Hirkan Milli Parkı “Qırmızı kitab”a daxil edilmiş bitki növlərinin sayına görə birinci yerdədir

Bakı, 22 may, AZƏRTAC
Hirkan Milli Parkı “Qırmızı kitab”a daxil edilmiş bitki növlərinin sayına görə ölkəmizdə birinci yeri tutur.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova deyib.
Akademik bildirib ki, Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri ekosistemlərin və nadir növlərin qorunmasında mühüm rol oynayır. Həmin ərazilər arasında bitki müxtəlifliyi və “Qırmızı kitab”a daxil edilmiş növlərin sayına görə müəyyən fərqlər müşahidə olunur. “Tədqiqatlar və Azərbaycan Respublikasının “Qırmızı kitab”larının təhlili göstərir ki, hər üç nəşrə daxil edilmiş nadir, endemik və relikt növlərin sayına görə Hirkan Milli Parkı, Zaqatala Dövlət Təbiət Qoruğu, İsmayıllı Dövlət Təbiət Qoruğu və Göygöl Milli Parkı xüsusilə seçilir. Bu sırada Hirkan Milli Parkı birinci yerdədir. Bunun əsas səbəbləri arasında bu regionun paleogen dövründən miras qalmış relikt flora elementləri, eləcə də rütubətli subtropik iqlim şəraiti qeyd oluna bilər. Burada “Qırmızı kitab”da yer alan Hirkan şümşəsi, Hirkan qovağı, Lənkəran gülxətmisi, giləmeyvəli qaraçöhrə və digər nadir bitki növləri yayılıb”, - deyə İ.Hüseynova vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2025 [21:17]
Yalçın Rəfiyev: Bonn sessiyasında COP29 Sədrliyinin 7 tədbiri keçiriləcək
- 16.06.2025 [20:06]
Bonnda Muxtar Babayev Braziliyanın COP30 gənc iqlim çempionu ilə görüşüb
- 16.06.2025 [19:57]
Braziliya hökumətinin rəsmisi: Azərbaycan bizim üçün çox önəmli tərəfdaşdır
- 15.06.2025 [13:10]
Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir
Riyad Məmmədov Moskva Caz Festivalında çıxış edib
- 15.06.2025 [23:00]
Rusiya vətəndaşlarının İrandan təxliyəsi mərhələli şəkildə həyata keçirilir
- 15.06.2025 [22:35]
Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar
- 15.06.2025 [22:26]
Böyük Britaniya Yaxın Şərqə hərbi təyyarələr yerləşdirir
- 15.06.2025 [22:15]
“Bavariya” klublararası dünya çempionatına darmadağınla başlayıb
- 15.06.2025 [22:01]
Almaniyada ilk dəfə Milli Veteranlar Günü qeyd olunub
- 15.06.2025 [21:47]
Ukraynaya daha 1200 nəfər həlak olmuş vətəndaşın cənazəsi qaytarılıb
- 15.06.2025 [21:34]
Kahramanmaraşda “Dəmir Yumruq” abidəsinin ucaldılması planlaşdırılır
- 15.06.2025 [21:20]
AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib
- 15.06.2025 [20:55]
Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək
- 15.06.2025 [20:33]
Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram
- 15.06.2025 [20:22]
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib
- 15.06.2025 [20:10]
Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi olub
- 15.06.2025 [19:53]
İranda 2 nəfər casus ələ keçirilib
- 15.06.2025 [19:42]