Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Hidayət Heydərovun ilk məşqçisi: Qələbədən sonra ona dedim ki, sən məni 21 il cavanlaşdırdın

Hidayət Heydərovun ilk məşqçisi: Qələbədən sonra ona dedim ki, sən məni 21 il cavanlaşdırdın

Bakı, 3 avqust, AZƏRTAC

“Uduzmaq Hidayət üçün dəhşətli bir faciəyə bərabərdir. Ona elə tərbiyə vermişəm ki, uduzmağın mənim üçün böyük zərbə olduğunu bilir. Əgər o, gümüş və ya bürünc medal qazansaydı, bu nə onu, nə məni qane edəcəkdi”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərovun (73 kiloqram) ilk məşqçisi Tərlan Həsənov deyib.

Hidayətə 6 yaşından müəllimlik etdiyini söyləyən mütəxəssis bildirib ki, olimpiya çempionumuz işinə həmişə məsuliyyətli və ciddi yanaşan idmançı olub: “Ona hər şeyi sıfırdan öyrətmişəm. Heç vaxt məşqlərdən yayınmayıb. Bütün yarışlara çox ciddi hazırlaşıb. Hidayət 52 illik əziyyətimin bəhrəsidir. Bu illər ərzində minlərlə tələbə yetişdirmişəm. O, yeniyetmə olarkən qitə birinciliyində özündən 11 yaş böyük Avropa ikincisini məğlub etdi. Mən o zaman Hidayətin necə böyük istedada malik olduğunu anladım. Həmişə ondan belə nəticələr gözləyirdim. Amma bir daha anladım ki, Olimpiya Oyunları nə dünya, nə də Avropa çempionatıdır. Həddindən artıq güclü idmançılar Olimpiada yarışlarında özlərini itirir, psixoloji durumlarını idarə edə bilmirlər. Bir il ərzində həm Avropa, həm dünya, həm də ki, Olimpiya Oyunlarında qalib gəlmək, bu stabilliyi qoruyub saxlamaq qeyri-mümkündür. Amma Hidayət mümkünsüzü bacardı. 90 faiz idmançılar buna nail ola bilmirlər. O, çox unikal idmançıdır. Mən onu uşaqlıqdan müdafiəçi kimi yox, hücumçu kimi böyütmüşəm. Daha doğrusu, mənim üslubum belədir. Cüdo hücum və əks-hücumdan ibarətdir. Hidayət tələbələrim arasında bunu ən yaxşı bacaran idmançıdır. Həm 73 kiloqramda, həm də cüdo üzrə bütün çəki dərəcələrində dünya lideridir. Ondan çox reytinq xalı olan yoxdur. Gördüyümüz kimi, rəqibi hücumları ilə yorur və onu yorğun vəziyyətdə yerə yıxır. O, çempionluqla bağlı mənə söz vermişdi. İdmançı müəlliminə söz verəndə müəllimdə də istər-istəməz psixoloji durum yüksək olur. Hər idmançı o sözü verməyə cəsarət etmir, amma Hidayət etdi. Sözünün üstündə durdu. Çəkisalma prosesi zamanı mən çox həyəcan keçirmişdim. Fikirləşirdim ki, dünya çempionu olduqdan sonra bəlkə o, artıq həvəsdən düşüb və çəkisinə fikir vermir. Amma Hidayət qələbəsi ilə belə olmadığını, içindəki mübarizə ruhunun sönmədiyini göstərdi”.

H.Heydərovun yarışını televiziyadan izləyən məşqçi o an keçirdiyi hisslərdən də bəhs edib: “Mənim necə həyəcan keçirdiyimi hamı gördü. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Təzyiqim olduğu üçün Parisə getməyimi Hidayətin özü istəmədi. Qələbədən sonra ona dedim ki, sən məni 21 il cavanlaşdırdın. Mənim indi sanki 82 yox, 61 yaşım var. Çünki 61 yaşımdan mən onunla işləyirəm. İndi ruhən özümü cavan hiss edirəm. Elə bil ki, kosmosa qalxmışam. Tələbəmin nəticəsi məni daha da ruhlandırdı. O mənə söz verdi ki, 2028-ci ildə keçiriləcək Los-Anceles Olimpiadasında da çempion olacaq. Mən inanıram ki, o bunu bacaracaq. Demişdim ki, mənim hər hansısa tələbəm Olimpiya çempionu olmayanadək bu dünyanı tərk etməyəcəyəm. Çalışacağam ki, bu 4 ildə də Hidayətlə əlaqədə olum. Düzdür, mən hazırda milli komandanın məşqçisi deyiləm, təqaüdçüyəm. Tək mənim deyil, yığmanın müəllimlərinin də Hidayətin qələbəsində böyük rolu var. Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi də ona kömək edir. Mən yenə də Hidayətlə əlaqəni kəsməyəcəyəm. Mümkün dərəcədə həm psixoloji, həm də texniki məsələlərdə ona dəstək olacağam. Belə böyük turnirlərdən öncə ona tapşırıqlar verirəm. Olimpiadadan qabaq düz 13 tapşırıq verdim və dedim ki, bunların üzərində işlə. Mən həmişə Hidayətin yarışlarını izləyib, analiz edib, düzəlişlər edirəm. Etdiyi səhvləri özünə deyirəm. Hidayətin zəka səviyyəsi o qədər yüksəkdir ki, o həmin məsləhətlərə qulaq asır və cızığından çıxmır. Elə buna görə də bütün rəqiblərinə qalib gələrək Olimpiya çempionu adını qazandı”.

T.Həsənov “Paris-2024”də məğlubiyyətinə ən çox üzüldüyü idmançının da adını açıqlayıb: “Məni ən çox Elcan Hacıyevin (90 kiloqram) məğlubiyyəti məyus etdi. Çox istedadlı gəncdir. Bu, onun ilk Olimpiadası idi. Keçirdiyi həyəcan onun öz gücünü göstərməyinə imkan vermədi. Bu həyəcanı boğmağı hər idmançı bacara bilmir. Elcanın 1/8 finalda rəqibinə uduzmağı məni çox sarsıtdı”.

Qeyd edək ki, XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçuları Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Parisdə Dövlət Himnimizi səsləndiriblər. Bununla da Azərbaycan Olimpiadanın cüdo yarışlarında medal sıralamasında ikinci yeri tutub. Bu göstərici Azərbaycan cüdosunun tarixində ilkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Bakıya gəlib

Türkmənistan gəncləri Bakıda keçiriləcək COP29 konfransında fəal iştirak edəcəklər

Azərbaycan millisinin futzalçısı: Avropa çempionatının final mərhələsində oynamaq istəyirik

Çempionlar Liqası: “Mançester Siti” “İnter”i, PSJ “Jirona”nı qəbul edəcək

Şəxsiyyəti müəyyənləşdirilən daha dörd itkin şəhid dəfn olunacaq

Milli Kitabxanada Milli Musiqi Günü münasibətilə ənənəvi kitab sərgisi açılıb

Dünya birjalarında neft ucuzlaşıb

DİN: Ötən gün 49 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

UNEC-də ACCA İmtahan Mərkəzi yaradılıb

Nazir: İtki və Zərərə Cavab Fondu iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayacaq

Bakıda boks üzrə Çempionlar Gecəsi keçiriləcək

İsveç sakini öz bağçasında qədim medalyon tapıb

Azərbaycanın şahmat yığmaları bu gün Qazaxıstanla qarşılaşacaq

Şəmkirdə avtomobildə sıxılı vəziyyətdə qalmış vətəndaş xilas edilib

MDU-da “COP29-Azərbaycan” mövzusunda elmi-praktik seminar keçirilib

Ölkəmizdəki diplomatik korpusun üzvləri Suqovuşan və Sərsəng su anbarlarında olublar VİDEO

Payız fəsli Azərbaycana sentyabrın 22-si daxil olacaq

Gəncədə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə vaksinasiyaya başlanılıb

Muxtar Babayev: Biz tərəfdaşlar olaraq İtki və Zərərə Cavab Fondunun fəaliyyətini gücləndirməliyik

ATU-da yeni auditoriya istifadəyə verilib

DİN: Ötən gün 46 cinayətin üstü açılıb

İqlim dəyişikliyi ilə mübarizəyə dəstək üçün yaradılmış beynəlxalq Fondun 3-cü iclası Bakıda keçirilir

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayıb YENİLƏNİB

Cəlilabadda narkokuryer saxlanılıb

Birləşmiş Ərəb Əmirliklərinin qonaqları indi pulsuz eSIM ilə qarşılanacaqlar

Şəmkirdə qəza olub, xəsarət alanlar var

Sahib Məmmədov: Ötən il həyata keçirilən antiterror tədbirləri Qarabağ dastanının qızıl səhifəsidir ŞƏRH

Sentyabrın 18-i Milli Musiqi Günüdür

Paytaxtın bir sıra yollarında sıxlıq müşahidə olunur

Vinçenzo Aquaro: Azərbaycan rəqəmsal inkişaf sahəsində mükəmməl iş görən ölkələrdəndir

Şimali Koreya bir neçə qısamənzilli ballistik raket buraxıb

Monteneqro məişət tullantıları ən pis idarə olunan ölkələrdəndir

Britaniya miqrant qayıqlarını Fransaya qaytarmayacaq

Alimlərdən möcüzəvi kəşf: Artıq pəhriz saxlamadan arıqlamaq mümkündür

“Brexit” qaydaları Böyük Britaniya biznesinə təsir edib

İlin ikinci Ay tutulması başlayıb

Araşdırma: Həftə sonlarında əlavə yuxu alan insanlarda ürək xəstəliyi riski azalır

Berlində əyləncə gəmisində baş verən insident nəticəsində 30 nəfər yaralanıb

Alimlər Alzheimer xəstəliyinin erkən əlamətini aşkarlayıblar

Harris ikinci sui-qəsd cəhdindən sonra Trampa zəng edib

Çempionlar Liqası: “Bavariya” 9 qolla qalib gəlib, “Milan” “Liverpul”a məğlub olub

Sorğu: Makron fransız siyasətçilərinin populyarlıq reytinqində 50 nəfər arasında 44-cü yerdədir

Şəhid Ülvi Bünyadzadəyə həsr olunmuş “Mən qorxmuram uzaq yola çıxmaqdan” kitabı çapdan çıxıb

Tokayev: Mərkəzi Asiya texnologiya transferi və istehsal üçün cəlbedici mərkəzdir

Səfir Lətif Qəndilov: Dünya ümidlərini COP29-un Bakıda keçiriləcək qərarlarına bağlayır

Belarusdakı diaspor üzvləri təltif ediliblər

NBA çempionu olmuş basketbolçunun oğlu yenidən Azərbaycan klubunda

Stefan Dujarrik: BMT-nin Baş katibi COP29-un çox uğurlu olacağına inanır

Azərbaycan Badminton Federasiyası ilə Tailand Badminton Assosiasiyası arasında memorandum imzalanıb

Səyyah: Azərbaycanın milli mətbəxini bəyənirəm

Hövsandan metronun “28 May” stansiyası istiqamətində yeni ekspres marşrutu fəaliyyətə başlayır

Dünyaşöhrətli səyyah: Bəxtimiz gətirdi ki, hava möhtəşəm idi

Vitse-prezident: Tarixi anlara şahidlik etmək qürurverici hissdir

Azərbaycan cinayət məsuliyyətinə cəlb olunan üç Türkiyə vətəndaşını qarşı tərəfə təhvil verib

Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail olub

Çempionlar Liqası: “Sabah” İsveç klubuna uduzub

Bakıda Azərbaycan-İraq biznes forumu keçirilib

Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli strateji əməkdaşlıq məsələləri müzakirə olunub

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

İşçi qrupun iclasında Vahid Məhkəmə Portalı üzrə yaradılmış yeni funksional imkanlar təqdim olunub

XİN: USAID rəsmilərinin Azərbaycan əleyhinə səsləndirdikləri iddialar separatizmin təşviqindən başqa bir şey deyil

Rumıniya parlamentində yanğın törədilib, 300-dən çox insan təxliyə olunub

USAID-in Ermənistana yardımını artırması: diasporun 24 il əvvəl başlatdığı “Samanta Pauer” layihəsi - Araşdırma

Milli Teatrda iki yeni tamaşa hazırlanacaq

İranın Livandakı səfiri peycerin partlaması nəticəsində yaralanıb

Azərbaycan və İraq qarşılıqlı investisiyaların və işbirliyinin təşviqi imkanlarını dəyərləndirib

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

“Struma səhnələri” festivalında Azərbaycan uşaqlarının rəsmləri nümayiş olunub

Heydər Əliyev Fondu tərəfindən Saatlı rayonunda inşa edilən yeni məktəb binası istifadəyə verilib

Dünyaşöhrətli səyyahlar ilk dəfə Xəzər dənizini üzərək keçiblər

Britaniyanın xarici işlər naziri: İqlim dəyişikliyi terrordan daha fundamental təhlükədir

"COP29-la bağlı beynəlxalq təşəbbüslər" qrant müsabiqəsinin nəticələri elan olunub

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

® “Unibankın” “Əjdaha” lotereyasının ikinci tirajının qalibləri kimlər olacaq?

Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edir

“Lokomotiv və vaqonlar” tamaşası Kukla Teatrının səhnəsində

Bəstəkarlar İttifaqı Musiqi Günü münasibətilə silsilə təbdirlər keçirəcək

Gürcüstan parlamenti “Amnistiya haqqında” qanun layihəsini qəbul edib

Skripka ifaçısı: Azərbaycanı layiqincə təmsil etmək mənim üçün qürurvericidir

Mario Draqi: Avropa azadlığını itirmək riski daşıyır

Dünyanın ən yaxşı qadın futbolçuları bəlli olub

® “Birbank Star” kartı ilə faizsiz və komissiyasız yeni dövr başlayır

Pompidu Mərkəzi sürrealizmin 100 illiyi şərəfinə “Sürrealizm” adlı sərgisini təqdim edir

Naxçıvanda STEAM Təlim-Tədris Mərkəzinə şagird qəbulu başlayır

® FCHAIN-in baş direktorunun müavini Şuşada keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib

Suverenliyinin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın növbəti hədəfi  ŞƏRH

BDU ilə “Quacquarelli Symonds” reytinq təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bu ilin 8 ayında 45,6 min qadın məşğulluq tədbirlərinə cəlb olunub

Türklərin yaşamadığı “Türkiyə”

Çinli mütəxəssis: Rəsmi Bakının iqtisadiyyatını şaxələndirmək istəyi BRICS-in baxışı ilə üst-üstə düşür - MÜSAHİBƏ

Braziliya və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Naxçıvan şəhərinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Ali Məhkəmənin Elmi-məsləhət şurasının iclasında ad-hoc üzv kimi iştirak etmək istəyən hüquqşünaslara müraciət olunub

Oman mətbuatı Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumundan yazıb

ATU ilə "IST Services" arasında müqavilə imzalanıb

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib

CBC-nin Urmiya gölünə həsr olunan filmi Xorvatiyada nümayiş etdiriləcək

Musiqili Teatr dörd aylıq repertuar planını açıqlayıb