DÜNYA


“iPhone 8” smartfonunun satışlarında azalma qeydə alınıb

Bakı, 25 sentyabr, AZƏRTAC

“NASDAQ” birjası “iPhone 8” smartfonunun satışa çıxarıldığı ilk günlərin “Apple” şirkəti üçün ən gəlirsiz olmasını və yeni modelə tələbatın azalmasının bütün planetdə qeydə alınmasını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb. Məlumata görə, son bir neçə ildə ilk dəfə olaraq “Apple” mağazalarında yeni qurğu üçün növbələr düzülməyib. Məsələn, Londonda satışın ilk günündə cəmi yeddi nəfər yeni modeli almaq qərarına gəlib. Bundan başqa, Avstraliyada - Sidneydə “iPhone 8” əldə etmək istəyənlərin sayı 30 nəfər, Sinqapurda isə 50 nəfər təşkil edib. Satış həcminin aşağı düşməsi səbəbindən “Apple” şirkətinin kapitallaşma dəyəri pisləşərək 43 milyard dollar azalıb.

Ekspertlərin fikrincə, satışın azalması “iPhone 8” smartfonunun əvvəlki modeldən az fərqlənməsi ilə əlaqədardır.

Yeni “iPhone X” modelinin isə bir neçə ay sonra satışa çıxarılması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.