HOLLANDİYADA AZƏRBAYCANLI QADINLAR ŞURASI TƏSİS EDİLMİŞDİR
Hollandyada fəaliyyət göstrən Benilüks Azərbaycanlılar Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, mayın 25-də ölkənin Potterdam şəhərində BAK-da təmsil olunan Hollandya-Azərbaycan Həmrəylik Cəmiyyətinin mənzil iqamətgahında BAK-ın himayəsi ilə azərbaycanlı qadınların şurası təsis edilmişdir. BAK-ın tərkibindəki bütün cəmiyyət və təşkilat nümayndələrinin iştirakı ilə şuraya sədr seçilməsi ətrafında müzakirələr aparılmışdır. Potterdam Universitetinin sonuncu kurs tələbəsi Sona Mahmudova yekdilliklə bu vəzifəyə seçilmişdir.
Yığıncağın sonunda BAK-ın sədri Sahil Qasımov rəhbərlik etdiyi təşkilatın icraçı direktoru Elman Mustafazadəni yeni yaradılmış Dünya Azərbaycan Aydınlar Birliyinə (DAAB) sədr seçilməsi münasibətilə təbrik etmiş və işində uğurlar arzulamışdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]