CƏMİYYƏT
Heydər Məmmədov: Dövlət tərəfindən prokurorluq orqanlarının inkişafı üçün mühüm işlər görülür

Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan öz müstəqilliyini 1991-ci ildə bərpa etməsinə baxmayaraq, təəssüf ki, həmin illər bərbad idarəçilik nəticəsində insanların hüquqları pozulurdu. Ulu Öndər Heydər Əliyevin əməyi sayəsində hüquqi dövlətə xas olan Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Onun apardığı humanist siyasət nəticəsində ölüm hökmü ləğv olundu, amnistiya aktı qəbul edildi.
AZƏRTAC xəbər verir ki, bunu "Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən konfransın panel müzakirəsində Baş prokurorun müavini Heydər Məmmədov söyləyib.
Heydər Məmmədov bildirib ki, dövlət tərəfindən prokurorluq orqanlarının inkişafı üçün görülən işlər hazırda da davam edir. Bu da dövlətin və cəmiyyətin mənafeyini qorumaq istiqamətində görülən işlərin keyfiyyətini artırır.