Hindistanda vergi qanunvericiliyinə dəyişiklik edilib
Bakı, 30 aprel, AZƏRTAC
Hindistanda qüvvəyə minmiş yeni qanunvericilik normaları mal və xidmət təklif edən sahibkarların qanunvericiliyə riayət etməsini sadələşdirmək məqsədi daşıyır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, dəyişikliklərdən biri də mal tədarükçüləri üçün vergiyə cəlb edilməyən həddin artırılmasıdır. Dəyişiklikdən sonra hazırda malların tədarükçüləri üçün qeydiyyat və əlavə dəyər vergisinin ödənişi üzrə 2 hədd qüvvədədir: 4 milyon rupi və 2 milyon rupi.
Hər bir ştatın bu vergi dərəcələrindən birini müstəqil şəkildə seçmək hüququ var. Xidmət tədarükçülərinin qeydiyyata alınması üçün əvvəlki şərt isə dəyişdirilməyib. Belə ki, standart hədd 2 milyon rupi təşkil edir, xüsusi kateqoriyalı sahibkarlar üçün bu hədd 1 milyon rupidir.
Bundan əlavə, xidmət tədarükçüləri üçün əvvəlki maliyyə ilində 5 milyon rupiyə qədər dövriyyəyə görə 6 faizlik vergi dərəcəsi müəyyənləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]