SİYASƏT


“i24 news” telekanalı Azərbaycan-İsrail münasibətləri barədə reportaj yayımlayıb VİDEO

“i24 news” telekanalı Azərbaycan-İsrail münasibətləri barədə reportaj yayımlayıb VİDEO

Qahirə, 9 dekabr, AZƏRTAC

Ərəb və ingilis dillərində yayımlanan “i24 news” telekanalında Azərbaycan-İsrail münasibətləri haqqında geniş reportaj təqdim edib.

AZƏRTAC xəbər verir ki, Kalif Ben Davidin hazırladığı reportajda rəsmi Bakının Təl-Əvivdə səfirlik açması qərarının ikitərəfli münasibətlərə və regional əməkdaşlığa töhfə olacağı qeyd edilib. Azərbaycan və Türkiyənin İsrail üçün önəmli ölkələr olduğunu vurğulayan aparıcı diqqətə çatdırıb ki, Təl-Əviv bundan sonra Bakı və Ankaranın Yaxın Şərq və Cənubi Qafqaz regionlarında dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsində daha fəal rol oynaya bilər.

Reportajda qeyd olunub ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi İsraillə daha sıx əlaqələrin əsas amili olub. Belə ki, 2021-ci ildə İsraildə Azərbaycanın Ticarət Nümayəndəliyi, bu ilin əvvəlində isə turizm ofisi açılıb. Eyni zamanda, İslam ölkəsi olan Azərbaycanın səfirliyinin açılması İsrailin ərəb ölkələri ilə münasibətlərinin normallaşması fonunda baş verir və bu, Təl-Əvivin müsəlman aləmi ilə yaxınlaşması prosesini sürətləndirir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.