Hikmət Hacıyev: Azərbaycan ilə İordaniya arasında bütün səviyyələrdə və sahələrdə dərin münasibətlər mövcuddur

Qahirə, 12 iyun, AZƏRTAC
Azərbaycan ilə İordaniya arasındakı münasibətlər bütün səviyyələrdə və sahələrdə güclü və dərindir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İordaniyanın PETRA xəbər agentliyinə müsahibəsində bildirib.
Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevlə İordaniya Kralı II Abdullah arasında yaxın və davamlı qarşılıqlı əlaqələri ikitərəfli əməkdaşlığın əsas təməli kimi qiymətləndirib.
Prezidentin köməkçisi, həmçinin ötən il Krallığın Vəliəhd Şahzadəsi II Əl-Hüseyn bin Abdullahın Bakıya səfərini və COP29 çərçivəsində dövlətimizin başçısı ilə görüşünün əhəmiyyətini vurğulayıb. O, görüşdə aparılan müzakirələri ikitərəfli əməkdaşlığın irəli aparılması üçün məhsuldar və mühüm addım kimi dəyərləndirib.
H.Hacıyev qeyd edib ki, hər iki ölkə beynəlxalq platformalarda sıx koordinasiyanı davam etdirir və qarşılıqlı maraq doğuran məsələlərdə, o cümlədən Fələstin məsələsində ortaq mövqe sərgiləyir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.07.2025 [17:35]
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
- 15.07.2025 [17:25]
Niderland səfirinin Azərbaycandakı fəaliyyəti başa çatır
- 15.07.2025 [15:01]
Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb
- 15.07.2025 [14:09]