Hulusi Akar: Bu ilin əvvəlindən etibarən 1926 terrorçu zərərsizləşdirilib
İstanbul, 11 sentyabr, AZƏRTAC
Bu ilin əvvəlindən etibarən Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən İraq və Suriyanın şimalında, eləcə də ölkədaxili əməliyyatlarda ümumilikdə 1926 terrorçu zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri qardaş ölkənin milli müdafiə naziri Hulusi Akar Türkiyə-Suriya sərhədini ziyarəti zamanı bildirib.
Sentyabrın 11-i terrorçuların hücumu zamanı yaralanan əsgərlərin ikisinin vəziyyətlərinin qənaətbəxş olduğunu, digər birinin isə əməliyyat ediləcəyini qeyd edən nazir deyib: "Terrorla mübarizəmiz davam edəcək. Səbir, əzm və qətiyyətlə bu mübarizəyə davam edəcəyik. Sərhədlərimizin cənubunda nə cür adlandırılmasına baxmayaraq, hər hansı bir quruluşun fəaliyyətinə icazə verməyəcəyik".
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]