DÜNYA


“iPhone 12”nin təqdimat tarixi açıqlanıb

Bakı, 10 sentyabr, AZƏRTAC

“Apple” şirkəti məhsullarının növbəti təqdimatının sentyabrın 15-də baş tutacağını elan edib.

AZƏRTAC xəbər verir ki, mərasimdə 4 ədəd yeni “iPhone 12” modelinin, “Apple Watch”un və “iPad” modelinin təqdim olunacağı təxmin edilir. Bildirilir ki, şirkət 5.4 düym, 6.1 düym (iki model) və 6.7 düym ekranlara sahib “iPhone 12” modellərini təqdim etməlidir. Məlumata əsasən, istifadəçiləri tamamilə yeni dizayn gözləyir.

Bununla yanaşı, ehtimal olunur ki, “Pro” və “Pro Max” modellərinin arxa panellərindəki kameraların yanında “LiDAR” skaneri də olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.