Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş şeir müsabiqəsinin ikinci turu keçirilib

Bakı, 17 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında məktəbli oxucular arasında böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş şeir müsabiqəsinin ikinci turu keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, ikinci tura keçən 5 oxucu arasından 109 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Lalə Dadaşova Hüseyn Cavidin “Mənim Tanrım” adlı şeirini səsləndirərək finala vəsiqə qazanıb.
Bu müsabiqənin keçirilməsində məqsəd məktəbli oxucular arasında mütaliənin təbliği, onların bilik dairəsinin genişləndirilməsi, həmçinin istedadlı uşaqların aşkarlanmasından ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2025 [18:14]
AKİ-nin maliyyə ayırdığı layihə BelDocs Pitçinq Forumunda iştirak edəcək
- 21.05.2025 [16:18]
“Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
- 21.05.2025 [15:11]
Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin kitablarının təqdimatı olacaq
- 21.05.2025 [12:35]