İQTİSADİYYAT
HP şirkətinin Azərbaycandakı biznesinin ümumi artımı təxminən 11 faiz həcmində qiymətləndirilir
Bakı, 19 yanvar (AZƏRTAC). Ötən il “Hewlett-Packard” (HP) şirkətinin Azərbaycan üzrə korporativ və dövlət seqmenti üzrə biznesində artım təqribən 20 faiz təşkil etmişdir.
НР şirkətinin MDB ölkələri üzrə baş direktoru Rudi Kozak bildirmişdir ki, həmin seqmentlər üzrə satınalmalar əsasən kiçik və iri server həllərinin payına düşür. Korporativ seqmentdən fərqli olaraq istehlak seqmenti kifayət qədər olmamışdır: “Qazaxıstan bazarı istisna olmaqla, MDB-nin digər ölkələrinin bazarlarında durğunluq hiss olunur. Ukrayna və Belarus bazarlarında durğunluq daha ciddi şəkildə özünü göstərir. Azərbaycan bazarı, bu ölkələrlə müqayisədə orta göstərici nümayiş etdirmişdir”.
2011-ci ildə şirkətin bütün dünya üzrə bazarında artımı 127,3 milyard dolları ötmüşdür. Bu məbləğdən MDB ölkələrinin payına bir faiz düşür. HP şirkətinin Azərbaycandakı biznesinin ümumi artımı isə təxminən 11 faiz həcmində qiymətləndirilir.