“Horizon-2020” proqramı ilə bağlı növbəti seminar
Bakı, 29 yanvar, AZƏRTAC
Fevralın 1-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Horizon-2020” proqramı üzrə növbəti seminar keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, seminarda “Hüquqi və maliyyə aspektləri”, “İqlim fəaliyyəti, resurs səmərəliliyi və xammal”, “Ağıllı, yaşıl və inteqrasiya olunmuş nəqliyyat”, “Ərzaq təhlükəsizliyi, davamlı kənd təsərrüfatı, dəniz və dəniz tədqiqatları, bioekonomika və biotexnologiya” mövzularında, Avropa Tədqiqat Şurasının fəaliyyəti barədə müzakirələr, Mari Skladovskaya Küri təqaüd proqramı üzrə Milli Əlaqələndirici Şəxslərin (NCP) təqdimatı nəzərdə tutulur.
Tədbirdə Biologiya və Tibb, Yer elmləri bölmələrinə aid elmi müəssisələrin alim və mütəxəssisləri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]