Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Hacıyev: Regionda sülhə və təhlükəsizliyə töhfə vermək istəyən hər kəs Ermənistan-Azərbaycan sülh danışıqlarına ciddi dəstək verməlidir

Hikmət Hacıyev: Regionda sülhə və təhlükəsizliyə töhfə vermək istəyən hər kəs Ermənistan-Azərbaycan sülh danışıqlarına ciddi dəstək verməlidir

Bakı, 6 sentyabr, AZƏRTAC

Regionda sülhə və təhlükəsizliyə töhfə vermək istəyən hər kəs Ermənistan-Azərbaycan sülh danışıqlarına ciddi dəstək verməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının “Arabnews” qəzetinə müsahibəsində bildirib.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalinin guya humanitar fəlakətlə üzləşməsi barədə iddiaların əsassız olduğunu vurğulayan Prezidentin köməkçisi deyib: “Bunlar Azərbaycana qarşı əsassız iddialardır. Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri üçün hər hansı məhdudiyyət və blokada yoxdur. Azərbaycan bir neçə yolun olmasını təklif edib. Mühüm yollardan biri də Ağdam-Xankəndi yoludur. Bu, daha səmərəlidir və Qarabağ regionu ilə əlaqə saxlamaq üçün daha böyük logistik imkanlara malikdir, çünki Azərbaycan onu tamamilə yenidən qurub. Hazırda Laçın-Xankəndi yolu işlək vəziyyətdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti yükləri bu yolla aparır”.

Ağdam-Xankəndi yolunun açılmasının inteqrasiyanı təmin edəcəyini və bununla da Azərbaycanın Xankəndi və Qarabağ erməniləri ilə birbaşa əlaqəsinin olacağını, ermənilərin də Azərbaycanın digər bölgələrinə getmək üçün ölkəmizin əsas yol sistemindən istifadə etmək şansı qazanacaqlarını diqqətə çatdıran Hikmət Hacıyev bildirib: “Təəssüf ki, Azərbaycanın həmin ərazilərindəki erməni marionet rejiminin başında duran şəxslər dünyada yalan təbliğat və dezinformasiya aparmaqla humanitar vəziyyətdən öz mənafeləri - Azərbaycanın suverenliyini qəbul etməyən separatçı qurumun varlığını uzatmaq üçün istifadə edirlər. Bu, həmişə onların mövcudiyyət səbəbi olub. Biz onları dialoqa dəvət etdik. Amma onlar dialoqa yox deyirlər. Bu, dağıdıcı münasibətdir. Onlar, həmçinin Azərbaycandan gələn ərzaq məhsullarını qəbul etmirlər. Bu, irqçilikdir. Qida məhsulunu mənşəyinə görə qəbul etməyəcəklərini bildiriblər”.

Prezidentin köməkçisi üçtərəfli Bəyanatın imzalanmasından sonrakı müddətdə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə hərbi sursat, canlı qüvvə və minaların daşınması üçün Laçın yolundan istifadə etdiyini xatırladaraq, Azərbaycan hökumətinin bunun qarşısını almaq üçün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsini yaratmağa məcbur olduğunu vurğulayıb: “Azərbaycan suveren ərazilərində daha bir boz zonanın olmasına imkan verə bilməz. Mənim sualım belədir: niyə qanunsuz Ermənistan rejimi bu ikinci yolun açılmasına müqavimət göstərir? Onlar hələ də beynəlxalq ictimaiyyətin baxışını manipulyasiya edirlər. Yol sivilizasiyadır. Yol mədəniyyətdir. Yola yox deməyin irqçilik elementi var. Bu, dağıdıcı siyasətdir. İşğal vaxtı keçmişdə qalıb”.

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun qərəzli rəyi ilə bağlı suala cavabda Hikmət Hacıyev bildirib ki, Okampo öz rəyində Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı və törətdiyi hərbi cinayətlər, ölkəmizin 8 şəhərinin tamamilə dağıdılması, Xocalı soyqırımına toxunmur.

Bildirilib ki, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya əsasən, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı çox ciddi məsələ qaldırdı. Ermənistanda “azərbaycanlı” və ya “türk” sözləri təhqir kimi işlədilir. Bu, erməni cəmiyyətindəki əsas düşüncə haqqında çox şey deyir. Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın mədəni, dini və hətta bəşəri irsinin bütün nümunələrini məhv edib. Ona görə də bəzi beynəlxalq media orqanlarının Ermənistanın siyasi təbliğatının tələsinə düşməsi təəssüf doğurur.

Sülh müqaviləsi üzrə proses barədə məlumat verən Prezidentin köməkçisi bildirib: “Azərbaycan həqiqətən sülh müqaviləsi imzalamaq, regionda qarşıdurma və şiddət səhifəsini çevirmək istəyir. Biz sülh içində yaşamaq istəyirik. Amma top Ermənistan meydançasındadır. Bu reallığı nə qədər tez başa düşsələr, hamı üçün bir o qədər yaxşı olar. Ermənistanın Azərbaycana qarşı çirkin təbliğatı bizi Vaşinqtonun təqdim etdiyi və çox yüksək qiymətləndirdiyimiz platformada sülh müqaviləsi üzrə danışıqlar yolundan çıxardı. Biz çox mühüm irəliləyiş əldə etmişdik. Sənədin demək olar ki, 70 faizi təmizlənmişdi, müəyyən mənada razılaşmışdıq. Sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz regionunun mənzərəsini tamamilə dəyişəcək. Ermənistanın baş naziri bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə Ermənistan silahlı qüvvələrini hələ də bizim ərazimizdə saxlayır. Ermənistan hələ də ərazimizdəki qanunsuz rejimi maliyyələşdirir”.

Cənubi Qafqaz regionunda böyük güclər arasında geosiyasi rəqabətin elementlərinin göründüyünü vurğulayan Hikmət Hacıyev bu barədə qeyd edib: “Böyük güclərə mesajımız budur: daxili siyasi gündəminizi bizim regiona ixrac etməyin. Biz, həmçinin görürük ki, Ermənistan regionumuzda başqa bir Suriyaya çevrilir, çünki o, böyük dövlətlərin geosiyasi maraqlarına görə onların arasında bölüşdürülür. Oradakı Avropa İttifaqının missiyası fəaliyyət göstərir. Bizə dedilər ki, bu, qısamüddətli mülki missiyadır, ancaq uzunmüddətli oldu. Onun hərbi personalı var. Diplomatik avantürizm və təbliğat əvəzinə, regionda sülhə və təhlükəsizliyə töhfə vermək istəyən hər kəs Ermənistan-Azərbaycan sülh danışıqlarına ciddi dəstək verməlidir”.

Bu baxımdan müxtəlif platformaların olduğunu vurğulayan Prezidentin köməkçisi qeyd edib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən dəstəklənən Brüssel prosesi çox yüksək qiymətləndirilir. Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların mühüm elementləri həmin platformada formalaşıb. Hikmət Hacıyev ABŞ hökumətini, xüsusən də dövlət katibi Antoni Blinkenin sülh müqaviləsi müzakirələrində şəxsi iştirakını yüksək qiymətləndirib, Rusiyanın da regionun bir hissəsi və həm Ermənistan, həm də Azərbaycan ilə tarixi əlaqələri olan ölkə kimi prosesə töhfə verdiyini bildirib.

Barışığın münaqişədən sonrakı vəziyyətin ən çətin hissələrindən biri olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi qeyd edib: “Azərbaycanda yüz minlərlə ailə yaxınlarını itirib, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Təsəvvür edin, insanlar öz evlərinə qayıdıb onların tam xarabalığa çevrildiyini görürlər. Bu, asan deyil və onlar cavab axtarırlar. Cavab yoxdur, çünki Ermənistan tərəfdən heç kimin “Bizi bağışlayın, bütün səhvlərimizə görə üzr istəyirik” deməyə cəsarəti çatmayıb. Ermənistanda Azərbaycana qarşı bədnam əməllər törədən şəxslərə qarşı bir dənə də olsun cinayət işi açılmayıb. İnsanlara ədalətin gətirilməsi də müsbət siqnal verə bilər. Hesab edirəm ki, barışıq mümkündür, amma bu, əlbəttə ki, vaxt aparacaq. Ermənistan tərəfdən çox şey asılıdır. Mən Ermənistandakı bütün məktəb kitablarını və dərsliklərini də diqqətlə öyrənmişəm. Hər şey qonşularına qarşı nifrət, nifrət və nifrətdir və bu, ermənilərin müstəsna üstünlüyüdür. Bu irqçi düşüncə tərzi hələ də erməni ədəbiyyatında, mediasında və digər sahələrdə dominantdır... Ermənistanın baş naziri erməni xalqı və Ermənistan hökuməti adından “Məni bağışlayın?” deməyə hazırdırmı? Düşünürəm ki, bu, çox şeyi dəyişə bilər. Ermənistan 4000 azərbaycanlının kütləvi məzarlığı ilə bağlı məlumat verməkdən niyə imtina edir? Qaçqın çadırlarında böyüyən bir milyon azərbaycanlının həyatından qoparılan 30 ilin əvəzini kim ödəyəcək?”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kaxa Kaladze: USAID və NED Gürcüstanı alt-üst etmək istəyirdilər

Qriqori Karasin: Ər-Riyadda Rusiya ilə ABŞ arasındakı dialoq çətin, lakin faydalı oldu

Fransada şəhər şurası Baş naziri istefaya çağırıb

® "AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir!

Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Aleksandr Lukaşenko Belarus Prezidenti vəzifəsinin icrasına başlayıb

Azərbaycanın U-21 yığması Türkiyədə Şimali Makedoniya ilə qarşılaşacaq

İstanbulda daha bir bələdiyyə sədri şübhəli qismində ifadə verəcək

BMT-nin Cenevrə ofisində Qarabağ müharibələrinin qurbanına çevrilmiş azərbaycanlı uşaqların hüquqlarından danışılacaq

Azərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniyanın Baş nazirinə müraciət ünvanlayıblar

Bu gün Belarus Prezidentinin andiçmə mərasimi keçiriləcək

Sabah paytaxtda 15, bəzi bölgələrdə isə 18 dərəcə isti olacaq

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Moskvada təntənəli iftar mərasimi təşkil edib

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ağacəkmə aksiyası təşkil olunub

Azərbaycan millisi bu gün Belarusla yoldaşlıq görüşü keçirəcək

Aleksandr Lukaşenko: Belarusla Azərbaycan arasındakı xoşniyyətli münasibətlər ikitərəfli əlaqələrin bundan sonra da genişlənməsinə kömək edəcək

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Dünya birjalarında neftin qiyməti enib

Dünya bazarında Azərbaycan nefti bahalaşıb

Qanunsuz saxlanılan odlu silah-sursatın götürülməsi istiqamətində tədbirlər davam etdirilir

Elm Günü AMEA-nın 80 illik yubileyi ərəfəsində: Keçmişdən bu günə

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Baş prokuror Kamran Əliyev Vyetnamda bir sıra görüşlər keçirib VİDEO

Aviaşirkətlər Hitrou hava limanını məhkəməyə verə bilər

Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür

Yeni Zelandiyada güclü zəlzələ baş verib

Fransada dəmiryolçular tətilə hazırlaşırlar

Gəncə paxlavası: Tarixi qoruyub saxlayan dad

Əbu-Dabi AIM İnvestisiya Sammitinə ev sahibliyi edəcək

Hamburqda Novruz şənliyi təşkil olunub

Bioloqlar iştahı idarə edən qədim neyrohormon aşkarlayıblar - ARAŞDIRMA

Agentlik: Dünyada elektrik enerjisindən istifadə rekord həddə çatıb

Depressiya diaqnozlarının yarısı müalicəyə davamlıdır - ARAŞDIRMA

11 yaşlı Aylin Boston və Sinqapurda keçiriləcək olimpiadalara hazırlaşır

Serbiyada dəmiryolu vağzalındakı qəzada ölənlərin sayı 16-ya çatıb

Bakıda qəza nəticəsində svetofor yararsız vəziyyətə düşüb

Tramp: Ukrayna ilə faydalı qazıntılar üzrə saziş tezliklə imzalanacaq

BMT-də Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb

Ər-Riyadda Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi müzakirə olunub

® Şuşada müqəddəs Ramazan günlərində iftar çadırları qurulub

Ərdoğan: Novruzun Türkiyədə rəsmi bayram elan edilməsini dəstəkləyirik

Antarktidada dənizin dərinliklərində inkişaf edən ekosistem kəşf olunub

ABŞ Venesueladan neft və ya qaz alan ölkələrə 25 faiz rüsum tətbiq edəcək

Qazaxda 31 yaşlı kişi itkin düşüb

Maka Boçorişvili: Gürcüstan müxtəlif ölkələrin iştirakı ilə Orta Dəhlizin inkişafına mühüm diqqət yetirir

Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olunub

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib

Azərbaycan Karate Federasiyası Dünya Karate Federasiyasına rəsmi üzv qəbul edilib

Fernandu Santuş: Belarusla oyunda bir neçə futbolçuya istirahət verəcəyik

Kiyevdə “Novruz” Multikultural Sənət Festivalının açılışı olub

Qazaxıstan FHN əməkdaşları Astanada baş vermiş yanğından 60-a yaxın insanı təxliyə ediblər

Rusiyada Su-25 təyyarəsi qəzaya uğrayıb

D-8: Azərbaycanın D-8-ə üzv kimi qoşulması təşkilat üçün mühüm hadisədir

Türkiyədə keçirilən qanunsuz aksiyalar zamanı 123 polis əməkdaşı yaralanıb

Baş prokuror Vyetnamda işgüzar səfərdədir VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ

İngiltərədə ilk dəfə qoyunda quş qripi aşkarlanıb

Türkiyənin xarici işlər naziri sabah ABŞ-a gedəcək

Nant şəhərindəki “Qarabağ” məktəbində Novruz bayramı qeyd edilib

Hərbi Prokurorluq işçiləri Novruz bayramı və hüquqi maarifləndirmə ilə əlaqədar hərbi hissələrdə olublar

Eritreyada saxlanılan Azərbaycan vətəndaşları buraxılaraq ölkəmizə gətirilib VİDEO

Azərbaycanda 2024-cü ildə turizmdə 30 faiz artım əldə edilib

Şamaxıya qar yağıb, temperatur 15-20 dərəcə aşağı düşüb VİDEO

Əlcəzair parlamenti “Fransız müstəmləkəçiliyinin kriminallaşdırılması”na dair qanun layihəsi hazırlayır

Masallıda silsilə oğurluqlar edən şəxs saxlanılıb VİDEO

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlığı davam etdirir

Polis Xətai və Yasamal rayonlarında silsilə oğurluq edən şəxsləri saxlayıb

® 1-ci Milli Maliyyə Əlçatanlığı Forumunda 300-dən çox sahibkar və şirkət rəhbəri iştirak edib

Rusiyada “Qarınqulu ayı balası” tamaşasının premyerası keçirilib

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

Gənclər Kitabxanasında bəstəkar Əşrəf Abbasovun 105 illik yubileyi münasibətlə virtual kitab sərgisi hazırlanıb

Ödənişi gecikdirilmiş 40 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Paytaxt sakini Zaqatalada dəm qazından boğularaq ölüb

FHN bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib

SOCAR uyğunluq sahəsində yeni təlim proqramına start verib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd edən şəxslər saxlanılıb VİDEO

DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə II tura start verilir

Yeni göz damcıları görmə itkisini yavaşlada bilər - TƏDQİQAT

Misir XİN: Aİ-dən 4 milyard avro maliyyə yardımı alacağımızı gözləyirik

Media: İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır

Almaniya İnkişaf Bankı Misirin təmiz enerji layihələrinə növbəti maliyyə yardımı ayırır

Rustem Umerov: Ər-Riyada Ukrayna və Amerika nümayəndə heyəti arasında görüş konstruktiv keçib

Yuxunun müddəti, yoxsa keyfiyyəti daha vacibdir?

Gələcək davranışın formalaşmasında yeni kəşflərlə bağlı tədqiqat aparılıb

Londondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Qazaxıstana məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib

ABŞ Yəmənin paytaxtında husilərin silah anbarlarına zərbələr endirib

İsveçrənin paytaxtında Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Netanyahu və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Zelenski: Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü texniki xarakter daşıyır

Gürcüstan millisi Ermənistan komandasını darmadağın edib

Millətlər Liqası: Türkiyə yığması Macarıstana üç cavabsız qolla qalib gəlib

Azərbaycanın veteran futbolçusu vəfat edib

“Sağlamlığa doğru qaç!” adlı layihəyə Hacıqabulda start verilib VİDEO

Sabunçuda narkotiklərlə bağlı əməliyyat: 528 qram heroin və digər maddələr ələ keçirilib

Kanadanın yeni Baş naziri növbədənkənar parlament seçkiləri keçirmək barədə qərar qəbul edib

Ersin Tatar: Azərbaycanın və Türkiyənin dəstəyi Şimali Kiprin sabitliyi və inkişafı üçün vacibdir