Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Hacıyev: Azərbaycan Səudiyyə Ərəbistanı şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesində fəal iştirakını gözləyir

Hikmət Hacıyev: Azərbaycan Səudiyyə Ərəbistanı şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesində fəal iştirakını gözləyir

Bakı, 2 avqust, AZƏRTAC

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında ənənəvi dostluq və tarixi əlaqələr mövcuddur. Ölkələrimiz arasında uzunmüddətli tərəfdaşlıq əlaqələrinin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri və İki Müqəddəs Ocağın Xadimi mərhum Kral Fəhd bin Əbdüləziz ilə görüşü zamanı qoyulub. 2015-ci ildə Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfəri, eləcə də 2017-ci ildə Ərəb-İslam-Amerika Sammitində iştirak etmək üçün Ər-Riyada işçi səfəri bu əlaqələrin möhkəmlənməsinə gətirib çıxarıb. Hazırda iki ölkə arasında əlaqələr dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətləri olaraq qeyd edilə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının “Əş-Şarg əl-Avsat” qəzetinə müsahibəsində bildirib.

Prezidentin köməkçisi Azərbaycan xalqının Səudiyyə Ərəbistanı Krallığının Ermənistanın ölkəmizə hərbi təcavüzünü pisləməsini və işğalçı dövlətlə diplomatik əlaqələr qurmamasını heç vaxt unutmadığını və bunu yüksək qiymətləndirdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Səudiyyə Ərəbistanının ədalətə söykənən, Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, İslam həmrəyliyinə əsaslanan mövqeyi bütün dünyaya nümunədir. 1990-cı illərdə Ermənistanın torpaqlarımızı işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı törətməsi nəticəsində bir milyondan çox azərbaycanlı doğma yurdundan didərgin salınaraq məcburi köçkünə çevrilib. Məhz həmin dövrdə qardaş Səudiyyə Ərəbistanının Azərbaycana dəstəyi heç vaxt unudulmur.

Bu gün əlaqələrimizin uğurla inkişaf etdiyini, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq həyata keçirdiyini və bir-birini fəal dəstəklədiyini diqqətə çatdıran Prezidentin köməkçisi bildirib: “Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası dövlətləri və Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafında Səudiyyə Ərəbistanının rolunu yüksək qiymətləndiririk. Eyni zamanda, biz Səudiyyə Ərəbistanının “Ekspo-2030” sərgisinə ev sahibliyi etməsini dəstəkləyir və Krallığa bu mötəbər tədbiri uğurla təşkil etməsini arzulayırıq. Səudiyyə Ərəbistanının regionda və dünyada sülhün və təhlükəsizliyin qorunmasında göstərdiyi cəhdləri yüksək qiymətləndiririk. Azərbaycan Səudiyyə Ərəbistanına qarşı PUA-larla və ballistik raketlərlə edilən hücumları pisləyib və bunu qəbuledilməz hesab edir”.

İkitərəfli əlaqələrimizdə turizmin vacib yer tutduğunu vurğulayan H.Hacıyev birbaşa aviareyslərin sayının artırıldığını, ötən il 100 minə yaxın Səudiyyə Ərəbistanı vətəndaşının Azərbaycana səfər etdiyini, bu dinamikanın bu il artdığını qeyd edib. Azərbaycanın Səudiyyə Ərəbistanı ilə iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində investisiyaların artırılmasında maraqlı olduğu, bu ölkənin şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesində fəal iştirakını gözlədiyi bildirilib.

Müsahibədə Körfəz ölkələri ilə Azərbaycan arasında institusional əməkdaşlığın qurulmasının önəmi, eləcə də qlobal və regional təhlükəsizlik məsələlərinin müzakirəsi üçün təhlükəsizlik dialoqunun aparılmasının mümkünlüyü vurğulanıb. Həmçinin iqtisadi-ticari və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub, Azərbaycanın Körfəz ölkələrindən turistlərin cəlb edilməsində maraqlı olduğu bildirilib. Qeyd edilib ki, viza prosedurunun sadələşdirilməsi Körfəz ölkələrindən gələn turistlərin sayının artmasına gətirib çıxarıb. Bununla yanaşı, ticarət dövriyyəsinin həcminin artırılması baxımından investisiya və biznes sektorunda əlaqələrin gücləndirilməsinin, Körfəz sərmayəsinin Azərbaycana, xüsusən də azad edilmiş ərazilərin yenidən qurulması prosesinə cəlb olunmasının önəmi vurğulanıb.

Prezidentin köməkçisi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh danışıqları barədə də sualları cavablandırıb. Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər qazanan Azərbaycanın otuz illik işğala son qoyaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirdiyi bildirilib. Qeyd olunub ki, müharibədən qısa müddət sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipi təqdim edib. Lakin Ermənistan öz öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrinin qalıqlarını torpaqlarımızdan hələ də tam çıxarmayıb, əksinə, Laçın yolundan hərbi məqsədlər üçün istifadə edib. Bundan başqa, Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalı altındadır. Ermənistan ölkəmizə qarşı ərazi iddialarını başqa ad altında davam etdirir. Yerevan absurd iddialar irəli sürməklə sülh müqaviləsi üzrə danışıqlara əngəllər yaradır.

Bildirilib ki, Azərbaycan öz sərhədlərinə nəzarət etmək və Ermənistanın qanunsuz fəaliyyətinin qarşısını almaq üçün suveren ərazisində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi yaradıb. Ermənistanın regionda humanitar vəziyyətin guya gərgin olması ilə bağlı əsassız iddialar yaymasının məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etmək, gərginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini pozmaqdır.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində heç bir humanitar böhran yaşanmır. Ermənistanın Azərbaycanın bir sıra təkliflərinə, o cümlədən erməni əhalinin ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadə təklifinə qarşı çıxması bir daha göstərir ki, humanitar vəziyyətlə bağlı Yerevanın iddiaları siyasi şantaj və manipulyasiya məqsədi daşıyır. Ermənistanın qondarma “humanitar yüklərlə” bağlı son hərəkətləri siyasi şoudan başqa bir şey deyil.

Həmçinin 1990-cı illərin əvvəllərində bir çox azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsinə görə məsuliyyət daşıyan hərbi cinayətkar Vaqif Xaçaturyanın Qarabağdan qaçmaq istəyərkən “Laçın” sərhəd-keçid məntəqəsində saxlanıldığı qeyd edilib, erməni tərəfinin onunla bağlı iddialarının əsassız olduğu vurğulanıb. Bildirilib ki, son günlər baş vermiş bütün təxribatlara görə məsuliyyət Azərbaycanda qeyri-qanuni hərbi mövcudluğunu davam etdirən, separatizmi təşviq edən və reinteqrasiya səylərinə mane olan Ermənistan və onun rəhbərliyinin üzərinə düşür. Bütün anti-Azərbaycan bəyanatlar Azərbaycan rəhbərliyinin iradəsinə qətiyyən təsir göstərməyəcək. Qarabağ bölgəsində yaşayan erməni əhalinin hüquqlarına ölkə konstitusiyası əsasında təminat verən Azərbaycan suverenliyinə və ərazi bütövlüyünə qarşı hər hansı addımın qarşısını qətiyyətlə alacaq.

Prezidentin köməkçisi müsahibədə Qərbi Azərbaycan icmasının hüquqlarının bərpası məsələsinə də toxunub. Bildirib ki, Qərbi Azərbaycan icmasının Ermənistanda öz yurdlarına qayıtmaq hüququ var, çünki bu icma 1980-ci illərin sonlarında Ermənistandan qovulub. Ermənistanın ozamankı demoqrafik vəziyyətinə baxdıqda, müsəlmanların, xüsusilə də azərbaycanlıların geniş coğrafi regionda məskunlaşdıqlarını və oranın yerli icması olduğunu görmək olar. Lakin bugünkü Ermənistan monoetnik cəmiyyətdir. Buna görə də Qərbi Azərbaycan İcmasının öz vətəninə qayıtmaq hüququ var. Təəssüf ki, Ermənistan bu icmanın hüquqlarını tam şəkildə pozur.

Müsahibədə Azərbaycan-İran münasibətlərindən də söz açan H.Hacıyev ölkəmizin qonşuları ilə münasibətlərini ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq prinsipləri əsasında qurduğunu xatırladıb. Bildirib ki, Azərbaycan ilə İran arasında tarixi qonşuluq əlaqələri var. Lakin Azərbaycanın İrandakı səfirliyinə edilmiş son hücum və nəticədə səfirliyin əməkdaşının qətlə yetirilməsi ikitərəfli əlaqələrdə gərginlik və anlaşılmazlıq yaradıb. Hazırda diplomatik kanallar vasitəsilə əlaqələr var, İranın rəsmi şəxslərinin Azərbaycana müvafiq səfərləri həyata keçirilir. Bu gərginlik və anlaşılmazlıqların aradan qaldırılması üçün xarici işlər nazirləri səviyyəsində dialoq davam edir. Azərbaycan İrandakı səfirliyimizə hücum edən terrorçunun və onun arxasında duran qüvvələrin İran qanunlarına uyğun olaraq cəzalandırılacağını gözləyir. Azərbaycan hər zaman dialoq və diplomatiyanı dəstəkləyir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NASA-nın 9 ay kosmosda qalan 2 astronavtı yerə qayıdıb

İsveçin iqlim naziri İqlim Siyasəti Şurasının iclasında iştirak etməkdən imtina edib

Kosmosda uzun müddət qalmaq orqanizmə necə təsir edir?

Laşa Darsaliya: Gürcü xalqı dost və qardaş Azərbaycan xalqı ilə daim birlikdədir

UNESCO-nun mənzil-qərargahında 12 ölkənin təşkilatçılığı ilə Novruz bayramı qeyd edilib

Lənkəranda bıçaqlanan 41 yaşlı qadın ölüb

Şuşada əyləncəli bayram tədbiri keçirilib

Tbilisidə İlaxır çərşənbəsi təntənə ilə qeyd olunub

Ukrayna Prezidentindən Tramp-Putin razılaşmasına ilk reaksiya

İğdır şəhər Xalq Kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib

Tramp: Putinlə telefon danışığım çox yaxşı və məhsuldar keçdi

Şəkidə 4 otaqlı ev yanıb, qonşu mənzillər mühafizə olunub

Baharın gəlişi Qəbələdə bayram əhvali-ruhiyyəsi ilə qeyd olunub

Ağdərə və Xocalıda İlaxır çərşənbə sevinclə qarşılanıb VİDEO

Xankəndidə Novruz tonqalı alovlandırılıb

Ağalı kəndində İlaxır çərşənbəsi sevinci

Trampla Putin münaqişənin başa çatması barədə razılığa gəliblər

Qarabağ Universitetində İlaxır çərşənbə və Novruz bayramı ilə bağlı konsert proqramı təşkil edilib

Qala Qoruğunda “Bahar Sədası” Novruz şənliyi təşkil edilib

Maliyyə Nazirliyində kollegiya iclası keçirilib

Dəniz Zəfərinin 110-cu ildönümü münasibətilə Çanaqqalada azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb VİDEO

Şəkidə yanğının söndürülməsinə xeyli canlı qüvvə cəlb olunub

Trampla Putin arasında telefon danışığı olub

İstanbul Universiteti Əkrəm İmamoğlunun diplomunun geri alınmasına qərar verib

Ordubad şəhərindəki Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub VİDEO

Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb

Prezident: Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər

Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi Bakıda iftar süfrəsi təşkil edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar YENİLƏNİB VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət edib

Qubada Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqu ilə tanışlıq

Qubada Dağ Yəhudiləri Muzeyini ziyarət

Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib

“Europol”: Qərbi Balkan regionu Avropada qanunsuz silahların əsas mənbəyidir

Laçında Torpaq çərşənbəsinin tonqalı qalanıb VİDEO

Ağdamlılar baharın gəlişini sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar

Milli Məclisdə 14 məsələ müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda Bahar festivalı keçirilir

Tacikistan və Çin zərərvericilərlə mübarizə aparmaq üçün Mərakeş çəyirtkəsini öyrənir

Tərtərdə keçirilən Novruz şənliyində xalqımızın qədim adət-ənənələri nümayiş olunub

Yeni ali təhsil proqramları ilə əlaqədar Təbiət ixtisasları üzrə işçi qrupunun BDU-da növbəti iclası olub

Gəncədə Çanaqqala Zəfərinin 110-cu ildönümü qeyd edilib

Göyçayda ev yanıb VİDEO

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

KOSMİK Akademiyanın rəhbəri: Qardaş Türkiyə ilə əməkdaşlıqda kosmik sahəni də önə çəkmək vacibdir

Abşeron rayonunda Novruz şənliyi keçirilib

bp-nin Azərbaycanda icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti müzakirə olunub

“ExxonMobil” şirkəti ilə Xəzər dənizinin külək enerjisi potensialı müzakirə olunub

Bosniya və Herseqovina ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib

8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb

Ağdərə rayonunun Suqovuşan kəndində məscid istifadəyə verilib YENİLƏNİB VİDEO

Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini dinləyib

FHN-in Aran Regional Mərkəzi ağacəkmə aksiyası keçirib

"Barselona"nın yarımmüdafiəçisi mövsümün sonuna qədər oynamayacaq

Ruben Vardanyanın məhkəməsində on nəfərdən çox zərərçəkmiş şəxs ifadə verib VİDEO

bp şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

İctimai iaşə müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 12 fevral və 14 fevral tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib

Ağstafa və Daşkəsəndə Novruzun gəlişi təntənə ilə qeyd olunur

Mixail Kavelaşvili: Gürcüstan Orta Dəhlizin inkişafına, təhlükəsizliyinə və səmərəli fəaliyyətinə töhfə verməyə hazırdır

Sosial xidmət müəssisəsində Novruz şənliyi keçirilib

Qəbələdə keçirilən əmək yarmarkasına 10 müəssisədən 140 vakansiya təqdim edilib

Azərbaycanlı məktəblilər STEAM bacarıqlarını Türkiyə Kosmik Düşərgəsində inkişaf etdirirlər

ANAMA-da Bosniya və Herseqovinanın nümayəndə heyəti ilə görüş keçirilib

Səkkiz avtobus marşrutunun hərəkət sxemi bərpa olunub

Kennedi ilə bağlı 80 min səhifəlik sənədlər bu gün dərc ediləcək

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Balakəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırır

Qazaxıstanda uşaq mərkəzində infeksiya: 10 şagird xəstəxanaya yerləşdirilib

Elza Səmədova: Azərbaycanlı gənclər üçün uzunmüddətli staj proqramlarının təşkil olunmasına çalışırıq

Bizi birləşdirən Novruz - beynəlxalq konfrans

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Dənizkənarı Milli Parkda “Battle 4 LastCharshanba” festivalı keçirilib

İdris Hüseynov: Novruz xalqımızın dünya mədəniyyətinə misilsiz töhfələrindəndir

Müəllimlərin attestasiyasının keçirildiyi Bakı Xoreoqrafiya Akademiyasına infotur təşkil olunub

Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar

Böyük Britaniyada audiokitabların dinlənilməsi məktəb proqramına daxil edilə bilər

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşını təltif edib

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycanın 2025-ci il üçün “İdman səfirləri” bəlli olub

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Baş direktor: Azərbaycanın günəş və külək enerjisinin inkişafı üçün gözəl imkanları var - MÜSAHİBƏ

UEFA Millətlər Liqası: Türkiyə - Macarıstan oyununun hakimləri açıqlanıb

AzMİU Böyük Britaniya universiteti ilə əməkdaşlığını gücləndirdi – 2 yeni ikili diplom müqaviləsi imzalandı

Bayram süfrəsində necə qidalanmalı? – ekspertdən vacib tövsiyələr

"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum öz işini yekunlaşdırıb VİDEO

Tovuzun şəhər meydanında Novruz tonqalı alovlandırılıb VİDEO

Çilidə dünyanın ən böyük rəqəmsal kamerası quraşdırılıb

“Wizz Air Abu Dhabi” aviaşirkəti Əbu-Dabidən Qəbələyə birbaşa uçuşlara başlayır

DİM-in İdarə Heyətinin sədri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Ədəbiyyat İnstitutunun qarşısında duran vəzifələr müzakirə edilib

® “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə “Birbank” da qoşulub