Azərbaycan Dövlət İnformasiya Agentliyi

“HÖKMDARIN TALEYİ” FİLMİNİN MOSKVADA VƏ SANKT-PETERBURQDA TƏQDİMATLARI UĞURLA KEÇMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görkəmli Azərbaycan dramaturqu İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyezi əsasında xalq yazıçısı Elçinin ssenarisi üzrə rejissorlar Ramiz Fətəliyev və Dilşat Fathulinin çəkdikləri “Hökmdarın taleyi” bədii filminin mayın 27-də Moskvada təqdimatı olmuşdur. Filmin musiqisi Polad Bülbüloğlunundur.

Azərbaycanın Rusiyadakı səfirliyinin Respublika günü münasibətilə təşkil etdiyi təqdimat mərasimi “Oktyabr” kinoteatrında keçirilmişdir. Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Sərəncamına müvafiq olaraq çəkilmiş film ulu öndərin 85 illik yubileyi ərəfəsində təhvil verilmişdir.

Filmin nümayişindən əvvəl yaradıcı qrupun üzvləri, habelə Rusiya və Azərbaycan aktyorları çıxış edərək, tariximizin faciəli səhifələrindən - XIX əsrin əvvəlində Qafqazda baş vermiş hadisələrdən söhbət açan kinolentin necə yaranması haqqında danışmışlar.

Filmin baş prodüseri Vaqif Əsədullayev Rusiya paytaxtında təqdimatın təşkilinə və məxsusi olaraq film üçün musiqi yazdığına görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna minnətdarlığını bildirmişdir. Prodüser filmdən danışaraq demişdir ki, quruluş baxımından, çəkiliş və montaj dövrlərinin uzun sürməsi nəzərindən iş kifayət qədər mürəkkəb olmuşdur. Çəkilişlərə 200-dən yuxarı adam cəlb olunmuş, bütün kütləvi səhnələr naturadan çəkilmişdir. Filmin necə alındığını isə tamaşaçılar deyə bilər. V.Əsədullayev quruluşçu rejissor və quruluşçu operator Dilşat Fathulinin, baş qəhrəman rolunun ifaçısı Fəxrəddin Manafovun, çox gözəl Rusiya aktyorları Daniil Spivakovskinin, Aleksandr Qalivinin, İlya Şatunovun və filmdə iştirak edən hər bir kəsin ümumi işə böyük töhfəsini vurğulamışdır. Diqqətəlayiq haldır ki, film Azərbaycan, rus, erməni, fransız və fars dillərində nümayiş etdiriləcəkdir.

Qarabağ xanı İbrahimxəlil xanın obrazını istedadla yaratmış məşhur Azərbaycan aktyoru Fəxrəddin Manafov filmdən danışaraq bildirmişdir ki, bu, bizim tariximizdir, bir çoxlarının Azərbaycan tarixi haqqında hələ bilmədikləri böyük həqiqətin kiçik bir hissəsidir. Aktyor demişdir: “Mən xoşbəxtəm ki, kinoda da olsa, öz peşəm sayəsində də olsa, bu hadisəyə aidiyyətim vardır... Çox istərdim ki, bu filmi hamı görsün, çünki bu, hökmdarın taleyi, onun simasında isə Azərbaycan dövlətinin taleyidir. Pərakəndə xanlıqlar dövründə bu insan çılğıncasına onları birləşdirib dövlət yaratmağa çalışmışdır”. F.Manafov gənc, istedadlı, ümidverici debütant Gültəkin Əliyevanın, peşəkar aktyor olmayan Əli Cəfərovun ifalarını xüsusi vurğulamış, bütün yaradıcı qrupa və rusiyalı həmkarlarına minnətdarlığını bildirmişdir.

Azərbaycan kinematoqrafçılarının işi Moskvada böyük uğur kimi, tamaşaçıların sürəkli alqışları ilə qarşılanmış, filmin əhəmiyyəti, yaradıcı qrupun peşəkarlığı vurğulanmışdır. Tamaşaçılar bildirmişlər ki, film, xüsusən, böyüməkdə olan nəslin yüksək peşəkarlıqla səciyyələnən, milli bədii kino vasitəsilə öz tarixini daha dərindən dərk etməsi baxımından çox mühüm işdir. Həmvətənlərimiz isə vurğulamışlar ki, “bu film bəzən tarix dərsliklərinin bacarmadığını edəcək və ölkəmizin tarixini daha yaxşı bilməyə kömək göstərəcəkdir”.

Bakıda çəkilmiş “Silah” filminin rejissoru Aleksandr Kasatkin AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, “Hökmdarın taleyi” olduqca maraqlı və peşəkar səviyyədə çəkilmiş filmdir. O demişdir: “Düzünü deyim ki, Azərbaycan kinosunda uzun sürən sakitlikdən sonra belə bir film məni heyrətləndirdi. Şəxsən mənim üçün bu film ona görə mühümdür ki, bir daha tarixə müraciət etmək, ümumi taleyimizin hansısa təfərrüatını öyrənmək istəyirsən”. Filmi Rusiya tamaşaçısının necə qəbul edəcəyi barədə suala cavabında A.Kasatkin bildirmişdir ki, heç şübhəsiz, film uğur qazanacaqdır. Çünki indi hamıda, xüsusən, gənclərdə öz tarixinə, öz köklərinə maraq oyanır, hamı hər şeyi başa düşmək istəyir. Ona görə də hesab edirəm ki, bu film çox əhəmiyyətlidir və böyük maraq doğuracaqdır.

Vaqif Əsədullayev isə demişdir ki, Rusiya tamaşaçısının filmi necə qiymətləndirəcəyini demək hələlik tezdir və bu, rus dilinə dublyaj ediləndən və televiziya versiyası başa çatandan sonra aydın olacaqdır. Bundan əlavə, film bazara və müxtəlif festivallara çıxarılacaqdır. Ümumiyyətlə isə bu, faktik tarixdir, biz siyasətə varmadan, yalnız real faktları təqdim etməyə çalışmışıq.

Mayın 28-də - Respublika günündə “Hökmdarın taleyi” filminin Sankt-Peterburqda da təqdimatı olmuşdur. Bu məqsədlə yaradıcı kollektiv Neva sahillərinə gəlmişdi.

Təqdimat mərasimini Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi və Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu təşkil etmişdir. Mərasimə məktəblilər, Sankt-Peterburq Dövlət Universitetinin tələbələri, Azərbaycan diasporunun görkəmli nümayəndələri, bir sıra ölkələrin bu sahədə akkreditə edilmiş baş konsulları, ictimaiyyətin nümayəndələri gəlmişdilər. Təqdimat mərasimində Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın milli bayram - Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə gənclərə ünvanlanmış təbrik məktubu da oxunmuşdur.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Hacı Əliyev: Azərbaycan güləşində uğurlu yolumu artıq məşqçi kimi davam etdirəcəyəm

Emin Əmrullayev Azərbaycan və Qazaxıstanın təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

®  “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turan Tovuz” kapitanı ilə vidalaşıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb

® Qızıl kreditini bu banka gətirənlərə endirim var