fondu yaradıldı. Fondun başlıca məqsədi neft və qaz hasilatından əldə olunan vəsaitlərin səmərəli idarə edilməsi idi. Bu gün də fondun fəaliyyətinin səmərəliliyi və şəffaflığı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Heydər Əliyev strategiyasına uyğun olaraq, neft-qaz sənayesi iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət sayəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, bütün sahələrdə islahatlara başlanıldı, insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Neft-qaz sənayesi ilə yanaşı, digər sahələrin də inkişafını təmin etmək üçün mühüm tədbirlər həyata keçirildi.

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəqliyyatın inkişafı siyasəti sayəsində TRACECA, Şimal-Cənub nəqliyyat dəhlizi, İNOGEYT proqramının həyata keçirilməsinə başlanıldı. Nəticədə Azərbaycan Xəzər regionunda əsas multimodal nəqliyyat qovşağına və beynəlxalq əhəmiyyətli enerji tranziti ölkəsinə çevrildi.

1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, qiymətlərin sərbəstləşdirilməsi və digər tədbirlər kənd təsərrüfatında ciddi irəliləyişlərə səbəb oldu. Uğurla həyata keçirilən torpaq islahatı aqrar sektorun inkişafının əsasını qoydu. 1350 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylanıldı, kolxoz və sovxozların yerində fermer təsərrüfatları yaradıldı. Bunlarla yanaşı, dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradıldı. Özəlləşdirilmiş torpaqlarda səmərəli təsərrüfatçılığın təmin olunması məqsədilə aqrar məhsul istehsalçılarının əvvəlki vergi borcları silindi, onlara uzunmüddətli vergi güzəştləri verildi.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması üçün Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edildi və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə mindi. Vətəndaşların rifahının yüksəldilməsi, layiqli həyat səviyyəsinin təmin edilməsi, iqtisadiyyatın və azad sahibkarlığın inkişafına dair müddəalar Konstitusiyada təsbit olundu.

Heydər Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə seçilirdi. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi. Sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, iş adamlarına maliyyə dəstəyi və zəruri texniki yardım göstərən strukturlar formalaşdı. Biznesin vergi yükünün azaldılması məqsədilə mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salındı, kiçik sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi tətbiq edilməyə başlandı.

1995-2003-cü illər regionların sürətli sosial-iqtisadi inkişafına hazırlıq mərhələsi kimi xarakterizə olunur. Bazar münasibətlərinin geniş vüsət alması, hərtərəfli iqtisadi islahatların aparılması, reallaşdırılan özəlləşdirmə proqramları, milli sahibkarlar sinfinin formalaşması ilə regionların hazırkı inkişafına əlverişli zəmin yaradıldı. Bu iqtisadi siyasət gələcəkdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrasının təminatçısına çevrildi.

Sosialyönümlü siyasət sayəsində artıq 1996-cı ildən müsbət sosial göstəricilər müşahidə olunmağa başladı. Müxtəlif fərman və sərəncamlarla hərbi, səhiyyə, təhsil, sosial müdafiə, elm, mədəniyyət sahəsində çalışanların əməkhaqları, pensiyaların minimum məbləği, şəhid ailələrinin, 20 Yanvar əlillərinin və ərazi bütövlüyümüzün müdafiəsi uğrunda əlil olanların pensiya və müavinətləri dəfələrlə artırıldı, müxtəlif sahələrdə böyük xidmətləri olan şəxslərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə fərdi təqaüdlər təsis olundu. Qaçqın və məcburi köçkünlərin maddi durumunun və yaşayışının yaxşılaşdırılması üçün bir sıra qanunlar qəbul edildi, fərman və sərəncamlar imzalandı.

Heydər Əliyevin iqtisadi strategiyası sayəsində 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, sənaye məhsulunun həcmi 23,3 faiz, kənd təsərrüfatı istehsalı 53,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard dollar həcmində investisiya qoyuldu.

Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirdi, ölkəmiz Cənubi Qafqazın liderinə, regionda gerçəkləşdirilən transmilli layihələrin təşəbbüskarı və fəal iştirakçısına çevrildi.

Ulu Öndərin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni iqtisadi uğurlara imza atdı. İqtisadi qüdrətimizin artması, ordu quruculuğunda qazandığımız nailiyyətlər, cənab İlham Əliyevin böyük sərkərdəlik məharəti və qəhrəman xalqımızın onun ətrafında bir yumruq kimi birləşməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Çevik və innovativ iqtisadi yanaşmalar, əlverişli biznes və investisiya mühitinin yaradılması, qeyri-neft sektorunun şaxələndirilməsi, şəffaflığın artırılması kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarsda Heydər Əliyev adına liseydə Azərbaycan dövlətçiliyinin memarının xatirəsi anılıb

Zelenski və Ərdoğan İstanbul görüşünün detallarını müzakirə ediblər

Bakıda Azərbaycan və Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib VİDEO

Bakıda Azərbaycan və Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib VİDEO

Brüsseldə Avropa müdafiə sənayesinin nümayəndələri ilə ilk strateji dialoq keçirilib

Ermənistan ordusu tərəfindən Başlıbel kəndinin əhalisinin məhv edilməsinin şahidi olan şəxslər məhkəmədə ifadə veriblər

Donald Tramp Yaxın Şərqə səfərə yola düşüb

Əcnəbilər Monteneqroda 113,5 milyon avroluq daşınmaz əmlak alıblar

Konfrans Liqasının final oyununu idarə edəcək hakim açıqlanıb

UEFA Çempionlar Liqasının final matçını idarə edəcək hakimlər açıqlanıb

Almatıda "Qərbi Azərbaycana Qayıdış Çağırışları" mövzusunda forum keçirilib

Britaniyanın Baş nazirinin evində yanğın olub

Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi təyin olunub

Londonda elektrik kəsintisi metroda ciddi nəqliyyat pozuntularına səbəb olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək

ABŞ Çin məhsullarına tətbiq etdiyi rüsumları 145 faizdən 30 faizə endirib

Kəngərlinin timsalında yeniləşən Azərbaycanı, bərpaolunan Qarabağı və Şərqi Zəngəzuru görürük ŞƏRH

İsrail Prezidenti ölkəsi ilə Almaniya münasibətlərinin 60 illiyi münasibətilə Berlinə səfər edib

BDU ilə Pakistanın İslamabad Fond Universiteti arasında anlaşma memorandumu imzalanıb

Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır

Parlamentin sədri: Gürcüstan-Brüssel münasibətləri regionda formalaşmış siyasi mühitin girovudur

Prezidentin Ağdam Muğam Mərkəzinin açılışındakı nitqi milli hesabat və yol xəritəsi kimi səciyyələndirilə bilər RƏY

Yağan yağışlar çaylarda sululuğu artırıb VİDEO

Yağan yağışlar çaylarda sululuğu artırıb VİDEO

İnsan psixologiyasına “süni” toxunuş VİDEO

İnsan psixologiyasına “süni” toxunuş VİDEO

Başlıbel faciəsinin şahidi: Ermənistan ordusunun hərbçiləri mülki əhalini görən kimi heç bir sual vermədən öldürürdülər

Altı dövlət orqanında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib

Keçmiş məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviqi diqqət mərkəzindədir

Qarabağda layihələr reallaşdıran İtaliya şirkətində çalışan azərbaycanlı

“Barselona” baş məşqçisi ilə yeni müqavilə barədə razılığa gəlib

SOCAR Karbamid Zavodunun “ağıllı kimya” sahəsi

Baş allerqoloq: Astma xəstəliyindən sağalmaq mümkündür VİDEO

Baş allerqoloq: Astma xəstəliyindən sağalmaq mümkündür VİDEO

Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar şənbə və bazar günləri hər iki istiqamətdə hərəkət edəcək

Avropa İttifaqı Şurasının Prezidenti Serbiyada səfərdədir

® “Unibank” Almaniyanın nüfuzlu bankından 5 milyon avro kredit cəlb edib

Dövlət Gömrük Komitəsi sədrinin vətəndaşlarla görüş vaxtı dəyişdirilib

Bakıda imzalanan sənədlər Azərbaycan-Vyetnam münasibətlərinin inkişafına yeni impuls verəcək ŞƏRH

Energetika naziri vətəndaşlarla görüşüb

® “AccessBank”dan bazarda analoqu olmayan yeni məhsul – “Sərbəst Əmanət”

Tramp ABŞ-da dərmanların qiymətini 59 faiz endirəcək

Qazaxıstan 17 su anbarının tikintisi üçün 2,7 milyard dollar alacaq

Giorgi Volski: Bəzi diplomatik nümayəndəliklər Gürcüstanda toqquşma ssenarisi hazırlayırlar

Qazaxıstanda 1918-ci il macar hərbi əsirlərinin məzarlıqları aşkarlanıb

Azərbaycan U-21 millisi Belarus və Monteneqro ilə qarşılaşacaq

Eros Ramazzotti Budapeştdə daha bir canlı konsertlə çıxış edəcək

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq tennis turnirində ilk həftə başa çatıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçiminin nəticələri açıqlanıb

Azərbaycan Dubayda keçirilən “Global CyberDrill 2025” tədbirində təmsil olunub

“Azərbaycan fəlsəfəsinin yadda qalan simaları – Məqsəd Səttarov” mövzusunda respublika elmi konfransı keçirilib

Tovuzda traktorla yük maşını toqquşub, xəsarət alanlar var VİDEO

Tovuzda traktorla yük maşını toqquşub, xəsarət alanlar var VİDEO

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru ilə görüş keçirilib

Uels Şahzadəsi xərçəngə qarşı mübarizəyə həsr olunan layihəyə start verib

Ermənistan silahların çoxunu niyə Hindistandan alır? VİDEO

Ermənistan silahların çoxunu niyə Hindistandan alır? VİDEO

® Həmişə ümid işığı yandırmağa çalışan tibb bacıları, bayramınız mübarək!

Azərbaycan-Bəhreyn parlamentlərarası əməkdaşlığı müzakirə olunub

Qazaxıstan kimya və metallurgiya sahələrində 10 milyard dollar dəyərində layihələrin icrasına başlayır

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı: Böyük Qayıdışa daha bir töhfə

Bakıda Eqmont Qrupunun Komitə iclası keçiriləcək

Azərbaycanın NATO yanında Nümayəndəliyində görüş keçirilib

“Barselona” polşalı qapıçısına ikiillik müqavilə təklif edib

Rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti mayın 17-dək davam edəcək - Xəbərdarlıq

Bəhreynin xarici işlər naziri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Ermənistanda həqiqi hərbi xidmətdən yayınan gənclərin sayı artır

Gürcüstan parlamentinin sədri Buxarestdə Fransa səfirini sərt tənqid edib

Bill Qeyts növbəti 20 ildə sərvətinin 99 faizini xeyriyyəçiliyə sərf edəcək

Azərbaycanın xarici işlər naziri Bəhreyn Krallığının vəliəhdi ilə regional vəziyyəti müzakirə edib

Britaniyanın Baş naziri immiqrasiya siyasətini sərtləşdirəcəyini açıqlayıb

Paytaxtda narkokuryerliyə cəlb olunan şəxs saxlanılıb VİDEO

Paytaxtda narkokuryerliyə cəlb olunan şəxs saxlanılıb VİDEO

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Buxarestdə qeyd olunub

Hakan Fidan PKK-nın özünü buraxmasını “tarixi” qərar adlandırıb

FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib

Azərbaycanın güləş yığmaları qarşıdan gələn mühüm yarışlara bölgələrdə hazırlaşacaqlar

Britaniya hökuməti Bottiçellinin tablosunun ölkədən çıxarılmasını qadağan edib

Azərbaycan ilə Somali arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Dibi görünməyən qaranlıq quyudan işıqlı gələcəyə doğru gedən yol

Roma Papası Türkiyəyə səfərə hazırlaşır

Azərbaycan Universiteti və İstanbul Beykent Universiteti arasında memorandum imzalanıb

Qəbələdə “Heydər Əliyev və milli-mənəvi dəyərlərə qayıdış” mövzusunda regional konfrans keçirilib

®  Tahir Gözel Zambiyada Rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib VİDEO

® Tahir Gözel Zambiyada Rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib VİDEO

Ermənistanın mədən sənayesi bütün Cənubi Qafqaz regionu üçün təhlükə mənbəyidir ŞƏRH

BDU-da Bakı şəhəri və Abşeron yarımadasında hava çirklənməsinin biomonitorinqi aparılır

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

MTM: Bank kartları ilə aparılan nağdlaşdırma əməliyyatlarının həcmi ümumi kart əməliyyatlarının 33 faizini təşkil edib

Azərbaycan mədəni irsi Aşqabadda beynəlxalq festivalda təqdim olunub

Gənc ictimai-siyasi fəal: Ölkəmizin inkişafına töhfə vermək tarixi və mənəvi borcumuzdur

AzMİU ilə Türkiyənin aparıcı universitetləri arasında elmi əməkdaşlıq genişlənir

® “PAŞA Qrup” şirkətləri şəhidlərimizin ailə üzvlərinin və müharibə əlillərinin təhsil xərclərini qarşılayır

BDU-da elmi seminar: “Ulu Öndər Heydər Əliyev irsinin biblioqrafik tədqiqi”

Azərbaycanın və Efiopiyanın dostluq qrupları arasında parlamentlərarası əlaqələr müzakirə edilib

Dövlət Su Ehtiyatları Agentliyi: Kür çayında suyun səviyyəsinin qalxması ilə əlaqədar Sabirabadda və digər ərazilərdə daşqın təhlükəsi yoxdur

Ulu Öndərin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi keçirilib

Zərərçəkmiş: Ermənistan silahlı qüvvələri mülki şəxsləri mühasirəyə salıb məhv etdilər

Yenidən nəzərlər İstanbulda - Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsində razılıq əldə olunacaqmı?

Fransa Afrika və Asiyada törətdiyi hadisələri demokratiyanı yaymaq hesab edilirsə, Azərbaycana belə demokratiya lazım deyil

“XIX əsrdə yeni türk ədəbiyyatının yaranması və inkişafı” kitabı çapdan çıxıb

A.M.Şirinovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Banqladeşdə ildırım vurması nəticəsində azı 13 nəfər ölüb

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu