Honkonq hakimiyyəti ekstradisiya barədə qanuna düzəlişlərdən tam imtina edib
Bakı, 9 iyul, AZƏRTAC
Honkonq administrasiyasının rəhbəri Kerri Lem etiraz aksiyalarına səbəb olan ekstradisiya barədə qanuna düzəlişlərin iflasa uğradığını deyib.
AZƏRTAC CNBC telekanalına istinadla xəbər verir ki, Kerri Lem iyulun 9-da keçirilən mətbuat konfransında hakimiyyətin qanun layihəsini yenidən nəzərdən keçirmək kimi planlarının olmadığını bildirib. Onun sözlərinə görə, sənəd üzərində aparılan işlər tamamilə iflasa uğrayıb.
Kerri Lem son həftələr Honkonqda baş verən iğtişaşların məsuliyyətini də öz üzərinə götürüb.
Ekstradisiya barədə qanuna düzəlişlər Honkonq ərazisində olan və cinayət törətməkdə şübhəli bilinən şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Çinin materik hissəsinə və ekstradisiyaya dair sazişin olmadığı ölkələrə göndərilməsini nəzərdə tuturdu. Honkonq sakinlərinin kütləvi etiraz aksiyalarına başlaması səbəbindən hakimiyyət qanuna düzəlişlərin müzakirəsini təxirə salmışdı. Etirazçılar isə qanun layihəsinin ləğv olunmasını tələb edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]