Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş şeir müsabiqəsinin seçim turu təşkil edilib




Bakı, 17 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəal oxucuları arasında böyük Azərbaycan şairi Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş şeir müsabiqəsinin seçim turu keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə Binə qəsəbəsində yerləşən 149,117,136 və 218 nömrəli tam orta məktəblərin istedadlı şagirdləri iştirak ediblər.
149 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əfsanə Hüseynovanın söylədiyi şeir şəhər müsabiqəsinə təqdim olunub.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd məktəbli oxucular arasında mütaliənin təbliği və onların bilik dairəsinin genişləndirilməsi, həmçinin istedadlı uşaqların aşkarlanmasından ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2025 [20:38]
İstanbulda keçirilən “Azərbaycan Kinosu Günləri” başa çatıb
- 14.05.2025 [17:52]
“Kəlağayı milli sərvətimizdir” adlı şeirlər kitabı işıq üzü görüb
- 14.05.2025 [17:47]
Bu ilin 4 ayında qoruq və muzeylərin 280 minə yaxın ziyarətçisi olub
- 14.05.2025 [17:20]