HORST KÖHLER İKİNCİ DƏFƏ ALMANİYANIN PREZİDENTİ OLMAQ ƏZMİNDƏDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 22-də Almaniya Federativ Respublikasının Prezidenti Horst Köhler 2009-cu ilin mayında Almaniyada keçiriləcək növbəti prezident seçkilərində öz namizədliyini irəli sürəcəyini elan etmişdir.
Xristian Sosialistlər Birliyi və Xristian Demokratlar Birliyindən ibarət İttifaq və Azad Demokratlar Partiyası (FDP) H.Köhlerin namizədliyini dəstəkləyəcəyini açıqlamışdır.
Sosial Demokratlar Partiyasının rəsmiləri isə seçkiyə öz namizədləri ilə getmək və yaxud H.Köhlerin namizədliyini dəstəkləmək barədə qərarın mayın 26-da qəbul ediləcəyini bildirmişlər.
Almaniya Federativ Respublikasının Prezidenti Federal Məclis tərəfindən gizli səsvermə yolu ilə beş il müddətinə seçilir. Yeganə vəzifəsi ölkə prezidentini seçməkdən ibarət olan Federal Məclis Buntestaqın deputatları və 16 federal əyalətin parlamentlərinin nümayəndələrindən təşkil olunur. Beynəlxalq Valyuta Fondunun icraçı direktoru çalışmış H. Köhler 2004-cü il prezident seçkilərində Federal Məclisin 1.205 səsvermə hüquqlu üzvünün səs çoxluğunu (604 səs) əldə edərək, siyasi elmlər professoru Qezine Şvan üzərində qələbə qazanmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]